Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb

Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıbPrezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu ünvanlayıb. 
AZƏRTAC-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli neftçilər!
Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.
Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.
Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat "şəhəri"nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram". /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 74   Tarix: 08 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Məhkəmə Koçaryanla bağlı qərar verdi. Yerevanda məhkəmə Ermənistanın keçmiş Prezidenti Robert Koaryanın həbsinə qərar verib. . "Köçəryanın vəkillərinin onun sərbəst buraxılması üçün girov verilməsi tələbi rədd edilsin"

İlham Əliyevdən Bayraq Günü paylaşımı - VİDEO

İlham Əliyevdən Bayraq Günü paylaşımı - VİDEO. Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Facebook" səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb. Videoçar

Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı. Prezident İlham Əliyev noyabrın 7-də "Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. AZƏRTAC xəbər veri

Baş nazir özünə yeni köməkçi təyin etdi

Baş nazir özünə yeni köməkçi təyin etdi. Baş nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib. -ın xəbərinə görə, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub. Onun digər köməkçilər

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm. Yerevanda bir müddət əvvəl baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası və Parlament Assambleyasının iclaslar

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. . Qeyd edək ki, Türkiyə başçısı ABŞ Prezidenti Donald Trampla b

Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb

Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. Toplantını giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Murado

Almaniyada Qarabağla bağlı təxribatın qarşısı alındı

Almaniyada Qarabağla bağlı təxribatın qarşısı alındı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyada ermənilərin növbəti təxribatının qarşısının alınması barədə məlumat yayıb. . "Mətbuatda Almaniyanın "EuroSchein-Souveni

Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi

Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi . Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında. sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatın

Prezident televiziya və radio işçilərini "Tərəqqi" medalı ilə təltif edib - SİYAHI

Prezident televiziya və radio işçilərini "Tərəqqi" medalı ilə təltif edib - SİYAHI. Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməs

Prezident Musa Yaquba ev verdi

Prezident Musa Yaquba ev verdi. Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. . Bu barədə Qafqazinfo-ya şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və ÜÇ otaqlıdır. Xalq şairi on

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO. Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Slovakiya XİN-in rəsm


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər xeberler bu gun xeberler bugun 2020 en sonxeber