Paşinyanın bu inanılmaz addımına hazır olun - Kuznetsov

Paşinyanın bu inanılmaz addımına hazır olun - KuznetsovBir daha bu mövqeyimdə qalıram və aradan keçən müddət sübut etdi ki, müşahidələrimdə yanılmamışam. Dediyim kimi, əgər Ermənistan Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyan həqiqətən Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəsəydi, o, anlaşılmaz bəyanatlar verməzdi. O, Paşinyanı girov götürərək hakimiyyətdən imtina etmək barədə sənədləri imzalamağa məcbur edə, hakimiyyətin ötürülməsinin guya qanun çərçivəsində olduğunu nümayiş etdirə bilərdi.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında məşhur rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov İrəvanda keçirilən mitinqləri şərh edərkən deyib.
Onun sözlərinə görə, İrəvanda hazırda hərbi çevriliş elementləri müşahidə olunmur:
"Əsgərlər kazarmalardadır, parlament, hökumət və televiziya binası, dövlət bankı və ölkənin digər kredit-maliyyə qurumları ordu tərəfindən nəzarətə alınmayıb, internet kəsilməyib, aeroportlar da bağlanmayıb. Erməni Baş Qərargah rəisinin Paşinyanı istefaya çağırması baş nazirin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmanın yenidən vüsət almasına səbəb olub, ordunun özü isə kənarda qalıb. Erməni hərbçiləri bu ölkədə mövcud olan xaosun bir hissəsi olduqları üçün onu dayandırmağa qadir deyillər, generallar isə bu fonda sabah vəzifələrindən məhrum olmamaq üçün bu gün "siyasət" oynamaq qərarına gəliblər".
Kuznetsov bildirib ki, Ermənistan silahlı qüvvələrinin ali komandanlığı son dərəcə aşağı olan peşəkarlığı ilə şübhəsiz ki, ötən ilin payızında Azərbaycanla müharibədə məğlubiyyətin əsas səbəbidirlər:
"Bundan sonra Ermənistan ordusunun bütün generalları istefaya göndərilməli idi. Onlar isə öz növbəsində tutduqları vəzifə müddətinin sona çatdığını çox yaxşı başa düşürlər. Bu səbəbdən Nikol onları vəzifədən azad etmədən öncə generallar baş nazirin özünün hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmək qərarına gəliblər".
Həmsöhbətimiz qeyd edib ki, Paşinyan ölkədə baş qaldıran generalların cəzasını (fiziki deyil, karyera cəhətdən) verəcək və sonrakı aylar ərzində Qarabağ klanı və ona bağlı olan milyonçuları aktivləri ilə ittiham edəcək:
"Köhnə elitaların məhv edilməsi prosesinin dünya birliyi, xüsusilə də Rusiya diasporu üçün gözəgörünməz olması üçün Paşinyan Qarabağ ideyasından tamamilə imtina edə bilər. Bəlkə də belə bir perspektiv kiməsə fantastik görünür, lakin ona hazır olmaq lazımdır".


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 57   Tarix: 03 mart 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ermənidən ETİRAF: "Şuşa da, Qarabağ da Azərbaycanındır, bəsdir artıq" - VİDEO

"Kim deyir ki, Şuşa bizimdir, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman Sparapet (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan, - red.) əsgərləri ilə birlikdə ələ keçirmişdi. Əlbəttə ki, Şuş

Yer kürəsinin yarısı bu vaksindən vurduracaq

Çin Yer kürəsinin yarısına koronavirusa qarşı vaksin vədi verib. -ın məlumatına görə, Çin vaksin istehsalına başladığı gündən bəri 45-dən çox ölkə 500 milyon doza vaksin gözləyir. Ölkənin vaksin firmalarının il ərzində 2,

Qasparyanın 3 günü qaldı - Sarkisyan imtina etsə...

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini imzalamayıb. xəbər verir ki, bununla belə, Ermənistan konstitusiyasın

Lukaşenkonun istefası ilə bağlı İDDİA

Belarus Prezidenti Aleksandr Lukaşenko bu yay vəzifəsindən gedəcək. xəbər verir ki, bu iddianı ölkənin müxalifət lideri Svetlana Tixanovskaya "Bild am Sonntag" qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərin

Navalnıya görə Rusiya sanksiyaya məruz qalsa... - Avropaya təhdid

Rusiya ABŞ-ın ehtimal edilən bütün sanksiyalarına cavab verəcək. xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, müxalifət lideri Aleksey Navalnının həbs cəzasına məhkum edilməs

ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını "qara siyahı"ya salıb. xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartda

Tbilisi qarışdı: Saxlanılanlar var

Bu gün səhər Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası keçirilib. xəbər verir ki, bu barədə "Novosti Qruziya" məlumat yayıb. Daxili İşlər Nazirliyinə istinadən verilən məlumata görə, qısa zamanda erkən parlamen

Paşinyanın artistliyi Rusiyada "Oskar"a layiq görüldü

Nikol Paşinyan "Oskar" mükafatına layiq görülə bilər. xəbər verir ki, bunu Rusiyanın "Kommersant" qəzeti yazıb. Qəzet Ermənistanın baş naziri Nikol Paşinyanın 1 martda müxalifətlə küçə qarşıdurmasınd

"Virus müharibəsi" 2021-ci ilin sonunda başa çatacaqmı? - SENSASİON AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan yeni növ koronavirus epidemiyasının ilin sonuna qədər bitməsi barədə yayılan məlumatların real olmadığını bildirib. -ın xəbərinə görə

Ərdoğan milyonların gözlədiyi planı açıqlayır - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnsan Haqları Fəaliyyət Planının təqdimat mərasimində çıxış edib. xəbər verir ki, prezident planı dəyişiklik və islahat iradəsinin davam etdiyinin və edəcəyinin nümunəsi olduğunu bildirib

Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydiyyata alındı

Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyi yanında Qabaqcıl Texnologiyalar Mərkəzi və Səhiyyə Nazirliyinin Milli Tədqiqat Virusologiya İnstitutu Çinin "Anhui Zhifei Loncom Biofharmaceutical" şirkəti tərəfində

Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var

Çinin Szyansi əyalətinin meteoroloji xidmətinə məxsus təyyarə yaşayış evlərinin üzərinə düşüb. TASS-a istinadla xəbər verir ki, hadisə Szian şəhərində baş verib. Qəza nəticəsində beş nəfərin öldüyü, bir nəfərin yaralandığ


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən son durum son xeberler azerbaycan xeberler azerbaycan