Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı Sabahın hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.  
Oktyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, gecə və səhər saatlarında duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə  isti olacaq.   
Oktyabrın 20-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində  arabir 23-28 m/s-dək güclənəcək.
Oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki,  bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 110   Tarix: 19 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bakı polisi qara niqabda "kişi" əli olan insanın kimliyini müəyyənləşdirdi - FOTO

Bakı polisi qara niqabda "kişi" əli olan insanın kimliyini müəyyənləşdirdi - FOTO. Son bir neçə gündə "Facebook"da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır. Qadını

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO. "Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının bugünə olan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlin

Sabunçuda ikimərtəbəli evdə yanğın

Sabunçuda ikimərtəbəli evdə yanğın. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 65 kvadrat metr sahədə və dam örtüyü 100 kvadrat metr sahədə yanıb. Bu barəd

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur . Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq. Bu barədə -a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"

Zərdabda dörd mindən artıq əhalinin istifadə etdiyi yol yenidən quruldu

Zərdabda dörd mindən artıq əhalinin istifadə etdiyi yol yenidən quruldu. Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri artıq sona çatdırılıb. Bu barədə Azərbayca

Azərbaycanda tikinti materiallarının ümumi istehsal dəyəri artıb

Azərbaycanda tikinti materiallarının ümumi istehsal dəyəri artıb. Ölkədə tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 576,3 milyon manat olub. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən

Acun Ilıcalı: "Apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq" - FOTO

Acun Ilıcalı: "Apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq" - FOTO. Türkiyəli məşhur iş adamı, "TV8" telekanalının sahibi, məşhur prodüser, aparıcı Acun Ilıcalı Azərbaycanı

Haqq səsimiz Moldovada da eşidildi - FOTO

Haqq səsimiz Moldovada da eşidildi - FOTO. Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Türkiyəni

Pandemiya dövründə Azərbaycan vətəndaşları hansı ölkələrə səfər edib?

Pandemiya dövründə Azərbaycan vətəndaşları hansı ölkələrə səfər edib?. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1,1 milyon nəfə

Azərbaycan ən çox İtaliya, Türkiyə və Rusiyaya məhsul ixrac edib - FOTO

Azərbaycan ən çox İtaliya, Türkiyə və Rusiyaya məhsul ixrac edib - FOTO. 2020-ci ilin yanvar-avqust aylarında ixracda daha çox paya malik olan ölkәlәr üzrә ixracın dәyәri açıqlanıb. Dövlət Statistika Komitəsindən əldə edilə

Azərbaycanda minik avtomobili istehsalı azalıb

Azərbaycanda minik avtomobili istehsalı azalıb. Maşın vә avadanlıqların, sair nәqliyyat vasitәlәrinin, avtomobil, qoşqu vә yarımqoşquların istehsalı sahәlәrindә 236,9 milyon manatlıq mәhsul istehsal edilib. Dövlət Statistik

Azərbaycanı birləşdirən 10 əsrlik abidə - FOTO

Azərbaycanı birləşdirən 10 əsrlik abidə - FOTO. Məlum olduğu kimi, bu gün şanlı Azərbaycan Ordusu əfsanəvi Xudafərin körpüsündə bayrağımızı dalğalandırıb. . Bununla bağlı Prezident İlham Əliyev öz tvitter hesabında paylaşı


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər cəbhədən son məlumat sonxeber cəbhədən canlı