Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTO

Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTOPrezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – "Rospotrebnadzor"un rəhbəri Anna Popova, "Rusiya Dəmir Yolları" ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
-Hörmətli Sergey Viktoroviç.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda salamlamağa şadam. Sizi yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə bu cür böyük nümayəndə heyəti ilə gəlirsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.
Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.
Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar.
Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.
Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.
Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.
Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.
Bir daha xoş gəlmisiniz. Sizin gəlişinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək.
Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.
Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.
Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTOPrezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTO


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 22   Tarix: 21 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Putin: "Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək

Putin: "Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək". Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevin həm azərbaycanlılar, həm də ermənilər üçün Dağlı

Gülməmməd Məmmədov: "The Guardian" yenə qərəzli mövqedən çıxış edir" - FOTO

Gülməmməd Məmmədov: "The Guardian" yenə qərəzli mövqedən çıxış edir" - FOTO. "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov Qarabağ müharibəs

İkbal Durre: "Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram

İkbal Durre: "Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram". Təəssüf ki, hamısı olmasa da əksər rusiyalı ekspert arzu ediləni həqiqət kimi qələmə verir. Qərəz onların obyekti

İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib

İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının Zirvə Toplantısı öncəsi Brüsselə səfər edib. Bu barədə "TR

Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO

Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO. Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıla

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığ

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib. ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib. "Rİ

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı. Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi

Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb

Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb. Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Xankəndidə Qurumlararası Humanitar Yardım Mərkəzinin fəaliyyətə başlamas

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək. Rusiyanın bir neçə dövlət qurumdan ibarət nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək. Russia Today-nin məlumatına görə, bu barədə RF XİN-in məlumatınd

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı. Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyin

Putin: "Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz" - VİDEO

Putin: "Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz" - VİDEO. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun azerbaycanda son xeberler cəbhədən son xəbər kriminal