Üç nəfərin ölümünə səbəb olan saxta içkini hazırlayanların məhkəməsi başlayır

Üç nəfərin ölümünə səbəb olan saxta içkini hazırlayanların məhkəməsi başlayırÜç nəfərin ölümünə səbəb olan saxta içkini hazırlayanların məhkəməsi başlayır
Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, istintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən «Yaşıl bazar» ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərdən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satıb.
Nəticədə insan həyatı üçün təhlükəli olan metil spirti tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Əzim Hüseynov və Vurğun İbadov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Əzim Hüseynov və Vurğun İbadovun təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.
28.08.2020-ci il tarixdə həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 15   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

"Azdrama"nın aktyorunun evi qarət edildi - FOTO

"Azdrama"nın aktyorunun evi qarət edildi - FOTO. Akademik Milli Dram Teatrının tanınmış aktyoru Ramin Şıxəliyevin evindən oğurluq olub. Ölkə.Az-ın məlumatına görə, aktyorun Əmircan qəsəbəsindəki mənzili ötən gec

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır". İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib

BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. 2020-ci il sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. . ASK-nin məlumatına əsasən

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərə

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO. Yəqin ki, sizin də telefonunuza reklam xarakterli, haradan, kimdən gəldiyi bəlli olmayan smslər daxil olur. Bu smslərin əksəriyyətində isə link göndərilir. Hansı ki sizi

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var. Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib. VAZ markalı ik

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var. Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeyd

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq. Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşero

"Azercell"dən Bilik Günü təbriki - FOTO

"Azercell"dən Bilik Günü təbriki - FOTO. "Azercell Telekom" MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirib. Ölkənin lide

Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı. Bakı şəhərinin Nizami rayonunda mənzildən bir nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətd

Bakıda yanğın olub - VİDEO

Bakıda yanğın olub - VİDEO. Nəsimi metrosu yaxınlığında yanğın baş verib . Bu barədə -ın redaksiyasına videogörüntülər göndərilib. Vətəndaşın sözlərinə görə,  söhbət Nəsimi metrosunun yaxınlığında İlqar Cümşüdov küçəsi 1

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib. İlk dərslər I-IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm, V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun dunya xeberleri axsam.az xeberler apa.az xeberler