XİN: Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsindən narahatdır

XİN: Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsindən narahatdırXİN: Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsindən narahatdır
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Bu günlə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırıb.
"Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən etmişdir. Bu ərazilərdəki abidələrin ümumi sayı 3 000-ə qədərdir.
Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınmışdır. Azad edilmiş ərazilərdə 100 000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir.
Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri qanunsuz olaraq Ermənistana daşınıb. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.
Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.
Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmamışdır. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq", - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.
Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 35   Tarix: 18 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bayden "erməni soyqırımı"nı qəbul edə bilərmi? – TƏHLİL

Bayden "erməni soyqırımı"nı qəbul edə bilərmi? – TƏHLİL . ABŞ-ın 46-cı Prezidenti Co Bayden administrasiyasının tarixi faktlara əsaslanmayan, xəstə təxəyyülün məhsulu olan qondarma erməni soyqırımını tanıyacağ

İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM. Prezident İlham Əliyev 2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığ

Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzaladı

Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzaladı. Prezident İlham Əliyev Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında fərma

Azərbaycanda universitetin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycanda universitetin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM. Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTA

Şərqi Avropa portalında "Minalar, Qarabağ və Ermənistanda böhran" adlı məqalə dərc olunub

Şərqi Avropa portalında "Minalar, Qarabağ və Ermənistanda böhran" adlı məqalə dərc olunub. "neweasterneurope.eu" portalında "Minalar, Qarabağ və Ermənistanda böhran" adlı məqalə dərc olunub

İlham Əliyev və Mehriban Əliyeva Pirşağıda təməlqoyma mərasimində - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Pirşağıda təməlqoyma mərasimində - VİDEO. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma mərasimind

Bakının daha üç qəsəbəsində yenidənqurma işləri başlanılacaq

Bakının daha üç qəsəbəsində yenidənqurma işləri başlanılacaq. Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrində də yenidənqurma və təmir-bərpa işlərinin başlanması gözlənilir. . xəbər verir ki, bununla bağlı bu gün Preziden

Azərbaycanlı deputat beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib - FOTO

Azərbaycanlı deputat beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib - FOTO. 16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Ukrayna Maliyyə Nazirliyi yanında Dövlət Fiskal Xidmət Universiteti ilə "Dövləti

XİN-dən Avropa İttifaqına ETİRAZ: Azərbaycandakı nümayəndə nazirliyə çağırıldı

XİN-dən Avropa İttifaqına ETİRAZ: Azərbaycandakı nümayəndə nazirliyə çağırıldı. Aprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barəd

Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib – FOTO

Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib – FOTO. Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib. B

"Metsamor" AES-in radioaktiv tullantıları necə və hansı yollarla Gürcüstanda satılır?

"Metsamor" AES-in radioaktiv tullantıları necə və hansı yollarla Gürcüstanda satılır?. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisidə "Americium-241" radioaktiv maddəsinin qanunsuz satışın

İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladılar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladılar. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublik


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər sonxeberler krimnal xeber axsam.az xeberler