XİN-dən Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

XİN-dən Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO XİN-dən Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO
23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.
44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb.
Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.
İki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Bu ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.
Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili proseduraların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.
Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
20:26
"Can Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov qardaşımla iş birliyi imkanlarımızı və Qarabağdakı son hadisələri ələ aldıq".
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
Türkiyəli diplomat bildirib ki, azad edilən torpaqların bərpası və inkişafı üçün dəstəkləri davam edəcək:
"Yaxın zamanda iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlərə başlayacağıq", - deyə Çavuşoğlu əlavə edib.
19:45
Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.
Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat verilib.
Bildirilib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xaric İşlər naziri Mövlud Çavuşoğlu arasında geniş tərkibli görüş olub. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 29   Tarix: 23 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə zirvə görüşü olacaq

Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə zirvə görüşü olacaq". "Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkəni

İşsizlikdən sığorta ödənişi ilə bağlı YENİLİKLƏR

İşsizlikdən sığorta ödənişi ilə bağlı YENİLİKLƏR . İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir. -ın xəbərinə görə, bununla bağlı "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik Milli Məclisi

Sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırıldı

Sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırıldı. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. xəbər veri

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul etdi - FOTO

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul etdi - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatd

Rusiyalı ekspert: "Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq"

Rusiyalı ekspert: "Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq" . Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan "RİA Novosti" agentliyinə geniş müsahib

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib

Austin Klayton: "Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi" - MÜSAHİBƏ

Austin Klayton: "Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi" - MÜSAHİBƏ. "Ermənilər özləri də bilirlər ki, Qarabağ Azərbaycandır. Əlləri hər yerdən üzülən ermənilər hazırda Azərbaycana mənəv

Ceyhun Bayramov İtaliya səfirinin öldürülməsindən kədərləndiyini bildirib - FOTO

Ceyhun Bayramov İtaliya səfirinin öldürülməsindən kədərləndiyini bildirib - FOTO. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasionun öldürülməsinə münasibə

Rusiyalı ekspert: "Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun səfərinə reaksiyası başa düşülən idi

Rusiyalı ekspert: "Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun səfərinə reaksiyası başa düşülən idi". ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransının son iclasında ABŞ-ın Avropaya tərəf döndüyün

Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb – FOTO

Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb – FOTO. Fevralın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyətini

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb - FOTO. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambelyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı nazir Ceyhu

Ceyhun Bayramov Türkiyəyə gedir

Ceyhun Bayramov Türkiyəyə gedir. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri nəzərdə tutulur. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Bayramov bu ilin 2


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər bu gunun xeberleri haqqinda melumat dunya xeberleri beynelxalq bank mezenne