Qubada əməliyyat: Saxlanılanlar var

Qubada əməliyyat: Saxlanılanlar varQubada qanunsuz olaraq narkotik saxlamada şübhəli bilinən iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyev saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.
Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.
Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığı görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı isə həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalları qəbulu məntəqəsinə satdığının bildirib.
Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. /open.az


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 18   Tarix: 13 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Qardaşlar əlbir olaraq məktəbliyə qarşı quldurluq ediblər

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşara

Əmircan sakini heroinlə saxlanıldı

Əmircan qəsəbə sakini R.Abdullayevin evindən 440 qramdan artıq heroin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məluma

Keçmiş icra başçısının oğlu həbs edilib - VİDEO

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi sabiq icra başçısının oğlunun keçmiş həyat yoldaşını öldürməyə cəhd göstərməsi hadisəsi ilə bağlı məlumat yayıb. -a daxil olan birgə məlumatda bildirilir ki, fevralı

Komitə Tərtərdə anası tərəfindən döyülən uşaqla bağlı məlumat yayıb

"Bir neçə xəbər saytlarında Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı tərəfindən oğlu, 2011-ci il təvəllüdlü T.Dünyamalızadənin nadinclik etdiyi üçün cəzalandırdırğı və hadisədən xəbə

Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Belə ki, həmin fermanın çobanı - Ağda

Keçmiş məhkumun evindən qumbara tapılıb

Abşeron sakinindən qanunsuz silah götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər

Bakıda piyada ölümü ilə nəticələnən qəza

Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, fevralın 11-də saat 13 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhə

Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub

İtkin düşən eşitmə və danışma qabiliyyəti olmayan qadın tapıldı

Qusar rayonunda itkin düşən qadın tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan -a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı bu il fevralı

Ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlını

Qarda "Niva"yla "avtoş"luq edənlər həbs edildi

Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsini

Telefonları üzərində gizlədərək ölkəyə keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Audi A4" markalı minik nəqliyyat vasitəsil ilə gələ


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler xeberler bu qun butun xeberler kriminal bugun