Qarabağda ələ keçən daha 23 erməni terrorçunun adı məlum oldu

Qarabağda ələ keçən daha 23 erməni terrorçunun adı məlum olduErmənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub.
Azxeber.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviç barəsində cinayət işinə Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Qriqoryan Feliks Arşakoviç barəsində cinayət işinə isə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 26   Tarix: 11 iyun 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyev Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib. . Mehriban Əliyeva bununla bağlı "Instagram"

Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar - VİDEO

Ermənistanın Gavar bölgəsində partiya nümayəndələri onlara səs vermələri üçün seçicilərə ərzaq paylayıblar. "Novosti Armeniya" bu barədə polis idarəsinin mətuat xidmətinə istinadla məlumat yayıb. Bildirilir ki

Paşinyan: Heç bilirsiniz müharibə vaxtı arvadım harada idi?

Bir neçə gün əvvəl Abovyan şəhərində Nikol Paşinyan, "Erato" dəstəsinə rəhbərlik edən həyat yoldaşı Anna Hakobyanın müharibə dövründə döyüş meydanına apardığı mübarizəyə toxunaraq bildirib ki, onun rəhbərlik etdiy

Şoyqunun bacısı koronavirus səbəbindən vəfat etdi

Rusiya Dövlət Dumasının deputatı Larisa Şoyqu vəfat edib. "RİA Novosti"nin məlumatına görə, bu barədə Vahid Rusiya fraksiyasının rəhbəri Serqey Neverov xəbər verib. Millət vəkilinin koronavirus fonunda insult keçirdiy

Paşinyan: "ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir

"ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutdular". "Vestnik Kavkaza" məlumat verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniy

Ərdoğan azərbaycanlı deputatlarla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Haber Global" məluma

Ermənistan və Azərbaycan mina təmizlənməsi üçün məlumat mübadiləsi etmək öhdəliyini götürməlidirlər - Avropa Parlamenti

Ermənistan və Azərbaycan uğurlu şəkildə əraziləri minalardan təmizlənmək üçün məlumat mübadiləsi ilə bağlı öhdəliyi üzərlərinə götürməlidirlər. -un Cənubi Qafqazla əlaqələr üzrə Avropa Parlamenti heyətinə istinadən verdiy

Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Dövlətlər daxili və xarici siyasətini, iqtisadiyyatını, mədəni əlaqələrini normal təşkil edib, dinamik inkişaf etdirdikcə güclü, sözü keçən dövlətə çevrilir. Müasir dövrümüzdə baş verən hadisələr bir daha onu göstərir ki

Cozef Baydenlə Vladimir Putinin görüş məkanı açıqlandı

ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşün məkanı açıqlanıb. İki ölkə liderləri məşhur "La Qranj" villasında bi

İstər-istəməz Əli Həsənovla əlaqələrim olmalı idi' - Əflatun Amaşov 'Onun 10 cavabı'nda

un "Onun 10 cavabı" rubrikasının növbəti qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. O, müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb. 1. Aynur Nəsirova . - Sizi ilk dəfə efir

Ərdoğan: "Şuşaya ailəvi səfər edəcəyik" - VİDEO

"Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəli

Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANS

2019-cu ilin iyul ayının 8-də Rusiyada "Rokko" barında düşən dava zamanı 27 yaşlı azərbaycanlı Fazil Balayev Anatoli Qrudistov tərəfindən qətlə yetirilmişdi. Anatoli F.Balayevin gözündən atəş açmışdı. Federal axtarış


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne en son xeber xabar az hava proqnozu