TANAP "İlin Layihəsi" oldu - FOTO
TANAP "İlin Layihəsi" oldu - FOTO
TANAP layihə idarəçiliyi sahəsində yüksək mükafata layiq görüldü.
Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata əsasən, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI - Project Management Institute) tərəfindən "İlin Layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq görülüb.
Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.
Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.


SONXEBERLER.AZ Sosial Baxılıb: 58 Tarix: 21 oktyabr 2020 f PaylaşBakıda azyaşlılar bağlı qapı arxasında köməksiz qaldı
Bakıda azyaşlılar bağlı qapı arxasında köməksiz qaldı . Bakı şəhərinin Suraxanı rayonunda ikisi azyaşlı olmaqla üç nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məluma
Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı
Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı. Dünən saat 19 radələrində Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğluna bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şəmki
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü. Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VA
Paşinyan yeni yumor qəhrəmanı rolunda - VİDEO
Paşinyan yeni yumor qəhrəmanı rolunda - VİDEO. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə gənclərin yumor və satira qəhrəmanına çevrilib. . Onun haqqında çəkilən karikaturalar, yazılan satirik şeirlər
Zəngilanın təhsil statistikası açıqlandı - FOTO
Zəngilanın təhsil statistikası açıqlandı - FOTO. Azərbaycan Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. 2020-2021-ci tədris ili ərzində şəhərdə məktəblərin sayı 33 olub. Eyn