Yuxusuzluğun orqanizmə vurduğu ziyanlar

Yuxusuzluğun orqanizmə vurduğu ziyanlarYuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yuxusuzluq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Görəsən, insanların çox da önəmli saymadıqları bu amil orqanizmə necə təsir edir?
Bəlkə də heç ağlımıza belə gəlməz ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.
Yuxusuzluğun növləri
· Çətin yatmaq
· Tez oyanmaq
· Gecələr dəfələrlə durmaq
· Nəhayət, yuxunun tamamilə olmaması
Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır.  Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.
Yuxusuzluğun fəsadları
Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.
Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq  nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.
Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.
Yuxusuzluğun səbəbi:
Tibb elmində "insomnia" adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır:
· Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq
· Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək
· Axşam ağır və yağlı yeməklər yemək
· Sinir pozğunluğu
· Normal həyat tərzini dəyişmək
· Stress, narahatçılıq
· Artıq çəki
· Qorxu, depressiya
· Mədəaltı vəzin narahatçılığı, mədədə köp
· Bronxial, ürək və ağciyər xəstəlikləri
· Soyuqdəymə zamanı ağrılar
Müalicəsi:
Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.  
Yuxusuzluqdan əziyyət çəkənlər
· Tərkibində kofein olan içkilərdən uzaq olmalı
· Yuxudan 3 saat əvvəl yemək yeməli
· İstiotu az olan yeməklərdən istifadə etməli
· Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa)
· Sakit, qaranlıq otaqda yatmalıdırlar
Milli.Az  /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 33   Tarix: 30 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Gecə alma yeyənlərə XƏBƏRDARLIQ

Gecə alma yeməyiniz məsləhət deyil, çünki bədənin bu meyvəyə reaksiyası gözlənilməz ola bilər. -a istinadla bildirir ki, barədə həkimlər xəbərdarlıq ediblər. Mütəxəssislər izah edirlər ki, axşam yağ və əzələ hüceyrələrini

Nəyə görə koronavirusa gec və ən sonda yoluxmaq yaxşıdır? - Həkim səbəbi açıqladı

Nəyə görə yeni növ koronavirusa nə qədər mümkündürsə gec və sona yaxın yoluxmaq, xəstələnmək daha yaxşıdır?. Bu barədə alimlər, həkimlər maraqlı açıqlama verib və koronavirusa tutulmağın belə demək mümkünsə, ideal vaxtın

Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA

İngiltərənin Suonsi Universitetində aparılan araşdırmaya görə, adsız barmağı uzun olan kişilərin qısa olanlarla müqayisədə koronavirusdan ölüm riski azdır. xəbər verir ki, mütəxəssislər bunun testosteronun səviyyəsindən qaynaqlandığın

Bir müddət məhəbbətimizi məsafəli yaşayaq... - Gənclərə məsləhət

Psixoloq Gülnar Orucova "Əllərimizi sinəmizə sıxmaqla, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik". -a istinadən yazını təqdim edir. Sosial məsafə və özünütəcrid koronavirusa yoluxmağın qarşısın

Nə yemək istədiyini de, nə hiss etdiyini söyləyim - EKSPERT GİZLİ ŞİFRƏNİ AÇDI

Şirniyyat, duzlu, acı və ya ədviyyatlı yemək istəyi əslində hansı duyğuları yaşadığımıza dair ipucu verə bilər. xəbər verir ki, alimlər müxtəlif dadların hansı reaksiyalara yol açması barədə araşdırma aparıb. Məlum olub ki

Onkoloji xəstəliklərdən qoruyan çiyələk - Kimlərə yemək olmaz?

Çiyələk mövsümündə hamı bu lətif, dadlı meyvədən fürsət ikən bol yeməyə çalışır. İtaliya alimləri araşdırma zamanı aşkar ediblər ki, çiyələk qadınlarda süd vəzi xərçənginə qarşı təsir edir. Alimlərin fikrinə görə, seviml

Xorultu təhlükəli xəstəliyin əlaməti imiş

Xorultu yalnız əsəbləşdirən səs-küy deyil, həm də son dərəcə təhlükəli bir xəstəliyin mümkün əlaməti kimi qəbul edilməlidir. Radio Sputnik xəbər verir ki, yüksək ixtisaslı otolaringoloq Aleksey Koşelyev izah etdiyi kimi

Süd bioloji qocalmanı yavaşladır

ABŞ-ın Briqham Yanq Universitetinin professoru Larri Taker yağsız və az yağlı südün böyük insanlarda bioloji yaşlanmanı yavaşlatdığını deyib. Yeni işdə professor ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Tədqiqatı (NHANES) çərçivəsind

COVID-19 və qorxu psixologiyasi.

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:. *İl

Ağız yaxalayıcısı koronavirusdan qoruyur? - ARAŞDIRMA

Koronavirusdan qorunmaq üçün maska ​​istifadəsi, gigiyena qaydalarına və sosial məsafəyə diqqət yetirmək tövsiyə olunur. Bəs ağız gigiyenası haqqında nə demək olar?. bildirir ki, İngiltərədə aparılan araşdırmada ağız yaxalayıcısını

Siqaret tüstüsündə koronavirus təhlükəsi - Mütəxəssis AÇIQLADI

Ailə təbabəti üzrə mütəxəssis professor Dilek Toprak siqaretin nəfəs alınmasından sonra koronavirusun ötürülmə riski olduğunu söyləyib. xəbər verir ki, mütəxəssis siqaret və tütün asılılığının vacib ictimai sağlamlıq problem

HİDROSEFALİYA - beyində mayenin yığılması

a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir. Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kim


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər bugünki xəbərlər en sonxeber bugun xeberler