"SOCAR Trading" neft qiymətləri ilə bağlı müsbət proqnoz verdi

"SOCAR Trading" neft qiymətləri ilə bağlı müsbət proqnoz verdi "SOCAR Trading" neft qiymətləri ilə bağlı müsbət proqnoz verdi
"Bu il neftin bir barelinin qiyməti 80 ABŞ dollarına qədər arta bilər. Lakin, istehsalçıların bu gurultulu tələbə dərhal və kifayət qədər təkliflə cavab verə bilməyəcəyi ehtimal olunur".
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi xam neft həcmlərinin satışını həyata keçirən, qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən "SOCAR Trading SA"nın ticarət üzrə icraçı direktoru Xəyal Əhmədzadə "Bloomberg"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar yaradılmış əlavə neft ehtiyatları bu ilin yay aylarına qədər tamamilə azalacaq: "Həmçinin, neft hasilatını təmin edən qurğulara və quyularda istifadə olunan avadanlıqlara tələbatın artması ilə əlaqədar polad qiymətlərinin də artması gözlənilir".
İcraçı direktor bildirib ki, yaz aylarında və ya ilin sonuna qədər neftin bir barelinin qiyməti 80 ABŞ dollarına qədər arta bilər və hətta, yaxın 18-24 ay ərzində bir barel üçün qiymət 100 dolları ötə bilər. 
Bildirilib ki, "Socar Trading" tərəfindən gün ərzində bir milyon barelə yaxın xam neft və neft məhsullarının satışı həyata keçirilir. X.Əhmədzadə əlavə edib ki, SOCAR böhran vəziyyətində 15 milyon barelə yaxın saxladığı bütün neft ehtiyatını artıq satıb. 
O qeyd edib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) və Rusiyanın da daxil olduğu müttəfiq ölkələrin hasilatı yenidən artırması ilə xam neft tədarükü tezliklə tam şəkildə təmin edilə bilər. 
"Hətta, Səudiyyə Ərəbistanı və Texas neft hasilatını tam şəkildə davam etdirsə belə ən qorxulusu budur ki, 12 ayda mövcud bazarda çatışmazlıq yaşana bilər və bu da qiymətlərə çox böyük sürətlə təsir edəcək".
Qeyd edək ki, 2008-ci ilin aprelində fəaliyyətə başlayan "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi neftin Avropa, Asiya və Amerika istehlakçılarına çatdırılmasını təmin edir. /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 36   Tarix: 23 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İsmayıllıda ikimərtəbəli ev yandı

İsmayıllıda ikimərtəbəli ev yandı. İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki

Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO

Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO. 36 günlük körpənin sizin köməyinizə ehtiyacı var. Balaca Əli ürək qüsuru ilə dünyaya gəlib. Həkimlər onda ürəkdə qulaqcıqlar və mədəciklər arası qüsurlar, ikinci-üçünc

Estoniyada Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək

Estoniyada Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək. Estoniyada 26 fevral Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək. Bununla bağlı Estoniyada Azərbaycan Evini

Yolları atla qət edənlər – VİDEO

Yolları atla qət edənlər – VİDEO . İsmayıllı rayonun Zərnava kədinin sakinlərinin illərdir yaşadığı yol problemlərini işıqlandırmaq üçün Baku TV kəndə yollanıb. . Yolu buradan keçənlərin avtomobilləri palçıqlı yollarda batı

Bakıda fəhlənin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Bakıda fəhlənin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB. Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığ

Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO

Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO. Yüz il öncə 18-19 fevral 1921-ci ildə Borçalı və Tbilisidən olan müsəlman azərbaycanlılar bu şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılaraq Qızı

Artan intiharlar: Qadın azadlığı, yoxsa mentalitet? – CANLI

Artan intiharlar: Qadın azadlığı, yoxsa mentalitet? – CANLI. Baku TV-nin efirində yayımlanan "Təkbətək" verilişində son dövrlərdə ölkədə artan intiharlar müzakirə olunur. Aparıcı Teymur Əliyevin budəfəki qonaqlar

Sumqayıtın piyada keçidi olmayan mərkəzi küçəsi – VİDEO

Sumqayıtın piyada keçidi olmayan mərkəzi küçəsi – VİDEO . Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə Lermontov küçəsinin kəsişməsi olan yol yeni təmir olunub. Əraziyə asfalt örtük çəkilib, amma deyəsən, müxtəlif yol nişanlar

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO. Fevralın 19-da Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəz

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi. Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazo

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?. Növbəti aydan etibarən quraşdırılacaq əvvəlcədən ödənişli qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyində

Umayra Tağıyeva: "Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir

Umayra Tağıyeva: "Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir". "Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə Arktik hava kütlələri birbaşa şimalda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2021 muharibe bugünki xəbərlər son xeber 2021 son xəbər