Yerevanda və onun ətrafında həyat şəraiti "ortadan da aşağı" səviyyədədir - Rusiya KİV

Yerevanda və onun ətrafında həyat şəraiti "ortadan da aşağı" səviyyədədir - Rusiya KİVErmənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.
Bu barədə "Moskovskiy komsomolets" nəşrində dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.
Respublika sakinlərindən Gevorq adlı biri məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.
Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, respublikanın Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax beləcə təqribən 500 min erməni "səyahət edir".
Yerevanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin "orta həddən aşağı" kimi müəyyən etmək mümkündür.
Müəllif yazır: "Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür".
Moskvadan Yerevana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib: "Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək".
Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.
Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir. Məsələn, Yerevan sakini Vaqan deyir: "Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı. Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür... Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları... Əsasən, necə deyərlər, "işləri tezləşdirmək" üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil". (azərtac) /publika.az


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 18   Tarix: 03 may 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ermənistan prezidentinə cinayət işi açıldı

Ermənistan prezidenti Armen Sarkisyana cinayət işi açılıb. xəbər verir ki, buna səbəb A.sarkisyanın ikili vətəndaşlığının olması faktını gizlətməsidir. A.Sarkisyanın prezident seçilərkən Ermənistanla yanaşı, Böyük Britaniy

Paşinyan Azərbaycanla sərhəddən danışıb ÖZÜNDƏN ÇIXDI: Bəlkə hər şeyi... - VİDEO

Video əlavə olunub. *. Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün parlamentdə deputatların Azərbaycanla sərhəddə baş verənlər barədə sualları ilə üzləşib. Və bərk hirslənib. Belə ki, parlamenti

Ermənistan ÇALXALANIR: Vətəndaşlar ölkədən qaçmağa başladı - ŞOK DETALLAR

Budəfəki mövzumuz Ermənistandır. İşğalçı ölkənin bugünkü ağır durumu, sabaha miras qalan problemlər adıçəkilən bədnam qonşularımızı daha da uçuruma yuvarlaya bilər. Valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər

Bu, Putin üçün ölüm deməkdir! - Oreşkin

Rusiya Prezidenti Vladimir Putin müəyyən mənada istədiklərinə nail olub, amma nəticə, yəqin ki, onu həddindən artıq məyus edəcək. Putin istəyirdi ki, onu təhlükəli marginal hesab edən Qərb onunla danışsın, Qərb isə sanksiyala

Rusiya bizə xəbərdarlıq etdi, risk var - General

Ukrayna ordusunun sərt cavab atəşi düşmənin cəbhədə sakitləşməsi üçün ən effektiv vasitədir. -a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Viktor Mujenko danışıb. "Ukraynanı

Dünyanı koronavirusa yoluxduran Uhanda insanlar BELƏ ƏYLƏNİR - FOTOLAR

Koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Uhan şəhərində həyat normala dönüb. Ötən gün şəhərdə keçirilən böyük musiqi festivalına minlərlə insan qoşularaq əylənib. Xatırladaq ki, 2019-cu ilin dekabrın son günlərind

İran və Rusiyanın Qarabağda qanunsuz əməlləri: ŞOK GÖRÜNTÜLƏR - VİDEO

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa "yardım"ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video "Azad İran" "Telegram"

Bəşər Əsəd ümumi amnistiya haqqında fərman imzaladı

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb. xəbər verir ki, bu barədə Suriya dövlət başçısının dəftərxanası rəsmi Telegram-kanalında məlumat yayıb. Fərmana əsasən, amnistiya ölkədə 2021–c

Terrorçular Afrindә mülki vәtәndaşları hәdәf aldılar

Separatçı terror tәşkilatı PKK/YPG-yә üzv terrorçuların Suriyanın Afrin qәsәbәsindәki mülki vәtәndaşları hәdәf alıb. xəbər verir ki, hücum nəticəsində bir uşaq hәyatını itirib, daha 2 nәfәr yaralanıb. Mәlumata görə, terrorçuları

Türkiyə ordusu İraqın şimalında 44 terrorçunu MƏHV ETDİ

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib. xəbər verir ki, bu barədə "Anadolu"

Cavad Zərif generalın ailəsindən üzr istədi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsind

Qardaşlarımızın yanlarında olacağıq - Akar

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi, general Yaşar Gülər və Quru Qoşunları komandanı, general Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı İkinci Sərhəd Diviziyası Komandanlığının "Biliç Tepe"


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xabarlar xəbər cəbhədən xəbər