Vüqar Bayramov: "Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir"

Vüqar Bayramov: "Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir"Azərbaycanda 2019-cu ildə qeyri-formal iqtisadiyyata qarşı aparılan mübarizə nominal orta aylıq əməkhaqqında 15 faizlik artıma imkan yaradıb.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı Vüqar Bayramov son vaxtlar bəzi mətbu orqanlarda Azərbaycanda orta aylıq əməkhaqqının digər MDB ölkələri ilə müqayisəsinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, bu il ölkədə 160 mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Bu da qeyri-formal məşğulluğun rəsmiləşdirilməsidir. Və nəticə etibarilə orta aylıq əməkhaqqında artım tempinin yüksəlməsinə gətirib çıxarıb:
"Orta aylıq əməkhaqları barədə danışarkən alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyən müqayisəyə ehtiyac var. Xüsusi qeyd etmək lazımdır ki, nominal və ya beynəlxalq dollar ifadəsində orta aylıq əməkhaqlarının müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmadan mövcud vəziyyəti qiymətləndirmək olmur. Azərbaycanda da orta aylıq əməkhaqqının digər ölkələrlə müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, qeyri-formal məşğulluğun minimallaşdırılması və növbəti illərdə islahatların davam etdirilməsi birmənalı şəkildə proqnozlaşdırmağa imkan verir ki, yaxın vaxtlarda Azərbaycan nominal orta aylıq məbləğə görə MDB-də ilk üçlüyə daxil ola biləcək. Xüsusən, nəzərə almaq lazımdır ki, qeyri-formal məşğulluğun minimallaşdırılması rəsmi əməkhaqqı səviyyəsinin yüksəlməsinə imkan verir. Bu da nəticə etibarilə rəsmi əməkhaqqı məbləğlərinin eyniləşməsinə şərait yaradır. Bu baxımdan, real əməkhaqlarını müqayisə etsək, Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir və sözsüz ki, qonşu ölkələrdəki həyat səviyyəsini Azərbaycanla müqayisə etsək, birmənalı şəkildə bunun şahidi olarıq. Beləliklə, rəsmi əməkhaqqının real əməkhaqqına çatdırılması və nəticədə qeyri-formal məşğulluğun aradan qaldırılması növbəti illərdə Azərbaycanın MDB-də ən aparıcı yerlərdən birində qərarlaşmasına imkan verəcək".
V.Bayramov vurğulayıb ki, bu baxımdan, hazırda real əməkhaqqı müqayisəsində Azərbaycan MDB-də daha yüksək orta aylıq əməkhaqqı təklif edən ölkələrdən biridir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alınmaqla MDB-də ən yüksək minimum əməkhaqqı verən ilk ölkələrdəndir".
Milli.Az  /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 145   Tarix: 29 dekabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: "500 mln. ton..." - FOTO

"Azəri-Çıraq-Günəşli" yataqlarında indiyə qədər olan ümumi neft hasilatı artıq 500 mln. tona çatdırılıb.  Trend-ə istinadən bildirir ki, bunu bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmu

Qoşqar Təhməzli: "Bu göstərici 2 %-ə endirilməlidir"

Azərbaycanda qida yağlarının tərkibindəki trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir.  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzl

Manatın sabaha MƏZƏNNƏSİ

Dekabrın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, 30.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,700 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-c

Azərbaycanda pambığın məhsuldarlığı artıb

Azərbaycanda pambığın məhsuldarlığı 2018-ci illə müqayisədə 64,2 faiz artıb. xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Bu il noyabrın sonuna olan vəziyyətə görə, bir hektarda pambıq məhsuldarlığ

Rabitəbank müştərilərinin rahatlığı üçün imkanlarını durmadan artırır!

Rabitəbank müştəriləri, PayPass stikerləri ilə ödənişlərini ani toxunuşla həyata keçirəcək. Belə ki, Rabitəbank müştəriləri mütəmadi istifadə etdikləri əşyalarına MasterCard PayPass stikeri yerləşdirməklə onu ödəniş vasitəsin

Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Banka istinadən xəbər verir ki, 29.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,700 səviyyəsində müəyyən olunub

Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdı - FOTO

Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Bununla da, 2019-cu ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekun

"Vanguard" ABŞ səhmlərinin 10% ucuzlaşacağını gözləyir

Dünyada ən böyük investisiya şirkətlərindən biri "Vanguard Group Inc." ABŞ səhmlərinin gələn il daha yüksək satış riski ilə qarşı-qarşıya olduğunu açıqlayıb. "Marja" xəbər verir ki, "Vanguard"ı

Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi açıqlanıb - SİYAHI

Baş nazir Əli Əsədov "Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi"nin təsdiq edilməsi haqqında qərar imzalayıb.  Trend-ə istinadən bildirir ki, qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Məlumat bazasını

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.  Trend-ə istinadən bildirir ki, dekabrın 27-də qızılın qiyməti dekabrın 26-ı ilə müqayisədə 16,915 manat artaraq 1 unsiya üçün 2572,0235 manat təşkil edib. Gümüş 0,0988 mana

Respublika üzrə bir milyon hektardan çox payızlıq taxıl səpini başa çatdırılıb

Kənd Təsərrüfatı Nazirliyində "2020-ci il üçün pestisid təminatının vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib. Nazirlikdən -a verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyini

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,70


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber ən son xeberler son xeber.az sonxeber