Vətəni işıqlandıran şəhidlər - FOTO

Vətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTO
Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq, işğal altındakı torpaqları azad edilib.
Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında "Azərişıq" ASC-nin əməkdaşları da böyük şücaət göstərib.
Vətən Müharibəsində Səhmdar Cəmiyyətin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan beşi şəhidlik zirvəsinə yüksəlib, 17-si isə yaralanıb.
Şəhid energetiklərdən biri "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1990-cı il təvəllüdlü İbrahimov Atiq Ariz oğludur.
Qəhrəman Atiq İbrahimov Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.
"Şimal" RETSİ-nin İzolyasiya test, Rele Mühafizəsi və Avtomatika (RMA) Xidmətinin RM üzrə mühəndisi 1995-ci il təvəllüdlü Məmmədov Murad Yusif oğlunun da adı şanlı tarix yazan qəhrəmanlarınmız sırasındadır.
O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və şəhid olub. Azərbaycan Texniki Universitetinin TEMPUS layihəsi çərçivəsində elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb.
"Cənub" RETSİ-nin Lənkəran ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1993-cü il təvəllüdlü Həbibi Şəhriyar Vidadi oğlu Qubadlı–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
O, Bakı Dövlət Universitetində (BDU) fizik ixtisasına yiyələnib.
"Şirvan" RETSİ-nin Salyan ETSİ-nin paylayıcı şəbəkə sahəsinin mühəndisi 1993-cü il təvəllüdlü Həsənli Elçin Vaqif oğlu Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qəhrəman şəhidimiz Azərbaycan Texniki Universitetinin bakalavr və magistr dərəcələrini fərqlənmə ilə bitirib, şəhid olana qədər aspiranturada qiyabi təhsil alırdı.
"Qərb" RETSİ-nin Ağstafa ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1994-cü il təvəllüdlü Hüseynli Əliheydar Səlahəddin oğlu da 44 gün müddətində vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün böyük şücaət göstərib və Xocavənd uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Texniki Universitetində təhsil alıb.
Şəhid olan "Azərişıq" əməkdaşlarından Əliheydər Hüseynli və Elçin Həsənli nişanlı olub.
Əliheydər Hüseynlinin atası 2018-ci ildə, Şəhriyar Həbibinin atası isə 2008-ci ildə vəfat edib.
Vətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTO


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 73   Tarix: 02 dekabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Əmanətlərin tam sığortalanması müddəti uzadılır? - AÇIQLAMA

Əmanətlərin tam sığortalanması müddəti uzadılır? - AÇIQLAMA. "Əmanətlərin tam sığortalanması haqqında" qanununun müddətinin uzadılması ilə bağlı layihə hələ ki, Milli Məclisə layihə daxil olmayıb. Bu barədə -a Mill

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO. Azərbaycan ordusunun şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Araz Səmədağa oğlu Cəfərovun nəşi doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndin

DTX livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb etdi - VİDEO

DTX livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb etdi - VİDEO. Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahl

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı RƏSMİ AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı RƏSMİ AÇIQLAMA. Azərbaycan Respublikasının işğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyya

Bərdədə evi tərk edən iki COVID-19 xəstəsi saxlanıldı

Bərdədə evi tərk edən iki COVID-19 xəstəsi saxlanıldı . Bərdədə müalicə aldıqları ünvanı tərk edən iki koronavirus xəstəsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat

İşğaldan azad olunan ərazilərdə infrastrukturun tikinti-layihə sənədləri hazırlanır - RƏSMİ

İşğaldan azad olunan ərazilərdə infrastrukturun tikinti-layihə sənədləri hazırlanır - RƏSMİ . Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı təhlillərə əsasə

Hər iki Qarabağ Müharibəsinin şahidləri: "Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da" - VİDEO

Hər iki Qarabağ Müharibəsinin şahidləri: "Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da" - VİDEO. Hər iki Qarabağ Müharibəsinin canlı şahidləri, iştirakçıları, qazilərimiz. Hər iki tarixi yaşayanlar

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı - FOTO/VİDEO

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı - FOTO/VİDEO . Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirlər

Vilyam Hacıyevin həbs müddəti uzadılıb

Vilyam Hacıyevin həbs müddəti uzadılıb. Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatın

Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏR

Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏR. Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVID-19-un yayılması sürətlə artır. Bir çox ölkələrd

Mübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik

Mübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik". Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlərl

Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər cebheden xeber sonxabar xeber az