Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olubErmənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub.
Azxeber.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviç barəsində cinayət işinə Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Qriqoryan Feliks Arşakoviç barəsində cinayət işinə isə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 23   Tarix: 11 iyun 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA

Azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər dava

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxa

DİN: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır

"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir". Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətini

Taleh Ziyadov: 'Gübrə terminalı 2022-ci ildə istismara veriləcək

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib. Bu barədə "Report"a Bakı Limanından bildirilib. Qeyd edilir ki

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncə şəhərində yanğın hadisəsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzili

Qubada atasını baltalayıb öldürən şəxs tutuldu

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə -a Quba Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla müəyyə

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzili

Azərbaycanda bələdiyyə sədri maskaya görə cərimələndi

Ağsu rayon Gəgəli kənd bələdiyyəsinin sədri Fariz Xəlilli cərimə olunub. -un "Report"a istinadən verdiyi xəbərinə görə, bu barədə sosial şəbəkələrdə F.Xəlillinin özü məlumat yayıb. O bildirib ki, mayın 24-də Ağs

Azərbaycanda son 24 saatda koronavirusdan 1 nəfər ölüb - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxa

Binəqədidə qeyri-hökümət təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirildi - FOTOLAR

09 iyun 2021-ci il tarixdə qeyri-hökümət təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib. xəbər verir ki, görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehd

Allahşükür Paşazadə II Qareginin Xankəndiyə səfərini pislədi - BƏYANAT

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "Uca Yaradan qarşısında din xadimi olaraq mənəvi məsuliyyətimdən çıxış edərək aşağıdakılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az son xəbərlər azərbaycanda maşın realiti şou bu gunun xeberleri