Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu

Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı olduŞahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu
Baş nazirin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasına əminlik ifadə olunub.
Söhbət zamanı "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, eyni zamanda region üçün əhəmiyyəti qeyd olunub.
Telefon danışığı zamanı həmçinin, ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 31   Tarix: 01 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

İlham Əliyev Nursultan Nazarbayevə zəng edib. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. Prezident İlham Əliye

Deputat Prezidentin Şəki səfərini şərh etdi

Deputat Prezidentin Şəki səfərini şərh etdi. "Cənab Prezident İlham Əliyevin Şəkiyə səfəri, həmişə olduğu kimi, bu dəfə də şəkililərin sevincinə səbəb oldu. Dövlət başçısı Şəkidə həm yol infrastrukturunun açılışında

Prezident nazir müavini təyin etdi - FOTO

Prezident nazir müavini təyin etdi - FOTO. Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. -ın məlumarına görə, İ.Əliyevin digə

Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb

Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamü

Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi

Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi. İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məhəmməd Əşrəf Qani müqəddə

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. AZƏRTAC xəbər veri

Dövlət büdcəsinin xərcləri artırılır – RƏSMİ

Dövlət büdcəsinin xərcləri artırılır – RƏSMİ. Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir. -ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının 2020-c

Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır

Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır. Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinin təxirə salınması gözlənilir. -ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının 2020-c

XİN: "Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır

XİN: "Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır". Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 

Los-Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO

Los-Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO. "Məlum olduğu kimi, 21 iyul 2020-ci ildə yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikal

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. . Dövlətimizin başçısı müqəddə

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub. İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. . Qurbanqul


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2020 krimnal xeber son.xabar en yeni xeberler