Rusiyanın hərbi bazası Gümrüdən çıxır?

Rusiyanın hərbi bazası Gümrüdən çıxır?Rusiyanın hərbi bazası Gümrüdən çıxır?
Kubra Məhərrəmova yazır...
Rusiya 200 ildən çoxdur ki, Qafqazada böyük təsir gücünə malikdir. Düzdür, son zamanalar bu güc bir qədər azalsa da imperiyanın bununla barışmaq niyyəti yoxdur. 
Koçaryanın Rusiyanın Birinci kanalına çıxması da təsadüfi deyil. Bu gün kimi aydındır.
Müsahibə isə Koçaryanın Ermənistanda gözlənilən növbədənkənar parlament seçkilərinə hazırlıq addımıdır.
Koçaryan müsahibəsində açıq bildirir ki, əgər o Ermənistanda növbəti dəfə hakimiyyətə gəlsə, birmənalı şəkildə Rusiyanın maraqlarının qarantı kimi çıxış edəcək. Putinlə şəxsi münasibəti olan adamdan başqa nə gözləmək olar? 
Sadiq və sadəqətli Koçaryan bu gün Rusiya üçün ən uğurlu variantdır.
Amma sual yaranır, bunu erməni xalqı istəyirmi? Çünki baş verən hadisələrə baxmayaraq erməni xalqı hələ də Baş nazir Paşinyanı dəstəkləyir. Və ermənilər artıq Rusiyanın boyunduruğu olmaqdan beziblər. Avropaya inteqrasiya onlar üçün daha maraqlıdır.
Bu barədə ermənilər elə Poznerin Koçaryanla olan müsahibəsinin altında yazırlar.
Məsələn Romela Ayriyan Koçaryanın "ədalətsiz sülh uzun müddət davam edə bilməz" fikrinə yazır ki, "2013-cü ildə "ədalətsiz dünya" dediyiniz sizdən işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb etdi, amma Koçaryan və Sarqsyan bunu nəzərə almadı. Odur ki, 2016-ci ildə aprel və 2020-ci ildə sentyabr döyüşləri sizin vicdanınıza bağlıdır".
Vaqan Petakçyan yazır ki, "Koçaryan, sən əvvəl öz var-dövlətinin hardan əldə etdiyini de, sonra vətənpərvərlikdən danış. Əgər sən Vətəni sevirsənsə, onda oğurlamazdın. Xalq sənə nifrət edir, başa düş. İndi hər şeyi Paşinyanın üstünə atmaq lazım deyil".
Anait Şahinyan isə belə şərh verib, "cənab Pozner, siz cinayətkardan müsahibə alırsınız. Bu adama bütün erməni xalqı nifrət edir. Sizə Tbilisidə baş verən hadisələr azlıq edir?"
Bu ermənilərin yazdığı yüzlərlə eyni məzmunlu şərhlərin bir neçəsidir. Kim istəsə Birinci kanalın rəsmi "Facebook" səhifəsinə daxil olub bütün şərhləri oxuya bilər.
Təbii ki, ermənilər aclıqdan, blokadadan, daim qorxu altında yaşamaqdan beziblər. Heç kimə sirr deyil, artıq uzun illərdir ki, Ermənistanın əhalisi durmadan azalır. İnsanlar əllərinə imkan düşən kimi digər ölkələrə miqrasiya edir. Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı 44 günlük müharibədən sonra lap acınacaqlı vəziyyətə düşüb. Erməni xalqı nə qədər axmaq, nifrət dolu olsa da acqarnına "Qarabağ Ermənistandır" qışqırmağa halı və marağı yoxdur. 
Bu isə Rusiyaya sərf etmir. Yenə də nağıllarla erməniləri tovlamağa çalışır. Rusiya üçün əsas öz maraqları vacibdir, ermənilərin ac qalması yox. Koçaryanın hakimiyyətə gətirilməsi bu planın əsas tərkib hissəsidir.
Rusiya isə öz hərbi bazalarını və Qafqazdakı təzyiq gücünü itirməmək üçün Ermənistanı hər vəclə əlində saxlamağa çalışır. Ermənistanın özündən həm siyasi, həm də iqtisadi asılılığını yaradır. Çünki Ermənistan üzünü çevirib Qərbə doğru getsə, bu Gümrüdəki hərbi bazanın Rusiyaya dönməsi deməkdir. Ona görə də Rusiya bu gün yenə köhnə dostu və silahdaşı Koçaryana dəstək olur. Onun təbliğatı üçün bütün platformaları səfərbər edib. Paşinyana qarşı qoya biləcək yeganə güc Koçaryandır.
Amma erməni xalqı unutmasın ki, bu 30 ildə ancaq iqtisadi blokada, aclıq və səfalət gördü.
Çünki onlara təqlid olunan boş xülyalara inandı. Erməni millətinin evini "Böyük Ermənistan" xülyası yıxdı.
Təkcə onu qeyd edim ki, ermənilərin xaricdə olan diasporu Ermənistanda yaşayan əhalidən dəfələrlə çoxdur. Ağlı başında olan heç bir erməni Ermənistanda yaşamaq istəmir.
Çünki ermənilər aclıqla böyütdükləri uşaqlarını Yerablurda dəfn etmək istəmir. Bacardıqca uşaqlarını ölkədən çıxarırlar. 
Əgər bundan sonra erməni xalqı yenə də revanşizm, Qarabağ-Ermənistandır şüarlarına inanıb, Koçaryanı hakimiyyətə gətirsə bu sonun başlancığı olacaq. Fəlakətin yaşanması qaçılmazdır. Koçaryan erməni xalqının bugünə qalmasının ən böyük səbəbkarıdır. Əgər bunu xalq görmürsə, məhv olmağa məcburdur. Bu dəfə isə Yerablurda ölüləri dəfn etməyə adam tapılmayacaq. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 22   Tarix: 07 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ceyhun Bayramov Erkan Özorala uğur arzuladı - FOTO

Ceyhun Bayramov Erkan Özorala uğur arzuladı - FOTO. Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala diplomatik fəaliyyətinin başa çatması ilə əlaqəda

Ərdoğan: "Davamlı sülh üçün fəaliyyətimizi davam etdiririk

Ərdoğan: "Davamlı sülh üçün fəaliyyətimizi davam etdiririk". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının (Ədalət və İnkişaf) növbəti iclasında Azərbaycana qardaş ölkənin dəstəyini bir daha vurğulayıb. B

İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM. Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintis

Kreml yenə də Qarabağda tapılan "İskəndər" raketi qalıqları barədə sualı cavablandıra bilmədi

Kreml yenə də Qarabağda tapılan "İskəndər" raketi qalıqları barədə sualı cavablandıra bilmədi. Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı "İskəndər" operativ-taktiki raket kompleksini

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi . Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler

Ceyhun Bayramov Erkan Özoralı missiyasının başa çatması münasibətilə qəbul etdi

Ceyhun Bayramov Erkan Özoralı missiyasının başa çatması münasibətilə qəbul etdi . Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətini

Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani xislətindən əl çəkə bilmir – TƏHLİL

Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani xislətindən əl çəkə bilmir – TƏHLİL . Ermənistanın eks-prezidenti Robert Koçaryan yeni cildə bürünür, yeni əbasında seçkiqabağı təbliğat şüarlarının cizgilərini görmək mümkündür

Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur

Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafınd

Prezident: "Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub

Prezident: "Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub". 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Lakin 2021-ci ildə sağlamlığı

İlham Əliyev: "Biz pandemiyanın öhdəsindən birlikdə gələcək və normal həyata qayıdacağıq

İlham Əliyev: "Biz pandemiyanın öhdəsindən birlikdə gələcək və normal həyata qayıdacağıq". Builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması" mövzusuna həsr olunub. Bu mənad

İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət edib - YENİLƏNİB+VİDEO

İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət edib - YENİLƏNİB+VİDEO. Xəbərə video əlavə edilib:. 20:04. Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahınd

Koçaryanın Poznerə etirafı: "Azərbaycan bütün Dağlıq Qarabağı alacaqdı" - VİDEO

Koçaryanın Poznerə etirafı: "Azərbaycan bütün Dağlıq Qarabağı alacaqdı" - VİDEO. "Əgər Rusiya prezidentinin (Vladimir Putin) şəxsi, fəal müdaxiləsi olmasa idi, Azərbaycan bütün Dağlıq Qarabağı alacaqdı"


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeber valyuta mezennesi banklar siyaseti xeberler bugun