Tibb personalını koronavirusdan qorumaq üçün bunlar vacibdir

Tibb personalını koronavirusdan qorumaq üçün bunlar vacibdir"Son tədqiqatlarda COVİD-19 virusunun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir. Bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir".
Bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova  "COVİD-19: Radiologiya şöbəsində infeksiya təhlükəsizliyinə dair əsas tələblər" adlı məqaləsində bildirib.
Radiologiya şöbəsinin işci heyətinin COVİD-19 xəstələri ilə kontaktda olan ilk sırada tibb personalı olduğunu nəzərə alaraq, infeksiyalaşmadan ciddi qorunma tədbirlərinə əməl edilməsi vacibdir. Xəstəliyin törədicisi yüksək dərəcədə kontagiozdur və yoluxma respirator damcılar və infeksiya təhlükəsi daşıyan səthlərə toxunan zaman baş verir. Damçılar yüksək transmissiya riski daşıyıb təqribən 91.44 cm məsafədə yüksək yoluxma riski daşıyır və mənbədən 183 cm məsafə qədər uzaqlaşa bilirlər. Son tədqiqatlarda COVİD-19 virusunun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir ki, bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir. Bu baxımdan radiologiya şöbəsinin texnikləri həm potensial şüalanmaya, həm də infeksiya riskinə dair yenilənmiş fərdi qorunma tədbirlərina dair daim məlumatlandırılmalıdırlar.
COVİD-19 pandemiyasının menecmentində radioloji şöbələrin işinin düzgün qurulması cox vacibdir. Təbii ki, hazırda bu pandemiya ilə əlaqədar olaraq mövcud təhlükəsizlik tədbirləri və tövsiyələrin yenilənməsi xüsusən aktualdır. Bu məsuliyyəti bütün səhiyyə qurumları daşımalı, mövcud əsasnamələr beynəlxalq rəhbərliklərə uyğunlaşdırılmalıdır. Özlərini, kolleqalarını və xəstələri qorumaq baxımından radioloji şöbənin texnikləri fərdi qorunma tədbirlərinə düzgün əməl etməlidirlər. Bu aspektdə fərdi qoruyucu vasitələrə xüsusi tibbi maska, geyim (mantiya), əlcək və eynək aiddir.
Aşağıda qeyd olunan əsas məqamlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə razilaşdırılmış və Sinqapurda tibb mərkəzlərinin hesabatında təsdiq edilmişdir:
-COVİD-19 təsdiq olunan və ya şübhəli olan pasiyentlərin müayinə olunduğu bütün radioloji avadanlıqların (rentgen aparatları-mobil və ya stasionar, KT, MRT cihazları, ultrasəs probları) xəstə ilə təmasdan sonra dərhal dezinfeksiya edilməsi
-İmkan daxilində müayinələrin mobil-portativ rejimdə icra edilməsi. Qeyd etmək lazımdır ki, mobil-portativ müayinələr xüsüsən kritik vəziyyətdə olan xəstələrin menecmentində tətbiq edildiyindən yüksək infeksiya risk daşıyır;
-Yalnız mobil-portativ müayinələrin mümkün olmadığı hallarda pasientlərin şöbəyə transfer edilməsi- pasientin şöbədə olduğu müddətdə maskada olması mütləqdir.
Hazırda radiologiya şöbələrində COVİD-19 şübhəsi olan, yəni qızdirması və öskürəyi olan bütün xəstələrin müayinəsi aparılır. Aşağıda göstərilən məqamlar həm şüalanma, həm yoluxma riskini azaldır:
-Müayinələri növbəli olaraq bir birini əvəz edə biləcək komandaların aparması
-COVİD-19 təsdiq olunmuş və ya şübhəsi olan pasientlərin müayinəsində avadanlıqların qarşılıqlı dəstəyini təmin etmək
-Təcili olmayan-planlı müayinələrin təxirə salınması
-Referallara (göndərişərə) dair üzbəüz yox, telefonla informasiya verilməsi
-Personalın sağlamlığının təminatı üçün rezerv-növbə sistemlərinin qurulması
Xəstənin göndərişində COVİD-19 riski haqqında informasiyanın verilməsi ( şübhəli və ya təsdiq edilmiş) əvvəldən müvafiq tədbirlərin aparılması baxımından cox vacibdir. Xəstə ilə 1 metrdən az məsafə böyük risk daşıdığı üçün xəstə daim, hətta mümkün olduğu halda çəkiliş zamanı da maskada olmalıdır.
Qeyd etmək lazımdır ki, bu yenilənmələr dünyanın müxtəlif radiologiya təşkilatlarının diqqəti mərkəzindədir. Məsələn, Amerika Radiologiya Kolleci və Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi xüsusən kənardan gələn qeyri-təcili xəstələrin müayinəsinin təxirə salınmasını məsləhət görürlər. Britaniya Torakal Radiologiya Cəmiyyəti COVİD-19 təsdiq edilmiş və ya şübhəsi olan xəstələrin radioloji müayinələrini aparan şöbələrin işinə və bu xəstələrin döş qəfəsi rentgenoqrafiyası və KT müayinələrindəki səciyyəvi görüntülərinə dair rəhbərlik hazırlamışdır.
Diqqətdə saxlamaq lazımdır ki, bu pasientlərin müayinəsini aparan rentgen texniklərin düzgün iş rejimi, radioloji avadanlıqların və tətbiq edilən müayinələrin effektiv və yetərli istifadəsi gələcəkdə tələblərin qarşılanmasına imkan verəcəkdir.
Təbii ki, bu pasientlərlə işləyən hər bir tibb işçisi üzərinə düşən məsuliyyəti maksimum dərk etməklə, infeksiyalaşma riskinin azalmasına xidmət edəcəkdir.
Materialın hazırlanmasında https://radiopaedia.org/articles/covid-19-3?lang=us saytının materiallarından, file:///Covid-19 pandemic/ Summary of current and emerging issues for radiographers (müəlliflər: Drs Nick Woznitza, Samanjit S Hare, Arjun Nair, 2020) və https://www.sciencedirect.com/.../artic.../pii/S1546144020301502 - undfig1 Coronavirus (COVID-19) Outbreak: What the Department of Radiology Should Know (müəlliflər:Soheil Kooraki, Mellina Hosseiny, LeeMyers, Ali Gholamrezanezhad) mənbələrindən istifadə edilmişdir.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 35   Tarix: 29 mart 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Koronavirus testinin şəxsi istəyə bağlı olunmaması tövsiyə olunur

Koronavirus testinin şəxsi istəyə bağlı olunmaması tövsiyə olunur. e- -a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzman

Koronavirusdan sağalan azərbaycanlı iş adamı: "Həyatımda bundan da pis qriplərə tutulmuşam"

Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirmişdik və hələ də bərpa olunmayıb. . xəbər verir ki, bu sözləri koronavirusa yoluxmuş Kanadada yaşayan azərbaycanlı iş adamı Ruslan İsmayılzadə Amerikanın Səsinə müsahibəsind

Səhiyyə Nazirliyi tibbi maskalardan düzgün istifadə qaydalarını açıqladı

Səhiyyə Nazirliyi tibbi maskalar haqqında maarifləndirici məlumat paylaşıb. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən  -a verilən xəbərə görə, üz üçün tibbi maska - tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patoge

Koronavirus böyük bəladır, amma...

Dünyada tüğyan edən, artıq 683 min insanın yoluxduğu COVİD-19 koronavirusu pandemiyası hələ səngiməyib. Hər ölkə bu bəlaya qarşı fərqli mübarizə aparsa da, ümumi yönlər və məqamlar da var. Karantin rejimi, ticarət və əylənc

Koronavirusa yoluxan gənc cütlük necə sağaldı? - Ö zləri danışır

Həkimlərin bütün xəstələrə kömək etməyə belə gücləri çatmır. Lakin xəstəlik ölümcül deyil. Ondan qurtulmaq olar. Anton və Maria Petrova çətin bir sınaqdan keçiblər (öz istəklərinə uyğun olaraq adlar şərtidir). Onlar Cenevrəd

Koronavirusdan qorunmaq üçün bunları edin

Koronavirusdan qorunmaq üçün bunlar ÖNƏMLİDİR:. 1. Zərurət yoxdursa evdən çıxmayın!. 2. Qapalı, kütləvi yerlərdən uzaq olun!. 3. Səfərləri təxirə salın!. 4. Əlləri, üzünüzü müntəzəm sabunlu su ilə yuyun!. 5. Ağız və burn

Tibbi maskanı xəstə insanlar taxmalı, sağlam olanlar isə...

"Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər". Bunu apteklərdə tibbi maska çatışmazlığı barədə sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirini

Mineral suların koronavirusa qarşı faydası varmı?

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə gətirib çıxardır. Minerallar olmasa, insan bədəni xəstəliklər qarşısında çarəsiz qala bilər. Hazırkı vəziyyətdə tez-tez mineral su içmək lazımdır. -a istinadə

Koronavirus hamilələrdə hansı problemlər yarada bilər?

Koronavirus hamilə qadınlarda bir sıra problemlərə yol aça bilər. Virusun hətta hamiləlikdə düşüklər yaratması da mümkündür. e- -a istinadən bildirir ki, bunu Türkiyədən olan qadın xəstəlikləri və doğum uzmanı, professo

Günəş şüaları KORONAVİRUSU məhv edə bilərmi? - Tanınmış həkim SİRLƏRİ AÇDI

Koronavirusun fəsillə bağlılığı suallar doğurur. xəbər verir ki, rusiyalı allerqoloq-immunoloq Georgi Vikulov "Komsomolskaya pravda" radiosuna müsahibəsində yay fəslinin yeni tip virusu məhv etməsi ilə bağlı suallar

Koronavirus hansı temperaturda ölür?

Dünyanın hər yerində elm adamları, həkimlər və mütəxəssislər Çin koronavirusunu necə dayandırmağın yollarını düşünürlər. Hamıya məlumdur ki, "Covid-19" Çinin Uhan əyalətində peyda olub. -a istinadən bildirir ki

Oynaq qığırdaqlarının yeyilmə səbəbləri və müalicə yolları - Ağrı mütəxəssisi ilə MÜSAHİBƏ

İnsan oynaqları üzərində bədən ağırlığını saxlayır, tarazlayır. Təəssüf ki, gənc yaşlarımızda oynaqlarımızın qığırdaqlarını diqqətdə saxlayıb, qayğısına qalmırıq. Buna görə də yaşlananda oynaqlarımız tamam dağılır. Məhz b


son xeberler azerbaycan xeberleri yeni xeberler en sonxeber apa.az xeberler ən son xəbər kriminal xeber