Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏQırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ
Qırğızıstan Azərbaycan ordusunun öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsini alqışlayır.
Bu sözləri Media.Az-a açıqlamasında Qırğızıstanın keçmiş Xarici İşlər Naziri, qırğız diplomatı və dövlət xadimi, məşhur yazıçı Çingiz Aytmatovun oğlu Əskər Aytmatov deyib.
Xatırladaq ki, Qarabağla bağlı çərçivə sazişi sənədinin imzalanması xəbərindən qısa müddət sonra Qırğızıstanda Əskər Aytmatovun rəhbərlik etdiyi Azərbaycanın Qırğız Dostları Klubu yaradılıb. Belə bir klubun təsis edilməsi barədə ideya hətta Qarabağdakı Vətən müharibəsi başlamazdan əvvəl ortaya çıxıb.
Azərbaycanın Qırğız Dostları Klubunun tərkibinə Qırğızıstan Respublikası Prezidentinin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Dıykanbayev, biznes sahəsinin nümayəndələri, mədəniyyət xadimləri, Qırğızıstan Respublikası prezidentliyinə namizədlər, o cümlədən tanınmış ictimai və siyasi xadim Toktayım Umetaliyeva və bir çox başqaları daxildirlər.
Əskər Aytmatovun sözlərinə görə, Qırğızıstan Respublikasının onlarla görkəmli nümayəndəsi Azərbaycanın Qırğız Dostları Klubunun təsis konfransında iştirak edib. Onların sayı daha çox ola bilərdi, amma ölkədə koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsində məhdudiyyətlər var.
"Klubun məqsədi xalq diplomatiyası vasitəsi ilə qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə kömək etməkdir. Ümid edirəm ki, biz buna nail olacağıq. Mənim Azərbaycana böyük sevgim var, dəfələrlə sizin ölkənizdə olmuşam. Atam Çingiz Aytmatovun yaradıcılığını xatırladığınızı və sevdiyinizi bilirəm. Bu mənim üçün vacib bir amildir", - deyə Ə.Aytmatov qeyd edib.
- Qarabağla bağlı sual verməyə bilmərəm, çünki klub döyüş əməliyyatları bitəndən az sonra yaradıldı. Qırğızıstanda Azərbaycan xalqının Vətən müharibəsi haqqında nə düşünürlər?
- Klubun təsis konfransında Azərbaycan rəhbərliyinin, Azərbaycan ordusunun öz ərazilərinin suverenliyini bərpa etmək səylərinə dəstək ifadə edildi. Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi əməliyyatı Qırğızıstan cəmiyyəti tərəfindən tam dəstək aldı və anlayışla qəbul edildi.
Planlaşdırdığımız tədbirlər haqqında danışmaq istəyirəm. Bu ilk növbədə klub üzvlərinin Azərbaycana səfərinin təşkilidir. Biz işğaldan azad edilmiş əraziləri ziyarət etmək istəyirik. Bu, Azərbaycan xalqına dəstək və həmrəyliyin ifadəsi olacaq. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün proqramların həyata keçirilməsində təkliflərimizi vermək istəyirik. Tikinti şirkətlərimiz, müxtəlif sahələrdə mütəxəssislərimiz var. Ümid edirəm təklifimiz Azərbaycan tərəfindən dəstəklənəcək.
- Siz təcrübəli diplomatsınız. Ay yarımlıq döyüşlərin nəticələri və Qarabağla bağlı çərçivə sazişi barədə nə deyə bilərsiniz?
- Bunu birmənalı olaraq Azərbaycanın qələbəsi adlandırmaq olar, bununla əlaqədar bütün Azərbaycan xalqını təbrik edirəm. Qələbə çətin geosiyasi şəraitdə, kənar oyunçuların iştirakı ilə əldə edildi. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 49   Tarix: 20 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ingilis həmkarı Dominik Raab arasında telefon danışığı baş tutub. Bu barədə "Haber Global" məlumat yayıb. Nazirləri

İran XİN başçısı Azərbaycana səfər edəcək

İran XİN başçısı Azərbaycana səfər edəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  . APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzad

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçiriləcək. . Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. . Bildirili

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM. Bu gün Ağdam rayonu erməni işğalından azad olunub. . Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirəyə çıxarılıb

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı. Maya Sandu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşüb. Azərbaycanlı diplomat Prezident İlham Əliyevin təbrik məktubun

Türkiyənin millət vəkili: "Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır" - VİDEO

Türkiyənin millət vəkili: "Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır" - VİDEO. Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır. Bu barədə Türkiyənin Milliyətçi Hərəka

Lavrovdan Qarabağ açıqlaması: "Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur

Lavrovdan Qarabağ açıqlaması: "Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur". Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunma

Putin: "Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib" - VİDEO

Putin: "Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib" - VİDEO. "Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir. Bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir". "Rİ

BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb

BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Xarici İşlə

Hikmət Hacıyevin "Twitter" hesabı bərpa edildi - YENİLƏNİB + FOTO

Hikmət Hacıyevin "Twitter" hesabı bərpa edildi - YENİLƏNİB + FOTO. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Twitter" hesabı bərp

İtaliya Deputatlar Palatası Ermənistanı öhdəliklərə əməl etməyə çağırır

İtaliya Deputatlar Palatası Ermənistanı öhdəliklərə əməl etməyə çağırır. 18 noyabr 2020-ci il tarixində İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiy

Hikmət Hacıyevdən "Twitter" hesabının bloklanması ilə bağlı açıqlama - FOTO

Hikmət Hacıyevdən "Twitter" hesabının bloklanması ilə bağlı açıqlama - FOTO. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabını


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri ən son xəbərlər bugün xəbərlər xeber az