Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq

Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaqAzərbaycan Davos Forumunun enerji keçidi indeksi üzrə hesabatının indeks cədvəlində 44-cü yeri tutub və MDB məkanında ən yüksək göstəricini nümayiş etdirib. Hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin yaradılmasının əsas meyarlarını qeydə alır və bərpa olunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur.
Məlum olduğu kimi, son illərdə Azərbaycan alternativ elektrik enerjisinin inkişafına diqqət ayırır. Ölkə bərpa olunan enerji mənbələri ilə zəngindir və mütəxəssislərin fikrincə, bu, postneft dövründə elektrik enerjisinin ekoloji istehsalına imkan verəcək. Təsdiq olunub ki, Azərbaycan ərazisinə düşən günəş şüalarının sayı bir çox ölkələrin göstəricilərini üstələyir. Bir sözlə, buranı dünyanın ən günəşli ölkələrindən biri adlandırmaq olar.
Azərbaycanın bu cür təbiət imkanları xarici investorların diqqətini cəlb edib. Ümumilikdə, respublikada alternativ enerjinin güc potensialı 26 940 meqavatt təşkil edir ki, bunun da 90 faizi günəş enerjisinin payına düşür.
Trend bildirir ki, bununla bağlı rusiyalı iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Day.Az-ın suallarını cavablandırıb.
Alternativ enerji mənbələri anlayışı çox genişdir. Onlar arasında daha mühüm rolu günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi, qabarma enerjisi və geotermal enerjidir. Bu enerji növlərini onların bərpa olunan, digər sözlə əbədi olması birləşdirir. Onların istifadəsi ənənəvi enerji mənbələrində olduğu kimi təbiətə mənfi təsir göstərmir.
Bu gün alternativ enerji ötən əsrdə neft və qazın olduğu kimi, inkişafla əlaqələndirilir.
Neft və ya neft-qaz adı verilən ötən dövr 19-cu əsrin son rübündə başlayıb və iqtisadiyyatın, əhalinin həyat səviyyəsinin misilsiz inkişafı ilə üst-üstə düşüb.
Bu dövrün başa çatdığını demək hələ ki, tezdir. Amma o da aşkardır ki, 10-20 il ərzində neft, qaz, daş kömür və şistin rolu azalmağa başlayacaq. Ənənəvi enerji mənbələrini alternativ enerji əvəz edəcək. Bu, ətraf mühit baxımından daha təhlükəsizdir. Onların istifadəsi mineral ehtiyatları daha səmərəli gələcək istifadəsi üçün qorumağa imkan verəcək.
Azərbaycan üçün nəhəng külək və günəş enerjisi ehtiyatlarının istifadəsi üzrə texnologiyala daha aktualdır. Bu texnologiyalar hən dövlət, həm iri enerji şirkətləri, həm də ayrı-ayrı ailə təsərrüfatları səviyyəsində, xüsusilə də kiçik şəhərlərdə və kənd yerlərində geniş miqyasda istifadə oluna bilər.
Alternativ enerji texnologiyalarının hazırlanması və tətbiqinə ilkin investisiyalar böyükdür, bu xərclər adətən 7-10 il ərzində ödənilir və Azərbaycanın unikal təbiətinin toxunulmazlığını. Eləcə əhalisinin sağlamlığını qorumağa imkan verir.
Rusiyaya gəldikdə isə, burada alternativ enerjiyə münasibət ikilidir. Rusiyanın bir çox enerji və yüksək texnologiya şirkətləri bu problemə öz maraqlarını qeyd edib. Bu sahədə tədqiqatlara, xüsusilə də qabarma və dalğa enerjisi kimi qeyri-ənənəvi sahələrdə işlətə yüz milyonlarla dollar investisiya qoyulub. 
Milli.Az  /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 25   Tarix: 27 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər

ABŞ şirkətləri, xüsusilə "Exxon Mobil", bir çox yerlərdə, ABŞ-ın digər ölkələrdəki səfirlikləri ilə məsafə saxlayırlar və ABŞ-ın rəsmi siyasi xətti ilə özlərinin əlaqələndirilməsini istəmirlər. ABŞ neft şirkətlər

"Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri" konsepsiyası təqdim edilib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətlər

Azərbaycanda 4 ayda 170 min tondan çox ət istehsal edilib

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 171,2 min ton ət istehsal edilib.  Trend-ə istinadən bildirir ki, hesabat dövründə 659,9 min ton süd, 653,2 milyon ədəd yumurta və 2,

Alternativ enerjinin alternativi yoxdur

Yəqin ki, hamı şimala doğru yollananda Xızı rayonuna girişdə, təpələr üzərində nəhəng qurğuları görüb. Onlar 2018-ci ilin oktyabrında istifadəyə verilmiş "Yeni Yaşma" Külək Enerjisi Parkıdır. Xızı rayonunun Yen

Azərbaycanda sənaye istehsalının həcmi artıb

2020-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,0 faiz artaraq 13,0 milyard manat təşkil edib

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 2,05% artaraq 1 barelə görə 36,26 dollar təşkil edib. APA-ya istinadla bildiri

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. APA-ya istinadla bildirir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit

"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. bildirir ki, bunu Trend-ə "Woo

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 041,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1 faiz artıb.  Trend-

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır. bildirir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət-Sənaye Palatasında

Bağ evlərinə tələbat artıb

Son vaxtlar bağ evlərinə tələbat artıb. Bu isə, öz növbəsində, qiymət artımına səbəb olub. Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirusla mübarizə səbəbindən sərhədlərin bağlı olması tətil vaxtlarında insanların xaric

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,20% artaraq 1 barelə görə 35,20 dollar təşkil edib. APA-ya istinadla xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber meherremlik 2020 dunya xeberleri kriminal