Polis əməliyyatlar keçirdi, 22 kq-dan artıq narkotik götürüldü

Polis əməliyyatlar keçirdi, 22 kq-dan artıq narkotik götürüldüDaxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Bu barədə Open.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb.
Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Füzuli Sultanovun Abşeron rayonundakı evinə baxış zamanı oradan 9 kiloqram heroin, 1 kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1 900 ədəd psixotrop tərkibli "Metadon 40" həbi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Rüstəmov saxlanılıb.
Onun üzərinə baxış zamanı 20 qrama yaxın, paytaxtın Xətai rayonunda yaşadığı mənzildən isə əlavə 7 kiloqram 444 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, Vüsal Rüstəmov aşkar olunmuş narkotik vasitəni Ağdam rayonunda ona məxsus torpaq sahəsində xüsusi qulluq edərək əkib yetişdirib. Daha sonra qurudaraq satışını həyata keçirmək istəyib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri isə Salyan rayonunda həyata keçirilib.
Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı vətəndaş Anar Yaqubov saxlanılıb.
Onun sərnişin kimi əyləşdiyi avtomobilə baxış zamanı Anar Yaqubova məxsus 3 kiloqram 290 qram narkotik vasitə heroin, 170 qram tiryək və 120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.
Beləliklə, polis əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 42   Tarix: 22 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bakıda elektrik cərəyanı transformatorda gənci vuraraq öldürdü

Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayonunda elektrik yarımstansiyasını

Bakıda yol qəzası tıxac yaradıb - FOTO

Bakıda yol qəzası baş verib. xəbər verir ki, hadisə paytaxtın Q.Qarayev prospekti Dakar dairəsində, Q.Qarayev metrostansiyası istiqamətində qeydə alınıb.Bakıda yol qəzası baş verib. Həmin istiqamətdə nəqliyyat vasitələrini

Paytaxtda ev əşyaları ilə külə döndü

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdak

Gəncədə yaşayış binasında yanğında 8 nəfər təxliyə edilib

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyalar

Yevlaxda narkotik alverçiləri saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyya

Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

Fevralın 19-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdə

Borca görə müştərini öldürən mağaza sahibi tutuldu

Fevralın 18-də saat 12:00 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlu rayon mərkəzi xəstəxanasında ölüb. xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb. Bildirili

25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 ayda

Bu ay restoranlarda monitorinqlər zamanı 592 nöqsan aşkarlanıb

Bu ilin 01-18 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 12476 monitorinq həyata keçirilib. AQTA-dan -a verilən məlumata görə, monitorinqlər zamanı 592 nöqsa

Polisin əməliyyatında 5 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-c

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - FOTO

Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyya

Marketdən 2 min manatlıq energetik içki və siqaret oğurlayanlar saxlanılıb

Suraxanı rayonu Bülbülə qəsəbəsində mağazalardan birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, naməlum şəxslər mağazadan 2 min manata yaxın energetik içki və tütün məmulatları oğurlayıblar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum sonxeber valyuta mezenesi