Prezidentin həkimlərlə bağlı dəstək mesajı "Alov Qüllələri"ndə - VİDEO

Prezidentin həkimlərlə bağlı dəstək mesajı "Alov Qüllələri"ndə - VİDEOPrezidentin həkimlərlə bağlı dəstək mesajı "Alov Qüllələri"ndə - VİDEO
Müasir Bakının simvoluna çevrilən "Alov Qüllələri"ndə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal, Azərbaycan!" şüarları əks olunub.
Oxu.Az xəbər verir ki, bu təşəbbüs Prezident İlham Əliyev martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında səsləndirdiyi fikirlərdən sonra baş tutub.
Dövlət başçısı mübariz Azərbaycan həkimlərinin əməyini yüksək dəyərləndirib, onlara öz təşəkkürünü bildirib:
"Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb.
Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər.
Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri"ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.
Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq".


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 24   Tarix: 29 mart 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB + FOTO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tib

Prezident: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına

Prezident: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına". "Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər, hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənlər

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi. "Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlə

Dövlət başçısı: "Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

Dövlət başçısı: "Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə. "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərin

Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN

Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN. Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib

İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı. Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. . Nekroloqun mətnini AZƏRTAC dərc edib. "Azərbaycanın mədəni ictimaiyyətin

Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM

Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM . Prezident İlham Əliyev Adil Qəribovun təltif edilməsi haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTAC məlumat yayıb. O, Azərbaycanda elmin inkişafında xidmətlərinə gör

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ. Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb. Bu barədə -a Azərbaycan parlamentinin mətbua

Elmar Məmmədyarov: "Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar" - VİDEO

Elmar Məmmədyarov: "Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar" - VİDEO. "Koronavirus pandemiyası ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşları ilə daimi əlaqə saxlayırıq". -ın məlumatın

Vadim Rabinoviç: "Karantinlə bağlı gecikmək olmazdı" – MÜSAHİBƏ

Vadim Rabinoviç: "Karantinlə bağlı gecikmək olmazdı" – MÜSAHİBƏ. Ukraynanın yeni Baş naziri Denis Şmıqal martın 25-də bütün ölkə ərazisində fövqəladə vəziyyətin tətbiq olunduğunu və karantin müddətinin 30 gün uzadılaraq

Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq

Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq. Milli Məclisin 30 martda keçiriləcək növbəti plenar iclası zamanı deputatların zalda lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki met

Aleksandr Xramçixin: "Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq" – MÜSAHİBƏ

Aleksandr Xramçixin: "Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq" – MÜSAHİBƏ. Ermənistanda "humanitar bəhanə" adı altında Qarabağın anşlüsünü təşkil etmək üçün çağırışlar səsləndirilir


son xeberler azerbaycan xeberleri yeni xeberler qurban bayrami 2020 son xəbərlər gunun xeberleri bu gunun xeberleri