"Tikinti sektoru postpandemiya dövründə aktivliyin qısa zamanda əldə edilməsinə töhfə verəcək"

"Tikinti sektoru postpandemiya dövründə aktivliyin qısa zamanda əldə edilməsinə töhfə verəcək"İstər pandemiya, istərsə də postpandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar tikinti sektoruna daha çox sərmayə cəlbinə imkan yaratmaqla yanaşı, bu sahədə idarəetmənin də müasir standartlara uyğun qurulmasına imkan verib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
"Tikinti sektoru postpandemiya dövründə aktivliyin qısa zamanda əldə edilməsinə töhfə verəcək"O vurğulayıb ki, həm yeni sənaye obyektləri və xidmət sahəsi obyektlərinin açılışı, həm də mənzil fondunun yenilənməsi hesabına dayanıqlı, sabit inkişaf və artım müşahidə olunur.
V.Bayramovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında yaranan hər 100 manatın 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır. 2019-cu ildə ölkədə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatdı:
"Ümumi Daxili Məhsulun 7.3 faizi tikinti sektorunun payına düşüb. Bu isə o deməkdir ki, ötən il tikinti sektorunda 6 milyard manata yaxın dəyər formalaşıb. Rəqəmlərdən göründüyü kimi, tikinti sektoru iqtisadi inkişafda və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Digər tərəfdən, pandemiya dövründə şəhərsalma, memarlıq və tikinti sektorunun inkişafı üçün də önəmli addımlar atılıb. Ötən il tikinti sahəsinə yatırılan 5 milyard 672 milyon manat xarici investisiya ilə müqayisədə daxili resurslar hesabına 12 milyard 867 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Göründüyü kimi, rəqəmlər bir tərəfdən sektorun sərmayə cəlbi baxımdan cəlbedici olduğunu, digər tərəfdən isə yerli maliyyə mənbələrinin səmərəli mobilizasiya olunduğunu göstərir".
Millət vəkili bildirib ki, bu ilin avqust ayının 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2 faiz artaraq 1681,2 min nəfər olmuş, onlardan 909,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 8,4 faizi tikinti sektorunda çalışır. Bu isə o deməkdir ki, hazırda bu sektorda 141 mindən çox vətəndaşımız rəsmi əmək müqaviləsi ilə fəaliyyət göstərir. Həmçinin, sözügedən sahə həm məşğulluğun təmin edilməsi, həm də bütövlükdə sosial təminatın gücləndirilməsi baxımından vacib sektordur.
V.Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının uğurlu icrası tikinti sektoru üçün inkişaf tendensiyasını müəyyənləşdirən meyarlardan birinə çevrilib:
"Belə ki, əvvəlki illərdə inşa edilmiş, amma istismara alınmayan binalarda yaşayan sakinlərin maraqlarını, eləcə də sosialyönümlü dövlət siyasətinin əsasında dayanan humanizm prinsiplərini rəhbər tutan bu fərmanla paytaxtda tikilmiş çoxmənzilli binalar üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də, digər şəhərlərdə tikilmiş çoxmənzilli binalar üçün müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən ümumi sahəsi 8.466.990 kv. metr olan 408 çoxmənzilli binanın istismarına icazə verildi. Bu tikinti sektoru üçün tarixi addımlardan biri kimi dəyərləndirilir. Məhz bu səbəbdən də Respublika üzrə istismara verilmiş yaşayış binalarının ümumi sahəsi 2018-ci ildə isə 2.250.000 kv. metr olsa da, 2019-cu ildə 9.469.000 kv.metr mənzil istismara verildi. Bunun 7.238.216 kv. metri əvvəlki illərdə inşa edilmiş və Azərbaycan Respublikası Prezidentinin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında Fərmanına əsasən istifadəyə verilmiş mənzillərin payına düşdü".
V.Bayramovun sözlərinə görə, təqdirəlayiq haldır ki, qlobal pandemiya ilə əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru, inkişaf tempini qoruyub saxlaya bilib:
"Qeyd etmək lazımdır ki, tikinti sektoru pandemiya dövründə fəaliyyətini məhdudlaşdırmayan sahələrə aid edildi. Bu da postpandemiya dövründə Azərbaycanda inşaat sektorunun öz aktuallığını qoruyub saxlayaraq iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə töhfə verəcək. Həmçinin, məşğulluğun təmin edilməsi baxımından prioritet sahə sayıldığı üçün postpandemiya dövründə yeni iş yerlərinin yaradılması, eyni zamanda əlavə dəyərin formalaşmasında məxsusi çəkiyə malik olacaq. Xüsusən, nəzərə alsaq ki, pandemiyadan sonrakı mərhələdə həm də əmlak bazarında canlanmanın artacağı gözlənilir, bu, tikinti sektorunun əhəmiyyətini artırmaqla yanaşı, sosial təminat, dayanıqlı iqtisadiyyat, o cümlədən inklüziv inkişaf kimi hədəflərə çatmaqda yardımcı olacaq. Bununla yanaşı tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasına imkan verəcək".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 15   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı ( ) və İnternet Vergi İdarəsi (ww.e- ) vasitəsi ilə əvvəlcədə

Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir - FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobi

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-dən başlayan, Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətind

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən -a bildirilib ki, iclasda AİH-ni

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır. Bu barədə Trend Türkiyənin Torpaq Kadastr

Bu il Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəlib. Trend-ə istinadən bildirir ki, neft-qa

Sabah dollar neçəyə olacaq?

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, 15.09.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəs

Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,08% azalaraq 1 barelə görə 39,58 dollar təşkil edib. APA-ya istinadə

Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. bildirir ki, 2020-ci ilin sentyabrın 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, 1 avronun məzənnəsi 2.0221 manata yüksəlib

Azərbaycan üçün rəqəmsallaşma - Seçim, yoxsa zərurət?

Son illərdə bəşəriyyət qlobal və köklü dəyişikliklər yoluna qədəm qoymuşdur. Postindustrial dövr insanın həyatından tədricən inkişaf tariximizdəki yeni dəyişiklik - rəqəmsallaşma vasitəsilə sıxışdırılıb çıxarılır. bildiri

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəs


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler azerbaycanda son xeberler metbuat xeber.az bu gun