Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşübSahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb
Dünən Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Spiker qonağı salamlayaraq deyib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən, BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.
Bu barədə Milli Məclisin yaydığı məlumatda qeyd olunub. 
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan sədr BMT-nin bu münaqişəyə dair qəbul etdiyi dörd qətnamənin bugünədək yerinə yetirilməməsini təəssüf hissi ilə qeyd edib.
Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu bir təşkilatın qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib.
Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur. Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.
Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Məclis bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Sədr deyib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə beynəlxalq hüquqa məhəl qoymadığını öz davranışları ilə bütün dünyaya nümayiş etdirir.
BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai səmimi görüşə və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin sədrinə təşəkkür edərək, münaqişə ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İsakzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.
Sonra qonaq qlobal pandemiya - COVID-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, bu məsələdə BMT-nin Bakı ofisi TƏBİB-lə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.
Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 40   Tarix: 15 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib. Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Müraciətdə bildirilir:. "Əziz dostlar!. Bildiyini

Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəyik

Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəyik". "Qardaş ölkələr olaraq Azərbaycanla həmrəylik nümayiş etdirməyimiz böyük önəm daşıyır". "CNN Türk"ün məlumatın

Leyla Abdullayeva: "Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib

Leyla Abdullayeva: "Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib". Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı Ermənistan ordusunun BMT TŞ-nı

Prezident: "Daha səkkiz kənd işğaldan azad olundu

Prezident: "Daha səkkiz kənd işğaldan azad olundu". Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. . "Twitter"də paylaşılmış postda deyilir:. "Rəşadətl

Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb - VİDEO

Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb - VİDEO. Oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsind

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB. Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasını

Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik

Hikmət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə

Prezidentin köməkçisi: "Xeyli mülki şəxsin həyatı xilas edildi

Prezidentin köməkçisi: "Xeyli mülki şəxsin həyatı xilas edildi". Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanı

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO. Meksikanın geniş oxucu kütləsinə malik "Excelsior" və "ContraReplica" qəzetlərində səfir Məmmə

Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məlumat verib

Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məlumat verib . Milli Məclisin sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentin

İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib - FOTO

İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal kriminal xeber xeberlər ən son xəbərlər bugün