Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏSergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ
ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər. Lakin gözləntilərə baxmayaraq, mətndə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəlinə dair heç bir söz yoxdur. ATƏT-in Minsk qrupu humanitar atəşkəs rejiminə əməl etməklə bağlı zəruri tədbirlər görməyə çağırıb. 
Həmsədrlərin danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimlənmə prosesinin əhəmiyyətli məsələləri üzrə tərəflərlə işlədiklərinə dair cümlə də yer alıb. 
Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov "Media.Az"a verdiyi şərhdə bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağlıq halları yoxdur və onların bəyanatı böyük ölçüdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təşəbbüs göstərilib:
"Fransa və ABŞ Qarabağ probleminin həllində az köməklik göstərirlər, lakin Allaha şükür çox da mane olmurlar. Vasitəçi böyük rol oynayan Rusiya ola bilər".
- Humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, atəş səsləri eşidilir...
- Burada qeyri-sabit tarazlıq var, bunu belə adlandırardım. Aydındır ki, hərbi üstünlük Azərbaycanın tərəfindədir. Ermənistanda isə öz əks-hücumlarına inanırlar. Ona görə hazırda vəziyyət məhz döyüş meydanında müəyyən edilir. Siyasi intriqa da var. Başa düşdüyümüz qədərilə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təkid etdiyi üzrə Ermənistan silahlı qüvvələrinin ən qısa müddətə çıxarılması və Qarabağ ətrafındakı rayonların təhvil verilməsinə başlamağa dair razılaşmaları imzalamağa meyillənir. Bütün bunlar "Madrid prinsiplərinin" və "Kazan formulasının" əsasında yer alır. Lakin Paşinyan qorxur ki, belə olan halda onu devirəcəklər və ya hətta güllələyəcəklər. Ona Rusiyadan müdafiə təminatları lazımdır. Amma onu qorumaq Rusiyanın nəyinə lazımdır? Nikol Paşinyan Qərbyönümlü, Amerikayönümlü, Rusiyanın düşməni hesab edilir. Odur ki, onu devirsələr, deməli elə də olmalıdır. İndi Moskva və Paşinyan arasında hansısa qapalı danışıqlar baş verə bilər. Bir daha təkrar edirəm: Paşinyan təminatlar istəyir, Moskva ona bunları verməyə hazır deyil. Buna görə də döyüş meydanı kimin qalib gələcəyini bütünlüklə təsdiq etməlidir.
- Axı bir daha qeyd edim ki, formal atəşkəs bağlanıb...
- O, humanitar xarakter daşıyır və sizin doğru olaraq dediyiniz kimi daha çox formaldır. Tərəflər ondan dincəlmək, yenidən qruplaşmaq üçün istifadə edirlər.
- Bəs Türkiyənin rolu barədə nə deyə bilərsiniz? Ermənistanın XİN başçısı onu mənfi adlandırır, Rusiyanın Xarici İşlər naziri isə Ankara ilə məsləhətləşmələrdən və onun Moskva razılaşmalarına dəstək verməsindən danışır. 
- Mənə elə gəlir ki, Türkiyənin rolu Azərbaycanın mövqeyini gücləndirməkdən ibarətdir. Və daha bir mühüm məqam Ankara və boru kəmərləridir (Azərbaycandan Gürcüstana və Türkiyəyə gedən – red.). Ermənistan hazırda neft və qaz kəmərlərinə zərbələr endirmir, çünki Türkiyənin reaksiyasından qorxur. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 143   Tarix: 14 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB. Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasını

Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik

Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə

Prezidentin köməkçisi: "Xeyli mülki şəxsin həyatı xilas edildi

Prezidentin köməkçisi: "Xeyli mülki şəxsin həyatı xilas edildi". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanı

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO. Meksikanın geniş oxucu kütləsinə malik "Excelsior" və "ContraReplica" qəzetlərində səfir Məmmə

Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məlumat verib

Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məlumat verib . Milli Məclisin sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentin

İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib - FOTO

İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib

Dövlət Bahçelidən terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumuna reaksiya

Dövlət Bahçelidən terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumuna reaksiya. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Bahçeli Ermənistanın Azərbaycandakı mülki şəxslərə qarşı terrorç

Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM

Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM. "Təhsil haqqında" qanun layihəsinə dəyişikliklə bağlı təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. B

İtalyan senator ermənilərin Gəncəyə hücumunu pisləyib - FOTO

İtalyan senator ermənilərin Gəncəyə hücumunu pisləyib - FOTO. İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənista

Xalq Ali Baş Komandanı ilə fəxr edir - MÜRACİƏTLƏR

Xalq Ali Baş Komandanı ilə fəxr edir - MÜRACİƏTLƏR. Dünyanın müxtəlif ölkələrində, eyni zamanda ölkəmizdə yaşayan azərbaycanlılar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərd

Ədalət tərəzisinin tarazlığı pozulanda onu güc bərpa etməlidir

Ədalət tərəzisinin tarazlığı pozulanda onu güc bərpa etməlidir. Son 30 ildə özümüz-özümüzü çox qınamışıq, cəmiyyət,  millət, xalq olaraq. Necə oldu ki, erməni torpaqlarımızı işğal edə bildi? Baxmayaraq ki, kim bilməsə də

İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresinin açılışında videomüraciəti təqdim olunub

İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresinin açılışında videomüraciəti təqdim olunub. Oktyabrın 12-də "Kiber Kosmos buraxılışı" mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun xəbərlər son xəbərlər xeber.az son xeberler