Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb? - Rusiya ABŞ üçün...

Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb? - Rusiya ABŞ üçün...ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi 2021-ci ildə gözlənilən qlobal təhdidlər barədə Senatda dinləmələr üçün nəzərdə tutulan hesabat hazırlayıb. Hesabat Senatın silahlı qüvvələrin işi üzrə komitəsinin saytında dərc edilib.
Publika.az xəbər verir ki, sənədə əsasən dünya hazırda qlobal strateji yarış erasını yaşayır. Bu yarışda ABŞ-ın başlıca rəqibləri Rusiya və Çindir. Onlar ABŞ-ın hərbi üstünlüyünə çağırış üçün vasitələr işləyib hazırlayırlar. Hərbi tədbirlərdən əlavə hesabatda ABŞ və Çinin "boz zonadakı" fəaliyyətlərindən də bəhs olunur. Bura proksi-qoşunlardan və muzdlulardan istifadə, kiberhücumlar, informasiya ilə manipulyasiya, rəqiblərinin iqtisadi gücünü zəiflətmək və digər tədbirlər də daxildir.
Hesabatda Rusiya silahlı qüvvələri ABŞ-ın özünün mövcudluğuna potensial təhlükə adlandırılır, bildirilir ki, Rusiya silahlı qüvvələri ölkə sərhədləri boyu yerləşən ölkələrdə Moskvanın təsirini saxlamaq alətidir. Bu təsir hesabına Moskva Vaşinqtonun qlobal liderliyini təhdid edir.
"Moskva ABŞ və NATO-nu Rusiyanın təhlükəsizliyi, onun geosiyasi ambisiyaları və indiki hakim rejim üçün mühüm təhdid kimi nəzərdən keçirir. Moskva Qərblə ayaqlaşmaq üçün bir sıra siyasi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə edir, amma bu zaman birbaşa münaqişədən qaçmağa çalışır",-hesabatda deyilir.
ABŞ hərbi kəşfiyyatı Rusiyanın nüvə və qeyri-nüvə qüvvələrinin modernizasiyası barədə ətraflı bəhs edir. Gözlənilir ki, Rusiya yaxın illərdə qeyri-strateji vasitələr hesabına öz nüvə arsenalını ciddi şəkildə artıracaq. Hesabatda o cümlədən Rusiyanın kimyəvi və bioloji silah ehtiyatlarına da malik olduğu bildirilir.
Hesabatda ötən ilin payızında Qarabağda gedən 44 günlük müharibə barədə də bəhs olunur, qeyd edilir ki, Rusiya Qarabağa və Belarusa birbaşa hərbi intervensiyaya qərar vermədi. Amma regionda təsirini başqa metodlarla saxlamağa çalışır-məsələn, hesabatda Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi Moskvanın Qafqazdakı təsirinin güclənməsi kimi nəzərdən keçirilir. Bildirilir ki, hərbi gücdən istifadə təhdidi Rusiyanın Ukraynaya başlıca təsir rıçağıdır.
Hesabat müəllifləri belə qənaətə gəlirlər ki, Rusiya hazırda ABŞ-la birbaşa toqquşmada maraqlı deyil, amma Qərblə qarşıdurmadan da imtina etmir. "Kreml çox güman ki, Vaşinqtonu təxribata çəkməyəcək, amma görsə ki, ABŞ Rusiyanın daxili siyasətinə qarışır və ya onun strateji maraqlarını təhdid edir, buna qərar verə bilər",-kəşfiyyatçılar bildirir.
Hesabatda Rusiyanın qonşu ölkələrin və NATO üzvü olan ölkələrin daxili siyasətinə təsir göstərmək cəhdləri barədə də ətraflı danışılır. Bildirilir ki, Rusiya koronavirus pandemiyasından istifadə edərək Qərb ölkələrinin hökumətlərinə etimadı sarsıtmaq üçün informasiya kampaniyası aparır. (virtualaz.org)


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 28   Tarix: 04 may 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Nankor Almaniya! Onlar ölkəni dirildir, ancaq... - "Monitor"

Almaniyadakı hər beş şirkətdən birinin qurucusu mühacirdir. Mühacirlər demək olar ki, Almaniyanı dirçəldirlər, lakin daim mənfur və irqçi hücumlara məruz qalırlar. Bu vəziyyət "Nankor Almaniya", yəni "Undankbare

Jirinovskidən ölkə hakimiyyətinə ÇAĞIRIŞ: Sibirə göndərilməlidirlər

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski hesab edir ki, ölkə hakimiyyəti Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovu, "Ədalətli Rusiya" Partiyasının həmsədrləri Sergey Mironov

Qələbə paradı Putin üçün biabırçılıq olacaq - Zubov

Qələbə paradı Putin üçün növbəti biabırçılıq olacaq . -a istinadla xəbər verir ki, bunu "Obozrevatel"ə müsahibəsində rusiyalı tarixçi Andrey Zubov deyib. "Sözsüz ki, Qələbə paradı Putin üçün növbəti biabırçılı

Jirinovskidən MARAQLI TƏKLİF: "Bunu dəyişməliyik, ingilislər bizə gülürlər"

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib. xəbər verir ki, o, "prezident" sözünin ingilis mənşəli olduğunu vurğulayıb. "ABŞ-da

Türkiyədə daha 347 nəfər koronavirusdan VƏFAT ETDİ

Türkiyədə son 24 saat ərzində 347 nəfər koronavirusdan vəfat edib. xəbər verir ki, sutka ərzində ölkə miqyasında 243 648 COVID-19 testi həyata keçirilib və 24 733 yeni yoluxma faktı aşkarlanıb. Sağalanlara gəlincə, 35 43

Türkiyənin hazırladığı peyvəndin istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

"Türkiyənin yeni növ koronavirus əleyhinə hazırladığı yerli peyvənddən ilin sonunda istifadə edilməyə başlanacaq". "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasını

Dünyanı "bəlaya" salan Çində minlərlə insan belə əyləndi - FOTO/VİDEO

Bütün dünyada koronavirusla mübarizə davam etdiyi müddətdə İspaniyada beş min, Yeni Zellandiyada 50 min nəfərlik (sosial məsafənin qorunmadığı) konsert təşkil edilib. Pandemiyanın başlanğıc götürdüyü Uhan da yeni "trendə"

Yerevanda və onun ətrafında həyat şəraiti "ortadan da aşağı" səviyyədədir - Rusiya KİV

Ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar. Bu barədə "Moskovskiy komsomolets" nəşrində dərc olunan məqalədə deyilir. Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğ

Ermənistan prezidentinə cinayət işi açıldı

Ermənistan prezidenti Armen Sarkisyana cinayət işi açılıb. xəbər verir ki, buna səbəb A.sarkisyanın ikili vətəndaşlığının olması faktını gizlətməsidir. A.Sarkisyanın prezident seçilərkən Ermənistanla yanaşı, Böyük Britaniy

Paşinyan Azərbaycanla sərhəddən danışıb ÖZÜNDƏN ÇIXDI: Bəlkə hər şeyi... - VİDEO

Video əlavə olunub. *. Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün parlamentdə deputatların Azərbaycanla sərhəddə baş verənlər barədə sualları ilə üzləşib. Və bərk hirslənib. Belə ki, parlamenti

Ermənistan ÇALXALANIR: Vətəndaşlar ölkədən qaçmağa başladı - ŞOK DETALLAR

Budəfəki mövzumuz Ermənistandır. İşğalçı ölkənin bugünkü ağır durumu, sabaha miras qalan problemlər adıçəkilən bədnam qonşularımızı daha da uçuruma yuvarlaya bilər. Valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər

Bu, Putin üçün ölüm deməkdir! - Oreşkin

Rusiya Prezidenti Vladimir Putin müəyyən mənada istədiklərinə nail olub, amma nəticə, yəqin ki, onu həddindən artıq məyus edəcək. Putin istəyirdi ki, onu təhlükəli marginal hesab edən Qərb onunla danışsın, Qərb isə sanksiyala


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az metbuat hava haqqinda meherremlik 2021