Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLAN

Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLANRusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunların sayı daha əvvəl açıqlandığı kimi 90-110 min nəfər yox, daha çoxdur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında açıqladığına görə, 150 min nəfərdən çoxdur. Brifinq Jozep Borrelin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə videokonfrans rejimində keçirilmiş danışıqlarının yekunu olaraq keçirilib. Avropa İttifaqının baş diplomatı deyib ki, Rusiya Ukrayna sərhədlərində və ilhaq edilmiş Krımda özünün qoşun birləşmələrini cəmləşdirməkdə davam edir.
Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLAN"Biz Ukrayna sərhədlərində Rusiya qoşunlarının sayının artırılmasından çox narahatıq. Hazırda 150 mindən çox canlı qüvvədən ibarət qoşunlar Ukrayna sərhədləri boyu və Krımda cəmləşdirilib. Eskalasiya riski aydındır, ortadadır", - Borrel deyib.
O, həmin informasiyanın mənbəyini açıqlamayıb, amma deyib ki, qoşunların cəmləşdirilməsi hələ də davam edir və son illərdə ən yuxarı həddə çatıb. Eyni zamanda Borrel "Kiyevi təmkin nümayiş etdirdiyinə görə" tərifləyib, Moskvanı gərginliyi azaltmağa çağırıb.
Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLANRusiyanın Ukrayna sərhədlərinə misli görünməmiş miqdarda qoşun cəmləşdirdiyi bir vaxtda daha əvvəl Moskvaya qarşı sərt bəyanatlar verən Qərbin indi gərginliyi yumşaltmağa çalışdığı hiss olunur. "The Times" nəşri isə yazır ki, Ukrayna ətrafındakı gərginlikdə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni geri addım atmağa məcbur edə bildi. Nəşr ABŞ-Rusiya qarşıdurmasında liderliyin hələ də Putində olduğunu bildirir. Və qeyd edir ki, Putin artıq dördüncü Amerika prezidentini "səsini kəsib yerində oturmağa" məcbur edib.
Nəşr Baydenin Putinlə qarşıdurmada mövqelərini nəzərəçarpacaq dərəcədə əldən verməsinin sübutu kimi ABŞ prezidentinin Qara dənizə gəmilər göndərmək barədə sorğusunu geri çəkdiyini göstərir. O cümlədən aprelin 16-da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da güclü təsir bağışlamayıb. (virtualaz.org) /publika.az


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 24   Tarix: 20 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb

Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Marquşa kəndində yaşayış binasında baş verən partlayış nəticəsində dörd yetkin və dörd uşaq yaralanıb. xəbər verir ki, bu barədə regionun qubernator müavini və regional Səhiyy

ABŞ-ın keçmiş vitse-prezidenti vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl vəfat edib. xəbər verir ki, bu barədə onun ailəsinin nümayəndəsinə istinadən "Axios"

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. "Sputnik Ermənistan" istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib

İrəvanda 50-dən çox kriminal avtoritet SAXLANILDI

İrəvan polisi kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirib. yerli mətbuata istinadəla xəbər verir ki, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Kriminal avtoritetlərin Nor Nork polis idarəsinə gətirildiy

Rusiya Çexiyanın 20 diplomatını "persona non qrata" elan etdi

Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib. RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşın

Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı

Donbasda irimiqyaslı döyüş əməliyyatları başlayarsa, Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə yayılıb. Virtualaz.org-a istinadən xəbər verir ki, xəritəni "Military Maps" dərc edib

Ermənistanın İsraildəki səfirinə cinayət işi açıldı

Ermənistanın İsraildəki səfiri, AOKS təşkilatının keçmiş sədri Armen Smbatyan mədəni tarixi abidələr siyahısına daxil olan binanın özəlləşdirilməsində keçmiş mədəniyyət naziri Asmik Poqosyana yardım etməkdə ittiham edilib

İrəvan-Ankara danışıqları aparılır?

İrəvan və Ankara arasında heç bir danışıqlar aparılmır. -a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan deyib. "Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan və Türkiyə arasınd

Tokioda fövqəladə vəziyyət elan oluna bilər

Yaponiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq paytaxt Tokioda fövqəladə vəziyyət elan oluna bilər. xəbər verir ki, bu barədə Tokio qubernatoru Yuriko Koike açıqlama yayıb. "Fövqəladə rejimin tətbi

Putinin ən çox sevdiyi yerin adı açıqlandı - Yenə Şoyqu ilə gedib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib. xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezident

Putin "B" planına keçdi

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda güzəştə gedəcəyinə dair ümidlərini üzdü. -a istinadla xəbər verir ki, bu barədə tanınmış ukraynalı politoloq Karl Volox yazıb. Onun sözlərinə görə, Ukraynanın avropal

Erməni qadın Azərbaycan dilində mahnı oxudu - VİDEO

Azərbaycan Televiziyası Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların digər xalqlarla birgə sülh şəraitində yaşamasını əks etdirən süjet yayımlayıb. xəbər verir ki, süjetdə azərbaycanlıların içərisində böyüdüyünü deyə


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2021 xeberlər son xeber gunun xeberleri