Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik

Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyikSahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik"
"Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub yaradacağıq, tamamilə bərpa edəcəyik!"
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib.
Spiker bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Milli Məclisin sədri vurğulayıb ki, hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan ordusunun bölmələri Ağdam rayonuna daxil olublar. Sahibə Qafarova bu münasibətlə təbriklərini ifadə edib.
Spiker deyib ki, noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.
Fransa rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyini söyləyən sədr Sahibə Qafarova qeyd edib ki, bu ölkədəki siyasi dairələr ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinə münasibətdə düşünürəm ki, qərəzli yanaşma ortaya qoyub:
"Bir müddət öncə isə Fransa Senatında təmsil olunan beş ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Bundan öncə cari ilin oktyabr ayında Fransa Parlamentinin aşağı Palatasında bənzər qətnamə irəli sürülüb. Hətta bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirib".
Spiker sadalanan faktlara istinad edərək bildirib ki, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib:
"Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır".
Sədrin sözlərinə görə, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunub.
"Hesab edirəm ki, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu məsələyə diqqət yetirməlidirlər", - deyə Sahibə Qafarova bildirib.
Daha sonra Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə ilk dəfə olaraq parlamentin iclas zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti Milli Məclisin iclasında canlı yayımlanıb. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 50   Tarix: 20 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətil

Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib

Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib. Prezidenti İlham Əliyev K.Ə.Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Kənan Əlihüseyn oğlu Seyidova general-mayo

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi. "Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətl

Ali Baş Komandana mahnı həsr olundu: "Qalib sərkərdə" - VİDEO

Ali Baş Komandana mahnı həsr olundu: "Qalib sərkərdə" - VİDEO. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. . "Qalib sərkərdə" adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə

Ceyhun Bayramov: "Bu gün bütün azərbaycanlılar üçün xüsusi gündür" - FOTO

Ceyhun Bayramov: "Bu gün bütün azərbaycanlılar üçün xüsusi gündür" - FOTO. "Bu gün bütün azərbaycanlılar, o cümlədən, minlərlə Ağdamlı məcburi köçkünlər üçün xüsusi gündür. Ağdam yenidən Azərbaycana qayıdır

"Ali Baş Komandana "Ordu Marşalı" adı verilsin" - TƏKLİF

"Ali Baş Komandana "Ordu Marşalı" adı verilsin" - TƏKLİF. "Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlha

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ. Qırğızıstan Azərbaycan ordusunun öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsini alqışlayır. Bu sözlər

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ingilis həmkarı Dominik Raab arasında telefon danışığı baş tutub. Bu barədə "Haber Global" məlumat yayıb. Nazirləri

İran XİN başçısı Azərbaycana səfər edəcək

İran XİN başçısı Azərbaycana səfər edəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  . APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzad

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçiriləcək. . Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. . Bildirili

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM. Bu gün Ağdam rayonu erməni işğalından azad olunub. . Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirəyə çıxarılıb

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı. Maya Sandu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşüb. Azərbaycanlı diplomat Prezident İlham Əliyevin təbrik məktubun


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun xabar az cəbhədən ən son xəbərlər cəbhədən son xəbərlər