"Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdır"

"Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdır"Yeni növ koronavirusdan (COVİD-19) sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdır"M.Quliyev bildirib: ""Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır"- ,bu sözləri cənab Prezident İlham Əliyev Şəkidə mobil tipli klinikanın açılışında söyləyib. Cənab Prezidentin söylədiyi kimi, son illərdə Azərbaycanda səhiyyənin geniş bazası və güclü potensialı yaradılıb. Hazırda ölkənin 46 klinikasında koronaviruslu xəstələr müalicə alır. Bu xəstəxanaların 41- i son illərdə Prezident İlham Əliyevin göstərişi ilə tikilib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Koronavirus pandemiyası elan olunan kimi dövlət başçımız bütün bəşəriyyət üçün böyük təhlükə olan COVİD-19 infeksiyası ilə mübarizəni öz nəzarətinə götürdü, sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirildi. Görülən tədbirlər və sərt karantin rejiminin tətbiqi nəticəsində bu ilin aprel ayının sonlarında epidemiya tam nəzarət altına alındı və lokallaşdı. Amma təəssüf olsun ki, may ayında karantin rejiminin yumşalması əks effekt verdi və qısa müddət ərzində yoluxma yenidən alovlandı. Xəstələnənlərin, o cümlədən, ağır xəstələrin sayı kəskin şəkildə artdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə alınıb gətirilən və qurulan mobil tipli klinikalar xəstələrin stasionar müalicəsinin təmin olunmasında əvəzsiz rol oynadı. Əgər cənab Prezidentin önləyici addımları olmasa idi, həqiqətən də ciddi böhranla üzləşə bilərdik, necə ki, bir çox inkişaf etmiş Avropa dövlətləri xəstələri yerləşdirməyə yer, müalicə üçün cihaz və avadanlıq çatışmazlığı ilə üzləşdilər. Amma biz bu çətinliyi hiss etmədik. Çünki hələ mart ayında koronavirus pandemiyası ilə mübarizə üçün kompleks tədbirlərin görülməsi, o cümlədən, 10 ədəd mobil klinikanın yaradılması ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqları olub. Artıq bu klinikaların 9 - u istifadəyə verilib. Bununla yanaşı, qısa müddətdə koronavirusla mübarizə vasitələrinin - tibbi maska, qoruyucu kombenzonların və dezinfeksiya edici məhlulların ölkədaxili istehsalı təmin olundu. Azərbaycan nəinki, özünün ehtiyaclarını ödəyə bildi, hətta 30-a yaxın dovlətə humanitar yardım da göstərmiş oldu".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin COVİD-19-la mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi artıq yeni bir tarixi dönəmin başlanmasıdır:
"Bu artıq ölkəmizin gücünün və nüfuzunun dünya birliyi tərəfindən ehtiraf edilməsi, tanınması və qəbul edilməsidir! Eyni zamanda onu da qeyd etmək lazımdır ki, pandemiyadan əziyyət çəkən sahibkarlara, fuziki şəxslərə, iş yerləri müvəqqəti bağlanan insanlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və bu dəstək bu gün də davam etməkdədir. Əlamətdar hadisədir ki, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi aktivliyin azalması, neft qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə bütün sosial layihələr uğurla davam edir, bir dənə də olsun ixtisara düşən, yaxud həcmi azaldılan sosial layihə yoxdur. Əksinə, yeni iş yerlərinin açılması, özünəməşğulluq proqramının daha da genişlənməsi, ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayının artması bir daha təsdiq edir ki, Azərbaycan sosial dövlətdir və insanların sosial rifahı daim dövlət rəhbərinin diqqəti mərkəzindədir. Aparılan məqsədyönlü tədbirlər, o cümlədən, karantin qaydalarının yenidən sərtləşdirilməsi, maska rejiminin, sosial məsafənin qorunması, cərimələrin tətbiqi, ictimai qınağın və nəzarətin genişlənməsi nəticəsində son həftələr yaxşı nəticələr əldə edilməkdədir. Sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır! May ayında arxayınlaşdıq və ağır nəticəni gördük: minlərlə yoluxma, yüzlərlə ölüm!".
M.Quliyev əlavə edib ki, əgər biz may ayında lazımi məsuliyyət nümayiş etdirsə idik, indiki və bəlkə də bundan sonra ola biləcək karantin məhdudiyyətlərinə ehtiyac olmayacaqdı:
"Amma keçənə güzəşt deyərlər və səhvlərdən nəticə çıxarmasaq daha ağır fəlakətlə üzləşə biləcəyimizi də yaddan çıxarmayaq. Tez- tez soruşurlar ayın 5-dən sonra karantin rejimi bitəcəkmi? Bu barədə son və həlledici qərarı Operativ Qərargah verəcək. Bizim söylədiyimiz ancaq subyektiv fikirlərimiz ola bilər. Ancaq mən bir həkim və sosioloq kimi söyləyə bilərəm ki, biz yaxın aylar üçün karantinin yalnız yumşalmasından danışa bilərik. Nə qədər koronavirusun vaksini və spesifik müaliçəsi yoxdur, bəşəriyyət karantin məhdydiyyətləri ilə yaşamağa məhkumdur. Eyni zamanda, hər hansı formada insanlarımızın sosial və psixoloji gərginliyinin azaldılması, immunitetin artırılması üçün vacib olan hava, günəş və dəniz ehtiyaclarının ödənilməsi üçün şərait yaradılması üzərində də düşünməliyik. Əks halda oktyabr-noyabr aylarında daha ciddi yoluxma riski ilə üzləşə bilərik! Profilaktik tədbirlərin artıq keçici deyil, uzun müddətli, bəlkə də qalıcı xarakter alacağını da qəbul etmək zorundayıq. Sosial məsafənin gözlənilməsi, maska rejimi, dezinfeksiya vasitələrdən istifadə, çox adamın bir yerə toplaşmaması, qapalı məkanlarda tədbirlərin keçirilmənəsi və s. profilaktik addımlar gündəlik həyat tərzimiz olacaqdır. Və ən əsası bu qaydalara hamımız əməl etməliyik, şüurlu şəkildə, məcburiyyət və nəzarət olmadan. Mən inanıram ki, biz bu sınaqdan da uğurla, üzü ag çıxacağıq".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 53   Tarix: 02 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Koronavirusun qarşısı bu üsulla alınacaq - Alimlərdən yeni kəşf

İspaniyada koronavirusa qarşı sprey hazırlanır. Alimlərin fikrincə, hazırlanan sprey ağız boşluğunda koronavirusun yayılmasının qarşısını ala biləcək. xəbər verir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar Ali Şurası məluma

Tez-tez qırmızı ət yeyənlərin DİQQƏTİNƏ! - Xəbərdarlıq edildi - VİDEO

İnsanların əksəriyyəti ətli yeməkləri, ət qızartmasını xoşlayır. Belə yeməklərə Azərbaycanda tələb daha çoxdur. xəbər verir ki, araşdırmalar nəticəsində qırmızı ətin insan orqanizmi üçün bir çox zərərləri ortaya çıxıb. Məlumat

Xərçəngə qarşı təsir göstərən BİTKİ: Hər yerdə bitmir və...

Xərçəng xəstəliyinə qarşı təsir göstərən müxtəlif bitkilər var. xəbər verir ki, həmin bitkilərdən biri də orxideya gülüdür. Bu gülün soğanaqlarında güclü xərçəng əleyhinə effektli olan maddələr aşkar edilib. Araşdırmalar

Yuxudan niyə "kal" oyanırıq? - Professor əsas SƏBƏBLƏRİ AÇDI

Gecəni nikbin əhval-ruhiyyədə başa vursanız da, səhər oyandıqdan sonra süstlük, hər şeyə, hər kəsə qarşı aqressiya və yorğunluq hiss edirsiniz? Bu, çoxlarına tanış vəziyyətdir. səhərlər yaranan süstlüyün səbəbləri ilə tanı

Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.  Trend-ə istinadən bildirir ki, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb. Onlarda

279 nəfər yoluxan var, 592 nəfər sağaldı, 6 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  -a verilən məlumat

Sink immuniteti gücləndirən ən vacib elementdir - Necə artırmalı?

Virus, bakteriya, göbələklərlə mübarizə üçün insana güclü immunitetdən başqa heç bir şey lazım deyil. Çoxları deyir sarımsaq, zəncəfil, C vitamini, D vitamini. Bunlar haqqında çox danışılıb. Amma bu sadalananlar sink elementini

Bədəndən artıq mayeni hansı məhsullar vasitəsilə xaric etmək mümkündür?

Orqanizmimizdə həyati funksiyaları, daxili orqanların düzgün işləməsini, xarici görünüşünü və fiziki sağlamlığını təmin etmək üçün zəruri olan 85% sudur. Su olmadan insan yaşaya bilməz, buna görə həkimlər gündə 1,5-2 lit

Səhər yeməyini mütləq yeyin - FAYDALARI

Mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?. bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyəni

40 günə arıqlamaq istəyənlər üçün unikal üsul - Hər gün...

Son zamanların ən çox müzakirə edilən arıqlama metodlarından biri sarımsaq udmaqdır. Müzakirələr isə sarımsağı udmağın? yoxsa çeynəyərək yeməyin daha faydalı olması ətrafında gedir. xəbər verir ki, xolestrol, damar tıxanıqlığ

Koronavirusun qulaqlara təhlükəli təsiri

Tədqiqatçılar koronavirusun qulaqda problem yarada biləcəyini deyirlər. "Daily Mail" xəbər verir ki, Böyük Britaniyada Mançester Universitetinin mütəxəssisləri bir neçə həftədən sonra xəstələrin təxminən 13 faizind

Hemoqlobini az olanlar ciddi təhlükədədir – Koronavirusa qarşı qanı artırın

Qanda hemoqlobin oksigen molekulunun daşınması ilə məşğul olub, oksigeni orqan və toxumalara aparır. Qanda hemoqlobin normanın altında olanda insanın bütün orqan və sistemləri əziyyət çəkir və sağlamlıq səviyyəsi düşür. Qa


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler sonxeberler ən son xeberler kriminal xeber