Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR

Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRARQanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR
"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.
Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır.
Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət vardır.
Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə uyğun olaraq, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.   /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 37   Tarix: 20 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı. Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. . Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hazırda fermerlərdə

Prezident xalqımızı təbrik etdi: "Ağdam azad olundu!" - Xəbərlərin 13:00 buraxılışı

Prezident xalqımızı təbrik etdi: "Ağdam azad olundu!" - Xəbərlərin 13:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Ağdam rayonu işğaldan azad edildi. Prezident İlham Əliyev xalqa müraciət etdi. Mill

Milli Məclis iki qanun layihəsini qəbul etdi

Milli Məclis iki qanun layihəsini qəbul etdi. Milli Məclisin bu gün keçirilən iclasında "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbayca

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılmas

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi. "Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasınd

Ucarda yol qəzası nəticəsində ölən və xəsarət alan var - FOTO

Ucarda yol qəzası nəticəsində ölən və xəsarət alan var - FOTO. Ucarda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Report-un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşa

Qarabağ qazisi: "Qələbəni döyüşçü yoldaşlarımla qeyd etmək istəyərdim" - VİDEO

Qarabağ qazisi: "Qələbəni döyüşçü yoldaşlarımla qeyd etmək istəyərdim" - VİDEO. Quba rayonunun Çağacıq kənd sakini Vüsal Şərafəddin oğlu Mahmudov Vətən müharibəsinə gizir kimi qatılıb. "Report" xəbər veri

Qarakənd faciəsindən 29 il ötür

Qarakənd faciəsindən 29 il ötür. Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür. "Mİ-8" hərbi vertolyotu ermənilər tərəfindən 1991-c

Bakıda "Porsche" yandı

Bakıda "Porsche" yandı. Bakı şəhərinin Binəqədi rayonunda "Porsche" markalı minik avtomobilinin salonu yanıb. . Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Avtomobilin qalan hissəsi yanğında

Bakıda birmərtəbəli ev yandı

Bakıda birmərtəbəli ev yandı. Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəs

Azərbaycanda karantin rejiminin uzadılmasının əsas səbəbləri - TƏHLİL

Azərbaycanda karantin rejiminin uzadılmasının əsas səbəbləri - TƏHLİL. 2019-cu ilin dekabrında Çində yayılmağa başlayan və dünya ölkələrində geniş yayılan koronovirus pandemiyası nəticəsində ölüm hallarının kəskin artmas

Bu il Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ikinci ölkədir

Bu il Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ikinci ölkədir. Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 466,8 milyon dollar olub. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün kriminal sonxəbər en son xeber