"Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi" – Koronavirusdan vəfat edən həkim necə yoluxub?

"Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi" – Koronavirusdan vəfat edən həkim necə yoluxub?Azərbaycanda koronavirus pandemiyasında iş başında virusa yoluxaraq vəfat edən həkimlərdən ikincisi Gəncə şəhərindən oldu.
Xəbər verdiyimiz kimi, Gəncə Təcili Tibbi yardım stansiyasında terapevt kimi çalışan, həm də uzun illərin psixoterapevti olan Cəmşid Abbasov iş başında koronavirusa yoluxaraq, ağırlaşdığından Bakıdakı xüsusi müəssisəyə yerləşdirilib, o süni tənəffüs aparatına qoşulub, lakin təəssüf ki, xəstəni xilas etmək mümkün olmayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə onu tanıyanlar və kolleqaları tərəfindən çox yüksək dəyərləndirilən və peşəkar, savadlı həkim kimi xarakterizə edilən Cəmşid həkim barədə onun iş yoldaşlarından biri Amid Rzayevdən məlumat alınıb.
O, bildirib ki, həkimin yoluxma səbəbi çox güman ki, hələ Gəncə qırmızı zona elan edilməzdən öncə, ilk vaxtlar ehtiyatlı davranmaması və koronavirusun onu məğlub edəcəyinə inanmaması olub.
Çox aktiv şəkildə işinə davam edib, pasiyentləri qəbul edib.
"Belində ağrı, halsızlıq hiss edib. Dediyinə görə, sanki sinir ağrısı idi. İşə getməyib, evdə özünü karantinə alıb, müalicəyə başlayıb. Amma görəndə ki, vəziyyəti yüngülləşmir, özü gedib özəl klinikada müayinə olunub. Məlum olub ki, ağciyərlərində pnevmoniya başlayıb.
113-ə məlumat verib və Bakıya aparılıb. Artıq xəstəxanaya gedəndə vəziyyəti ağır idi, 2 günə süni tənəffüs aparatına qoşulub. Biz ümid edirdik ki, o virusa qalib gələcək. İllərin təcrübəli həkimi idi. Pozitiv, güclü insan idi.
Onu sağ salamat gözləyirdik. Gəncənin tanınıb-sayılan həkimlərindən idi. Hətta rəhmətlik 90-ci illərin Qarabağ müharibəsində də iştirak edib".
Həkimin ailəsində də virus aşkarlanması və karantinə alınması barədə xəbərlər isə təsdiqlənmədi.
Cəmşid Abbasov tək yaşayırdı. Bir qızı var, o da ayrı yaşayır. Aparılan test onda neqativ çıxıb.
"İnsanlar yaxını yoluxmayınca, ölməyincə inanmır. Ola bilər biz də inanmırdıq, amma Cəmşid həkimdən sonra reallıqla barışırıq. İndi həkimlər daha ayıq olmalı və qorunmalıdırlar".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 14   Tarix: 22 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Koronavirusdan ölüm riski yüksək olan QRUP açıqlandı

Rusiya Federasiyasının Elmi Tədqiqat Mərkəzinin direktoru, Elmlər Akademiyasının müxbir üzvü Natalya Mokrışyeva koronavirusdan ölüm riskinin ən yüksək olduğu qrupu açıqlayıb. xəbər verir ki, mütəxəssis ölüm hallarının ə

Kolbasaya əlavə edilən kimyəvi maddələrin TƏSİRİ

İstehlakçılar icazə verilən qida əlavələrindən qorxmamalıdır, əksinə istifadəsinə diqqətlə yanaşılmalıdır. xəbər verir ki, rusiyalı ekspertlər bir çox tanınmış məhsullarda məsələn, alma pektini (E440), limon turşusu (E330

Dəniz və hovuz suyundan koronavirusa yoluxma ola bilər? - Professor XƏBƏRDARLIQ ETDİ

Türkiyənin Akdeniz Universiteti professoru Nevzat Yalçın koronavirusun dənizdən insana keçmədiyini bildirib, hovuzlarla bağlı isə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, professor dənizdən çıxdıqdan dərhal sonra qurulanı

Məhsullar koronavirusa yoluxdurur? - Tanınmış virusoloq sirləri açdı

Virusoloq məhsullar vasitəsi ilə koronavirusa yoluxma dərəcəsini qiymətləndirib. bildirir ki, virusoloq, tibb elmləri doktoru Viktor Zuev açıqlamasında qeyd edib ki, məhsullarla müqayisədə mağazada olan şəxslər vasitəsil

Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın - 90% problemlərin kökü

Qalxanvari vəz hormonal sistemi, ürəkdən tutmuş sinirlərə kimi, xüsusən qadınlarda bir çox sağlamlıq sistemlərini idarə edir. Qalxanvari vəzin xəstəliyi təkcə orda böyük şiş, zob (ur) əmələ gəlməsi deyil. Vəzin lazım olmasında

Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ

Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib. xəbər verir ki, ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib. "Yaşıl alça təbii antioksidantlarla zəngindir

"Soyuqlamışdım, adi qızdırma idi"- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı

Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan" kanalının müxbiri Mahmud Rövşənoğlunun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb. -a istinadən bildirir ki, virusa yoluxmuş jurnalist hazırda qaldığ

Ümumi havalandırma sistemi və kondinsionerlər virusu yaya bilər - Metronun daha bir təhlükəsi

Hava ventilyasiyasını təmin edən bütün vasitələr koronavirus yaya bilər. APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsindən bildirilib. Komitənin üzvü, professor Leven

Bu şəxslərə sarıkök yemək olmaz

Sarıkök son zamanlar bir çox problemin təbii dərmanı kimi təqdim olunur. Bir çox insan müxtəlif xəstəlikləri üçün sarıkökü qaşıqla yeyir, suda həll edib içir. Halbuki bir çox hallarda bu ədviyyat ciddi problem yarada bilər

Yuxusuzluq hesabına fasiləsiz seriallar izləyirsiniz?

Bütün gün oturmaq, divanda, yataqda əyləşmək və hamının danışdığı Netflix-ə baxmaq İngilis dilində "binge-watch" adlanır. Yəqin ki, siz də edirsiniz. Ancaq siz tək deyilsiniz, xüsusən Covid-19 pandemiyası ilə gələ

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur və simptomsuz keçirir

Türkiyənin Diyarbəkir şəhərində yerləşən Dəclə Universitetinin həkimi Velat Şen uşaqlarda koronavirusa yoluxma barədə müşahidə etdiklərini bölüşüb. -a istinadən xəbər verir ki, o bildirib ki, Diyarbəkirdə bu zamana qədə

Mütəxəssislərdən ümidverici araşdırma: bu şəxslərin koronavirusa qarşı immuniteti ola bilər

SARS virusuna yoluxan və daha sonra sağalan şəxslərin koronavirusa (SARS-CoV-2) qarşı immun sistemi ola bilər. xəbər verir ki, mövzu ilə bağlı amerikalı və isveçrəli elm adamları araşdırma aparıb. "Nature" dərgisind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az son xeberler son xeberler bugun bu gunun xeberleri haqqinda melumat sou xeberler bugun