"Qarabağ"ın rəqibləri məlum olacaq

"Qarabağ"ın rəqibləri məlum olacaqBu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam komandası daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində qərarlaşacaq. Ona səpələnməmişlər səbətindəki daha aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) rəqib olacaq.
Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb. Onlardan mübarizəyə 33-ü birbaşa qatılanlar, 1-i isə ilkin mərhələnin qalibi olacaq.
1-ci qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)
Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)
2-ci qrup
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)
3-cü qrup
Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)
Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)
4-cü qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)
5-ci qrup
Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)
Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)
Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.


SONXEBERLER.AZ
İdman     Baxılıb: 84   Tarix: 09 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Transfer pəncərəsinin vaxtı bilindi

Futbol üzrə Azərbaycan çempionatının 2020-2021-ci il mövsümünün transfer dövrlərinin vaxtı müəyyənləşib. xəbər verir ki, yay transfer pəncərəsi avqustun 3-dən oktyabrın 5-dək davam edəcək. Qışda isə klublar transferlərin

Azərbaycan millisinin sabiq baş məşqçisi Türkiyədən qovuldu

Türkiyənin "Kayserispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb. xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib. Klubun rəhbərliyi yeni mövsümlə bağlı planlarınd

"Alanyaspor"a yeni baş məqşçi təyin edildi

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. xəbər verir ki, komandanı indiyədək "Beşiktaş"da Sərgən Yalçının köməkçi kimi işləyən Çağdaş Atan çalışdıracaq. Super Liqa təmsilçisi 4

Təxribata əl atan erməni cəzalandırıldı

UFC-də keçirdiyi son döyüşə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb. Təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə

Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir

Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birg

İdman yarışlarına icazə verildi

Avqustun 10-u saat 00:00-dan etibarən Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarınına keçirilməsinə icazə verilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah qərar qəbul edib

"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalında

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində 2 oyun keçirilib. xəbər verir ki, "Sevilya" - "Roma" qarşılaşmasında meydan sahibləri 2:0 qələbə qazanıb. Oyunda qolları Serxio Regilon (22-c

"Fənərbağça" bir gündə üç transfer reallaşdırdı

İstanbulun "Fənərbağça" klubu bir gündə üç transferini reallaşdırıb. klubun rəsmi saytına istinadla xəbər verir ki, "Trabzonspor"la müqaviləsi başa çatan Filip Novak karyerasını İstanbul təmsilçisind

"Fənərbaxça" yeni baş məqşçisini rəsmən elan etdi

İstanbulun "Fənərbaxça" futbol klubu yeni baş məqşçisini rəsmən elan edib. xəbər verir ki, klub rəsmi saytı vasitəsilə keçmiş futbolçusu və "Alanyaspor" klubu ilə 2019/2020-ci il mövsümünü başa vuran Ero

Çempionlar Liqasının oyunları almanlara tapşırıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin "Mançester Siti" – "Real" və "Yuventus" – "Lion" cavab matçlarına hakim təyinatları açıqlanıb. xəbər verir ki, İngiltərədə keçiriləcək "Mançeste

Türkiyə çempionu mübarizəni dayandırdı

Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşı

Rəşad Sadıqovun ailəsində AĞIR İTKİ

"Zirə" futbol klubunun baş məşqçisi, Azərbaycan millisinin və "Qarabağ"ın veteran futboçusu Rəşad Sadıqova ağr itki üz verib. xəbər verir ki, Rəşadın atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər maşın realiti şou hava haqqinda sou xeberler bugun