SON DƏQİQƏ: Türkiyə İdlibdə şiddətli ƏMƏLİYYATA BAŞLADI - Hərbi texnikalar və general məhv edildi

SON DƏQİQƏ: Türkiyə İdlibdə şiddətli ƏMƏLİYYATA BAŞLADI - Hərbi texnikalar və general məhv edildiSuriya müxalifləri İdlibin Neyrab kəndinə daxil olub. Sərakib rayonunun şimal-şərqində yerləşən kənddə şiddətli müharibə gedir.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi informasiya yayıb.
Bildirilir ki, kənddəki rejim hədəfləri top atışları ilə atəşə tutulub. Müxaliflər Bəşər Əsəd qüvvələrinin 1 tank və 1 zirehli avtomobilini məhv edib. Daha 1 tankı ələ keçirib.
Qeyd edək ki, Neyrab, 3 fevralda rejim qüvvələri tərəfindən işğal olunmuşdu.
Sərakib rayonu Dəməşq ilə Hələb arasında əlaqə yaradan M5 amgistral yolu və İdlib-Lazkiyə-Hələbin əlaqələrini təmin edən M4 magistralının birləşdiyi nöqtədə yerləşir.
16:15
Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatları İdlib şəhərinin hava koordinatlarını ələ keçirib.
xəbər verir ki, bu barədə "Sabah" informasiya yayıb.
"A Xəbər"in bölgəyə ezam olunmuş müxbiri Mehmet Sabri Urbaşın verdiyi məlumata görə, türk ordusunun bölgədə 10 minlərlə əsgəri var. Bölgədə hərəkətlilik ən üst səviyyədədir.
Hərbi mütəxəssislər Türkiyə Silahlı Qüvvələrinin tayı-bərabəri görülməmiş formada İdlibə ağır silahlar və zirehli avtomobillər göndərdiyini bildirir.
Qeyd edək ki, bölgədə Rusiya ordusunun aviazərbələri də davam edir.
***
15:34
Türkiyə Silahlı Qüvvələri "İdlib" əməliyyatına start verib.
xəbər verir ki, barədə "Halab Today" informasiya yayıb.
Bildirilib ki, TSQ Suriyanın İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin Serakib rayonundakı strateji nöqtələrini reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.
Sosial şəbəkələrin Suriya müxaliflərinə yaxın səhifələrdə yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və rejim qüvvələrinə məxsus 1 tankı məhv edib.
Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən geri çəkilməyə başlayıblar.
Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da çıxışında "İdlibdə hərbi əməliyyatın başlaması an məsələsidir. Bir gecə ansız gələ bilərik" sözləri ilə əməliyyatın siqnalını vermişdi.
Zümrüd /publika.az


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 22   Tarix: 20 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Suriyadan dəhşətli XƏBƏR GƏLDİ: şəhid verən türk ordusu Əsədi darmadağın etdi

İdlibdə əməliyyat keçirən Türkiyə ordusu şəhid verib. xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə ordusu 2 şəhid verib, 5 əsgər yaralanıb. Cavab hücumu nəticəsində Əsə

8 ildən sonra Dəməşqdən Hələbə sərnişin təyyarəsi uçdu

Suriyanın paytaxtı Dəməşqdən Hələb şəhərinə son 8 ildə ilk dəfə sərnişin təyyarəsi uçub. xəbər verir ki, təyyarədə jurnalistlər, dövlət nümayəndələri və digər şəxslər olub. Simvolik addım daşıyan səfər, güc nümayişi kim

ABŞ İranın tələblərini qəbul etmək məcburiyyətində qalacaq - Ruhani

"ABŞ-ın İrana qarşı təzyiq siyasəti nəticə verməyəcək. ABŞ adminstrasiyası nə vaxtsa danışıqlar masasına əyləşmək məcburiyyətində qalacaq". xəbər verir ki, İran prezidenti Həsən Ruhani Tehranda nazirlər kabinetini

İsrail AÇIQLADI: İrana hücuma keçirik!

İranın Suriyada heç bir işi yoxdur. Onları hədəf almağa davam edəcəyik. -a istinadla xəbər verir ki, İsrail Müdafiə naziri Naftali Bennet deyib. Nazir bildirib ki, 8 illik Suriya böhranında müdafiə xəttində olan İsrail artı

Avtobus yük maşını ilə TOQQUŞDU: 19 ölü, 50 yaralı

Hindistanın Tamilnad ştatının Tiripur əyalətində avtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində ən az 19 nəfər həlak olub. Avtobusda 50 sərnişinin olduğu bildirilir

Sabiq prezident həbs olundu - Milyonlarla dollar ödəyəcək

Koreya Xalq Demokratik Respublikasının keçmiş prezidenti Li Myon Bak haqqında həbs qərarı çıxarılıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Seul Ali Məhkəməsi qərar qəbul edib. Sabiq prezident vəzifəsindən sui-istifad

Britaniya miqrasiya şərtlərini açıqladı: bu şəxslərə tətbiq olunmayacaq

Böyük Britaniya Avropa İtifaqından çıxdıqdan sonra xal əsaslı miqrasiya sisteminə keçid edəcək. xəbər verir ki, hökumət "Brexit"dən sonra ölkəni dünyanın ən parlaq və ən yaxşı şəxslərinə açmaq niyyətindədir. Daxil

SON DƏQİQƏ: Ərdoğan bütün dünyaya ELAN ETDİ - Müharibə hər an başlaya bilər

"İdlib hərəkatı artıq an məsələsidir". xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında qeyd edib. Ərdoğan bildirib ki, İdlibi Türkiyənin anti-terro

40 illik müharibə başa çatır - ABŞ ordusunu ORADAN ÇIXARIR

Əfqanıstanda 40 ilə yaxındır ki, davam edən müharibəni sonlandırmaq üçün ABŞ ilə Taliban arasında sülh müzakirələri başa çatıb. xəbər verir ki, görüşlərdə ABŞ-ı təmsil edən Zalmay Xəlilzadla Talibanın səlahiyyətli şəxslər

Dünyanın gözlədiyi görüş BAŞA ÇATDI: Rusiyadan müharibə anonsu - Türk ordusu hərəkətə keçir?

Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada bir araya gələn Türkiyə və Rusiya nümayəndə heyətinin görüşləri başa çatıb. xəbər verir ki, iki gün davam edən görüşlərdən sonra rəsmi açıqlama verilməyib

Hökumətdən 13 və 14-cü maaş, təqaüd tələbi - Parlament qarşısında...

Yunanıstanda hökumətin sosial təhlükəsizlik qanunu ilə bağlı hazırladığı qanun layihəsi kütləvi etirazlara səbəb olub. xəbər verir ki, ictimai sektorda çalışan işçilər 24 saatlıq tətil elan edib. Yunanıstan İctimai İşçilə

Əfqanıstanın prezidenti bəlli oldu

Məhəmməd Əşrəf Qani Əfqanıstanın növbəti dəfə prezidenti seçilib. xəbər verir ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, Əşrəf Qani yenidən hakimiyyətə gəlib. Seçkilərin nəticələrin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2020 axsam az xeberler bu gunun xeberleri haqqinda melumat xeber saytlari