Polis Akademiyasına kursant qəbulu - ELAN

Polis Akademiyasına kursant qəbulu - ELANPolis Akademiyasına kursant qəbulu - ELAN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına "hüquqşünaslıq" ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir.
Akademiyadan verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2021-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2021-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2021-ci il yanvar ayının 25-dən mart ayının 6-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-98-16.
Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub "Polis Akademiyasında təhsilə yararlı" olması barədə rəyi dərhal sənədləri toplanan polis orqanına təqdim etməlidirlər.
Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya qəbul imtahanlarınadək həkim komissiyasının rəyini təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2021-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara "hüquqşünaslıq" ixtisası, "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Seçmə komissiyasının vaxtı barədə və Polis Akademiyası haqqında ətraflı məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Akademiyanın www.pa.edu.az internet saytlarında yerləşdiriləcək. /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 38   Tarix: 24 yanvar 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının üzvü vəfat edib

Vəkillər Kollegiyasının üzvü vəfat edib. Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev vəfat edib. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial media hesabında məlumat verib:. "Bu gün uzun sürən ağır xəstəlikdə

Lənkəranda 14 yaşlı yeniyetmə itkin düşüb

Lənkəranda 14 yaşlı yeniyetmə itkin düşüb. 23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarını

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 kvm olan mənzilin mətbəxində bir ədəd divan və bir ədəd kondisione

Karantin qaydalarını pozan çayxana aşkar edildi - FOTO

Karantin qaydalarını pozan çayxana aşkar edildi - FOTO. Tərtər rayonunda karantin rejimini pozan çayxana aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayo

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?. Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyət

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir . İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və əməkdaşları Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarə

İmişlidə qanunsuz olaraq ov silahı daşıyan şəxslər tutulub

İmişlidə qanunsuz olaraq ov silahı daşıyan şəxslər tutulub. İmişlidə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarışları zamanı qanunsuz olaraq ov silahı gəzdirən iki şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin İctima

Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO

Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO. Azərbaycan Respublikasında koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanınd

Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək

Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək . Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçiriləcək. -ın xəbərinə görə, iclasda komitənin 2020-ci ilin payız sessiyasında gördüy

İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib

İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru və ümumi işlər üzrə direktor müavini işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən aza

AMEA-nın Biofizika İnstitutuna nöqsanlar aşkarlandı

AMEA-nın Biofizika İnstitutuna nöqsanlar aşkarlandı. AMEA-nın Biofizika İnstitutunda yoxlamalar aparılıb. Akademiyadan verilən məlumata görə, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmə

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qanunsuz ov edən şəxs cəzalandırılıb. Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın "Ağquşa" postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. . Bioloji Müxtəlifliyi


azerbaycan xeberleri yeni xeberler son xeberler iqtisadiyyat xeberleri bugun en son xeber cəbhədən son xəbərlər xeber