Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur

Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulurRevmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Ona görə də xəstəlik məktəbli, uşaq evləri və xəstəxanalarda, həmçinin yoxsulluq və şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra meydana çıxır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, xəstəlik kəskin şəkildə keçirilmiş anginadan təxminən üç həftə sonra başlayır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrəmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. İlk növbədə prosesə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlayanda isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar keçici xarakterdə olur və bir oynaqdan digərinə ötürülür: "Bəzi hallarda, xüsusən uşaqlarda revmatizm daha yumşaq, hətta xroniki formaya keçə bilər. Ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda qeyri-spesifik yüngül ağrılar olur".
O, xəstəliyin müalicəsi haqqında deyib ki, ilkin mərhələlərdə antibiotiklərdən istifadə olunur. Sonrakı dövrdə iltihab əleyhinə müalicə və fitoterapiya daha səmərəlidir.
Pəhriz barədə isə həkim-terapevt bunları deyib: "Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq lazımdır. Xəstənin qəbul etdiyi qida məhsulları zülal və vitaminlər, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar, o cümlədən şəkər, ağ çörək, kartof, qızardılmış və yağda yeməklər, ədviyyatlar, çay, qəhvə və alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri və onlardan hazırlanan dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 81   Tarix: 14 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Azərbaycanda uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının əsas səbəbləri açıqlanıb. xəbər verir ki, Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktor

Bir neçə insanla cinsi əlaqədə olan şəxslər xərçəngə daha tez tutulur - ARAŞDIRMA

Xərçəng xəstəliyinin prostat, uşaqlıq ağzı və oral kimi növləri əsasən intim münasibət zamanı ötürülən infeksiyalar səbəbindən yaranır. xarici mətbuata istinadla bildirir ki, birdən çox insanla cinsi əlaqədə olan şəxsləri

Yataqda qadınlar üçün ən ideal həzz müddəti açıqlandı - FOTO

"Journal of Sexual Medicine" dərgisində qadınların yataqda həzz alma müddəti ilə bağlı məqalə dərc olunub. xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə hər hansı problemi olmayan qadın üçün ortalam

Çox oturmaq hemoroid yaradırmı? - Professordan ilginc AÇIQLAMA

Cəmiyyətdə geniş yayılmış hemoroid xəstəliyinin müalicəsinin gecikməsi xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Yalnış qidalanma hemoroid xəstəliyinin ortaya çıxması və irəliləməsinin ən vacib səbəblərində

Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR

Adətən ağır fiziki işlərlə məşğul olanlarda çox rastlanan bel ağrıları, müasir dövrdə ofisdə çalışan şəxslərdə də artıb. Xüsusilə,qadınlarda daha çox müşahidə edilir. xəbər verir ki, bu ağrılar adətən düzgün idman vərdişlər

Xərçəng xəstələri də doğum edə bilər - Professor AÇIQLADI

Yumurta və embriyonu dondurmaq xərçəng xəstələrində doğum qabiliyyətini qoruya bilir. -a istinadən bildirir ki, bunu Qadın xəstəlikləri və Doğum uzmanı professor Hakan Yaralı bildirib. Onun sözlərinə görə, kimya terapiy

Çox sarımsaq yemək qaraciyəri zədələyir – Bilmədiyiniz 5 zərəri

Sarımsaq hən qida, həm dərmandır. Amma onun faydasına gözuyumlu inanıb, gündəlik sarımsaq dozasını o qədər aşırlar ki, faydasından çox zərərini görürlər. Adi su da çox içiləndə zərərli olduğu kimi, sarımsağın da çox yeyilməsini

Zeytundan alınan yağ və hazırlanan konservlər çox xeyirlidir

Həmişəyaşıl zeytun uzunömürlü və quraqlığa davamlı ağacdır. Onun kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyinə görə quraqlıq bölgələrdə bitir.  AZƏRTAC-a istinadən bildirir ki, qədim misirlilər və yunanlar zeytun

Azərbaycanın müvafiq orqanları koronavirusla mübarizə sahəsində koordinasiya formasında hərəkət edirlər

Hazırda ölkənin bütün müvafiq orqanları koronavirusla mübarizə sahəsində koordinasiya formasında hərəkət edirlər. Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli b

Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub. Klinikanın nəzdində "Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi" və "Toksikoloji v

Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısını hazırlayıb. Trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gü

Azərbaycanda nümunəvi pilot dönərxanalar yaradılacaq

Azərbaycanda bütün sanitar gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən, nümunəvi pilot dönərxanalar yaradılacaq. Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2020 son.xeberler en sonxeber xeberler bu qun