Qazilərin qapıçısı – FOTO

Qazilərin qapıçısı – FOTOQazilərin qapıçısı – FOTO
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.
İllər sonra əzəli zədəmə baxmayaraq, futbol oynamaq üçün yenidən forma geyinib meydana çıxdığım üçün YOX!...
Futbol həyəcanını yaşamaq, bir qapıçı kimi yenidən komandanın qala divarlarını qorumaq üçün YOX!...
Rəqiblərimin zərbələrini dəf edərək hər qaytarılan topun sevincini, buraxılan qolların məyusluğundan komanda yoldaşlarımın təsəllisini eşitmək üçün YOX!...
Darıxdığım idmanla məşğul olmaq, uzun fasilədən sonra əlcəklərimdəki tər qoxusunu yenidən duymaq, nəmli biləyimlə alnımdan axan damcıları tez-tələsik silib qapı xəttində baş verən mücadilədə müdafiəçilərə səslənmək üçün də YOX!....
Səbəb də tutarlı və əsaslı idi.
Bu dəfə mən torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, qalib-qəhrəman-igid Vətən oğulları ilə futbol oynayırdım. Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyətinin komandası əsl qələbənin dadını çıxarmış, əzəli torpaqlarımızın ilıq nəfəsini yerində duymuş, doğma diyarımızın işığı ilə nurlanmış, kobud səslənsə də, deyəcəm, dığaların meyitlərinin üzərindən inamla addımlayaraq, Şuşayadək gedib çıxmış oğullarla bir meydanda futbol oynamaqdan qürur duyurdum. Bu bahadırları ilk dəfə görsəm də, inanın ki, mənə çox əziz və doğma gəldilər.
Onların arasında əsgər də vardı, gizir də, zabit də, xüsusi təyinatlı da... minada ayağını itirəni də. Mənim üçün isə onlar canlı əfsanələr idi. Hamısı da Paşam qədər ali rütbəli, həmişəlik borclu qalacağım mənəvi qardaşlarım.
Nə qapını qorumağı düşünürdüm, nə oyunçularımıza səslənirdim, nə də həyəcanla zərbə gözləyirdim. Dünən mən qoruduğum qapıya tərəf inamla irəliləyən qəhrəman döyüşçülərin həmlələrinin canlı şahidi olmaqdan qürur duyurdum. 
Baxışlarındakı qətiyyət, səslərindəki coşqu, hücumlarındakı əzəmətin 2-3 addımlığında sevimli qardaşlarımın zədəli çiynimə vurulan dəstək jestlərindən, yıxılarkən onlara uzatdığım əlimə toxunan möhkəm qolların gücündən, qardaşlıq dəstəyindən, doğmalıqdan göyün 7-ci qatında idim. Həyatımda ilk dəfə idi ki, buraxdığım toplardan məyus olmurdum, əksinə onların qol sevincini gördükcə ürəyim açılırdı.
Bəzən bunu özləri də sezirdilər. Axı onlara rəqib ola bilməzdim. Mən sadəcə həmrəyliyimi nümayiş etdirmək, onlarla ünsiyyətin dadını çıxarmaq üçün futbol oynayırdım.
Minaya düşüb bir ayağını itirən adaşımın vurduğu zərbə isə həyatımda gördüyüm ən gözəl qol idi. Bu qol mübarək qədəmlərlə mənim qapıma vurulmuşdu. Bax buna görə də dünən dünyanın ən xoşbəxt adamı sandım özümü.
Bir tək Şuşa döyüşləri ilə qüdrətlərini bütün dünyaya bəyan edən, hərbi potensialları ilə dünyada hegemon dövlətlərin hərbi dərsliklərində tədris olunan Azərbaycan bahadırlarının hücumunu sizcə, mən dəf etmək əzmindəydimmi? Bunu fani dünyada bacaran kimsə varmı?
Biz sadəcə oynadıq. Çünki sözün əsl mənasında bundan sonra elə oynayan vaxtımızdı. Bundan sonra bizə oynamaq yaraşır, deyib-gülmək, yaşamaq-yaratmaq, igidlərimizi sevdirmək, həmrəy olmaq yaraşır. Bu sevgini, sevinci, qazilərimizə sonsuz eşqimizi övladlarımıza aşılayaraq onların vətənpərvərliyindən qürurlanmaq yaraşır.
Övladlarımız demişkən, oğlum eşidəndə ki, atası gedir erməniləri öldürən əmilərlə futbol oynamağa hərbi köynəyini geyinib israrla onu da aparmağımı istədi. Qayıdanda da həmin əmilərin yanında oturduğunu, görüşdüyünü, oyundan sonra çay içdiyini ağızdolusu evdəkilərə danışmaqdan yorulmurdu.
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım. 
...Yenə belə oyun olsa, mütləq iştirak edəcəm. 
Bu dəfə qazi qardaşlarımın qapıçısı olacam!
P.S Başda Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyəti olmaqla, bütün təşkilatçılara dərin təşəkkürümü bildirir, komanda yoldaşlarıma isə növbəti oyunlarda yeni uğurlar arzulayıram.
Qazilərin qapıçısı – FOTOQazilərin qapıçısı – FOTOElnur Kələntərov,
Dövlət Miqrasiya Xidmətinin  İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 32   Tarix: 06 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Taksilərin rəqibi olan 45 minlik qrupun yaradıcısı: "Təmənnasız da xidmət edirik" - MÜSAHİBƏ + FOTO

Taksilərin rəqibi olan 45 minlik qrupun yaradıcısı: "Təmənnasız da xidmət edirik" - MÜSAHİBƏ + FOTO. Pandemiya dövründə insanların sosial şəbəkələrdən istifadəsi daha da artıb. Tez-tez qarşılaşdığımız paylaşımla

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olundu

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olundu. "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub. Bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib. O bildiri

Tural Gəncəliyev: "Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək" – FOTO

Tural Gəncəliyev: "Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək" – FOTO. "Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək". Bu sözləri Dağlı Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri

İƏT nümayəndə heyəti Gəncədə raket düşən ərazilərə baxıb - FOTO

İƏT nümayəndə heyəti Gəncədə raket düşən ərazilərə baxıb - FOTO . İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfər

Bakıda təhlükəli anlar: Kran hər an aşa bilər - VİDEO

Bakıda təhlükəli anlar: Kran hər an aşa bilər - VİDEO. Bakıda tikinti kranı sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Trend-in məlumatına görə, təhlükəli vəziyyət Bakıda Yeni Günəşli qəsəbəsində müşahidə olunur. Sakinlə

Güclü külək bəzi rayonları işıqsız qoydu - FOTO

Güclü külək bəzi rayonları işıqsız qoydu - FOTO. Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Bu barədə -a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki

Bakı Sağlamlıq Mərkəzi COVID-19 əleyhinə vaksinlərin tədqiqatı üçün könüllüləri dəvət edir

Bakı Sağlamlıq Mərkəzi COVID-19 əleyhinə vaksinlərin tədqiqatı üçün könüllüləri dəvət edir. Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikas

Jurnalistlərin vaksinasiyası üçün tapşırıq verildi

Jurnalistlərin vaksinasiyası üçün tapşırıq verildi. Azərbaycan Mətbuat Şurasının "COVID-19" xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciə

"Azəriqaz" 8 kənddə insanların qazsız qalmasına aydınlıq gətirdi - RƏSMİ

"Azəriqaz" 8 kənddə insanların qazsız qalmasına aydınlıq gətirdi - RƏSMİ. "Vətəndaşları qaz şəbəkəsinin keçdiyi ərazilərdə iş apararkən ehtiyatlı olmağa çağırırıq". . Bunu "Azəriqaz" İstehsala

Xəstəxanalarımız koronaviruslu xəstələrlə dolub? – AÇIQLAMA + VİDEO

Xəstəxanalarımız koronaviruslu xəstələrlə dolub? – AÇIQLAMA + VİDEO. Koronavirusa yoluxanların sayında artım müşahidə olunarsa, indiyə kimi tətbiq edilən qadağalar yenidən qəbul oluna bilər. Yəni, SMS icazə və tam qapanm

Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib

Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib. Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var - FOTO

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var - FOTO . Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, Şəki rayon sakini Xəzə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2021 cəbhədən son durum son xəbərlər xeberlər