Ramazandan sonra qidalanma necə olmalıdır? - Yol verdiyimiz səhvlər

Ramazandan sonra qidalanma necə olmalıdır? - Yol verdiyimiz səhvlərRamazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır.
Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz. Mütəxəssislər də oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə düzgün qidalanmağı məsləhət görür.
Milli.Az medicina.az-a istinadən bəslənmə uzmanı Huma Karabulutun oruc tutan insanlar üçün hazırladığı qızıl qaydaları təqdim edir:
1. Günə sağlam bir səhər yeməyi ilə başlayın.
Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün yumurta, pendir, qaynadılmış tərəvəz ilə günə başlaya bilərsiniz. Bundan əlavə, yulaf, süd, meyvə, qoz ilə başlayan yüngül səhər yeməyi orqanizmə müsbət təsir göstərir.
2. Gün içərisində qəbul edəcəyiniz qidanın qan şəkərinizin normada saxlamasına diqqət edin.
Meyvə, süd məhsulları və ya qoz-fındıqla hazırlanmış balanslaşdırılmış qəlyanaltılar Ramazanda yavaşlayan metabolizmanı sürətləndirməyə kömək edəcəkdir.
3. Yağ və şəkər qəbulunu azaldın
Şəkərli şirniyyatlardansa, süddən hazırlanmış qidalara üstünlük verin. Şirniyyat demək karbohidrat deməkdir. Bu da çox yüksək enerji istehlakıdır. Qəbul etdiyimiz şirniyyat məhsulları bədənimizdə yağ kimi toplanır, insulin mübadiləsini, həmçinin qaraciyərə, mədə və bağırsaqlara ziyan verir. Bütün bunları nəzərə alaraq şirniyyat yemə vərdişini məhdudlaşdırmaqda fayda var.
Ətli və ağır xəmir yeməklərindənsə, tərəvəzlərdən hazırlanmış xörəklərlə qidalanılmalıdır. Tərəvəzli yeməklər həzm sistemini rahatladır. Liflə zəngin qidalar da yavaşlayan maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Bol xiyar, təzə və quru meyvələr, zeytun yağı ilə hazırlanan tərəvəzlər, şorbalar günlük lif qəbulunu tənzimləyir, bağırsaq və həzm sistemini rahatladır, qəbzliyin qarşısını alır.
4. Bol su için
Ramazan ayı boyunca su az istifadə edildiyi üçün orqanizmin su ehtiyacı artır. Hər saat 1 stəkan su içərək maddələr mübadiləsini və bədənin su ehtiyacını normaya sala bilərsiniz. Gün ərzində 3 litr su içmək lazımdır.
5. İdman etməyi unutmayın
Ramazan ayı boyunca alınan kilolardan isə gündə 30 dəqiqə yürüş və idman hərəkətləri edərək xilas ola bilərsiniz.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 20   Tarix: 20 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Orqanizmə sağlamlıq, salatlara dad, süfrəyə yaraşıq verən reyhan

Süfrələrin bəzəyi olan reyhan bitkisi milli mətbəximizin ayrılmaz tərkib hissəsi və salatlarda ən çox istifadə olunan göyərtilərdən biridir. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirl

Yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitə

Bitki çaylarının hər biri fərqli və özünəməxsus müalicə xüsusiyyətlərinə malikdir.  AZƏRTAC-a istinadən bildirir ki, yaşıl çay dişlərin çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, immun sistemin

Allergiya və koronavirus infeksiyası - bir medalın iki üzü

Təkamül prosesində infeksiyaların təsiri nəticəsində insanın immun sistemi təkmilləşmişdir. Eyni zamanda, milyon illər ərzində infeksion törədicilərin də təkamülü baş vermişdir. Keçən əsrin əvvəllərində (1906) allergalogiyanı

Koronavirus peyvəndinə ehtiyac olmaya bilər - Çinli alimlərin yeni kəşfi

Çinli alimlər koronavirus pandemiyası dövründə xəstələrin sağalma dövrünü qısaldan yeni dərman kəşf etdiklərini açıqlayıblar. qafqazinfo-ya istinadən xəbər verir ki, Pekin Universitetinin araşdırmalarına əsasən, dərman ili

Ağız qoxusundan xilas edən RESEPT- Oruc tutanlar üçün

Oruc tutan insanların əksəriyyəti ağız qoxusundan şikayət edirlər. -a istinadən bildirir ki,bu  reseptlə bunun qarşısını almaq mümkündür. Bu resepti adi günlərdə də bu problemdən əziyyət çəkənlər istifadə edə bilər. Lazı

Adi xiyarla 7 xəstəliyini müalicə et- RESEPTLƏR

Xiyar B, C, PP, karotin, kaliy ilə zəngindir. Xiyar elə yaranandan ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. -a istinadən xiyarın orqanizmə faydalarını təqdim edir. -Xiyar digər ərzaqların da mənimsənili

"Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər" - Almaniyada yaşayan azərbaycanlı həkim

"COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəb

"Çin nümunəsi" təhlükəlidir, imkan vermək olmaz" - Zukerberq

"Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq dünya ölkələrinin rəhbərlərini internetin inkişafının "Çin nümunəsi"nə (hakimiyyət istifadəçilər üçün bütün məzmunu tənzimləyir) imkan verməməyə çağırıb

Xəstə körpəsini boğub meşəyə qaçdı- Ona kömək edə bilmirlər"

Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmış qadın saxlanılıb. -a istinadən bildirir ki, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib. T.Filatova doqquz aylıq övladı ilə xəstəxanadan çıxaraq

Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALAR

Yeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır. COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətini

Virus və bakteriyaları öldürən ən təbii dezinfeksiyaedici nədir?

Pandemiya dövründə insanların əksəriyyəti çeşidli dezinfesiyaedici vasitələrdən istifadə edir. Günümüzdə gigiyena qaydalarına əməl etmək üçün ilk növbədə su və sabunla yuyunmaq, daha sonra spirt və tərkibində spirt olan dezinfesiyaedicilə

Bu xəstəliyi olanlar yazda maska taxmalıdır

Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər ön sırada dayanır. Statistika göstərir ki, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan pole


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber son xeberler bu gun sosial yardim sonxeber