Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayırValideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır"
İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir. 
Bu iddia ilə bağlı "Qafqazinfo"ya bir qrup şikayətçi kənd sakini müraciət edib.
Məktəbin qarşısına toplaşaraq etiraz edən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər. 
Vüqar Muradov adlı valideynin ittihamına görə, işçilərdən rüşvət tələb edən E.Baxşəliyev heç vurma cədvəlini də bilmir:
"Bu müəllimin savadı yoxdur, gəlib attestasiya keçirsinlər. Şəhidin adını daşıyan məktəbdə necə bu cür savadsız adam işləyə bilər? O öz şagirdinə, müəlliminə sataşır, işçilərdən hər ay 30 manat rüşvət tələb edir. Biz onun direktorluqdan yox, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmasını istəyirik".
Digər valideyn Anar Əhmədzadə iddia edib ki, direktor oğluna spirtli içki aldırmağı tapşırıb:
"Oturub şagirdləri ilə qumar oynayır, şagirdlərdən birinə tapşırır ki, "atana de, araq alsın". Uşaq da atası araq almadığına görə məktəbə getməkdən qorxur. Bu müəllim savadsız olmaqla yanaşı, həm də əxlaqsızdır". 
Şikayətçilərin sözlərinə görə, direktor bir müddət işdən uzaqlaşsa da, sonradan yenə işinə bərpa olunub:
"O, 18 min manat rüşvət verərək işə bərpa olunduğunu və həmin pulu çıxarmaq üçün işçilərdən pul tələb etdiyini deyir". 
63 nəfərlik siyahı tərtib edərək aidiyyəti qurumlara müraciət etdiklərini deyən valideynlər bildirirlər ki, dəfələrlə direktorun qanunsuz əməlləri ilə bağlı rayon Təhsil Şöbəsində qəbulda olublar. Bu haqda Baş Prokurorluğa, İmişli Rayon Prokuroruna şikayətlər ediblər.  
Digər bir şikayətçi Asif Allahverdiyev isə iddia edib ki, E.Başxəliyev məktəbə məxsus əşyaları vaxtilə ona satıb:
"Mən doqquz ildir bu məktəbdə işləyirəm. Elşən Baxşəliyev məktəb direktoru olduğu müddətdə öz otağındakı şkafı, televizoru və məktəbin əşya şkafını mənə 200 manata satıb. İndi də Niyaməddin Gözəlovun şikayətinə görə onları geri istəyir. Mən deyirəm ki, pulumu ver, gəl, həmin əşyaları apar. Amma direktor pulu qaytarmaq istəmir. Deyir ayın 10-dək əşyaları geri qaytarmasan, səni tutduracağam".
Şikayəti araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət olunub.
Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.  /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 28   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. 2020-ci il sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. . ASK-nin məlumatına əsasən

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərə

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO. Yəqin ki, sizin də telefonunuza reklam xarakterli, haradan, kimdən gəldiyi bəlli olmayan smslər daxil olur. Bu smslərin əksəriyyətində isə link göndərilir. Hansı ki sizi

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var. Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib. VAZ markalı ik

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var. Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeyd

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq. Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşero

"Azercell"dən Bilik Günü təbriki - FOTO

"Azercell"dən Bilik Günü təbriki - FOTO. "Azercell Telekom" MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirib. Ölkənin lide

Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı. Bakı şəhərinin Nizami rayonunda mənzildən bir nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətd

Bakıda yanğın olub - VİDEO

Bakıda yanğın olub - VİDEO. Nəsimi metrosu yaxınlığında yanğın baş verib . Bu barədə -ın redaksiyasına videogörüntülər göndərilib. Vətəndaşın sözlərinə görə,  söhbət Nəsimi metrosunun yaxınlığında İlqar Cümşüdov küçəsi 1

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib. İlk dərslər I-IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm, V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmə

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında bu gün Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulunda


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər sonxeberler ən son xəbərlər sonxeber.az