Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi

Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildiYevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 
Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib. 
V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi  var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. 
Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və onlardan artıq Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin bu gün istifadəyə verilir.
O, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndiriləcəyini də qeyd edib. Bu il Şəmkir və Qəbələ rayonlarında hər biri 50 çarpayılıq Uşaq Bərpa Mərkəzlərinin inşasına başlanmasının planlaşdırıldığını, növbəti illərdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini, yeni mərkəzlərin tikiləcəyini bildirib. 
V.Nəsirli Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılmaqla yanaşı, mərkəzin yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edildiyini deyib. O qeyd edib ki, Mərkəzdə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda  gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər görüləcək, müasir və sınanmış metodika və texnologiyalardan da istifadə ediləcək. 
Bildirilib ki, yeni qurulan "Reabilitasiya" altsistemi bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə  aparılacaq.
A.Tağıyev əlilliyi olan şəxslər üçün belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o  cümlədən əlilliyi olan şəxslərə göstərilən xüsusi qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.
İctimai təşkilatların nümayəndələri, əlilliyi olan şəxslər çıxış ediblər. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulması sahəsində atılan mühüm addımlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 
Qeyd edilib ki, müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib, burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.  
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub. /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 66   Tarix: 08 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO

Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO. Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə

İnternetdə təhlükəsizlik

İnternetdə təhlükəsizlik. Ramin Musayev yazır. İnternet və sosial şəbəkələr həyatımızın vacib hissəsinə çevrilib. Orada biz məlumat əldə edirik, dostlarla şəxsi məlumat və yenilikləri, fikirlərimizi bölüşürük. Bəziləri is

Qəza Pirşağının 120 abonentini qazsız qoydu - FOTO

Qəza Pirşağının 120 abonentini qazsız qoydu - FOTO. Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib. "Azəriqaz" İB-nin mətbuat xidmətindən verilən məlumata görə, "Opel"

Bakıda avtomobil 2 azyaşlı qardaşı vurub

Bakıda avtomobil 2 azyaşlı qardaşı vurub. Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 azyaşlı xəsarət alıb. Qəza Xətai rayonunda qeydə alınıb. Belə ki, minik avtomobili 2013-cü il təvəllüdlü Əsədzadə Əsəd Şükran oğl

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində namizədliyini irəli sürüb . Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. . O, Qaraçuxu

Ağstafada azyaşlı atdan yıxılaraq xəsarət alıb

Ağstafada azyaşlı atdan yıxılaraq xəsarət alıb . Ağstafa rayonunda azyaşlı atdan yıxılaraq xəsarət alıb. -ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. 2012-ci il təvəllüdl

Bacısının "Lexus"unu təpiklədi, bacısı onu polisə verdi

Bacısının "Lexus"unu təpiklədi, bacısı onu polisə verdi. Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib. . Bununla bağlı -a hüquq-mühafizə orqanlarından məlumat verib. . Belə ki, noyabrın 6-da

BDU-nun müəllimi Rafael Cəbrayılovu məhkəməyə verdi

BDU-nun müəllimi Rafael Cəbrayılovu məhkəməyə verdi. Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib. Report xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsind

Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi. Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasın

Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdır

Mirqiyas Sarıyev: Fermerlik yaradıcılıqdır. "Fermerlik yaradıcılıqdır. Hər tarlanın, sahibkarın bu yolda özəl hekayəsi var." . Ölkənin davamlı və dayanıqlı inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsulların

Nazirliyin şikayəti əsasında bu şirkətin əmlakı hərraca çıxarılacaq

Nazirliyin şikayəti əsasında bu şirkətin əmlakı hərraca çıxarılacaq. Şəki İnzibati-İqtisadi Məhkəməsində iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin "Zaqatala-kəndnəqliyyat"

Azərbaycanda cinayətkar şəbəkə ifşa edildi

Azərbaycanda cinayətkar şəbəkə ifşa edildi. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar iqtisadiyyat xeberleri bugun en son xeberler bu gun krimnal bugun