Palançı olmağı da bacarmayan papaqsız siyasətçi

Palançı olmağı da bacarmayan papaqsız siyasətçi Palançı olmağı da bacarmayan papaqsız siyasətçi
Bu gün Ermənistanın hərbi-siyasi hakimiyyəti növbəti vəhşiliyini törətdi. Gəncə şəhəri, onun mülki əhalisi yenə də Ermənistan ərazisindən "Elbrus" (SKUD) sistemindən atılmış raket zərbəsinə məruz qaldı. Bu vəhşilik bu dəfə də gecə saatlarında törədildi. Aralarında uşaq, qadın, qoca olmaqla, 13 həmvətənimiz həyatını itirib, 40 nəfərdən çox mülki şəxs xəsarət alıb. Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Bu vəhşiliyin də arxasında Paşinyan və onun hakimiyyətində təmsil olunanlar dayanır.
Beynəlxalq hüquqda bu vəhşilik müharibə və insanlığa qarşı cinayət kimi tövsif olunur. İnsanlıq kodeksində adı isə namərdlik, xainlik və nakişilikdir. Bu cür əməllərin bədəli həm qanunla, həm də həyatda çox ağır olur. Paşinyan əmin olsun ki, çox keçməz, bunun bədəlini ödəyəcək. Amma ondan fərqli olaraq, bu, döyüş meydanında baş verəcək. Azərbaycan xalqı və ordusu uşaq, qadın, qoca və əlində bizə qarşı silah tutmayan mülki əhali ilə müharibə aparmır. Fərqimiz bundadır.
Paşinyanın bu cinayətlərinə özlərini bilərəkdən və ya  bilməyərəkdən şərik edənlər də var.
Bunlar 30 ilə yaxındır ki, danışıqlarda Ermənistanın imitasiya oyununa göz yumanlar, son günlərdə eşitdiyimiz beynəlxalq hüquqa zidd bəyanat verənlər, tərəfsiz vasitəçilik missiyasını pozanlar və işğalçını bu gün də silah-sursatla təchiz edənlərdir. Onlar bilməlidirlər ki, hər kəsin əməlinə görə İlahi qüvvənin elə bu dünyada verdiyi cavabı olur. Buna bumeranq da deyirlər. Bizlərdə isə deyərlər ki, "nə əkərsən, onu da biçərsən".
30 il boyunca haqqı nahaqqa qurban verənlər, işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz bərabərlik işarəsini qoyanlar, haqsız olana açıq və ya gizli şəkildə siyasi-hərbi dəstək verənlər, gec-tez özləri də eyni haqsızlıqla üzləşməli olacaqlar.
Azərbaycan xalqının bu illər ərzində çəkdiyi mənəvi iztirabı, milli qürurla oynamağın doğurduğu acı hissləri, haqq savaşında verilən şəhidlərin ağrısını, torpaq və ərazi bütövlüyünün müqəddəsliyini yalnız o zaman başa düşərlər.
Paşinyan isə onu da bilməlidir ki, vəhşilik etdiyi şəhərin adını daşıdığı böyük Nizami Gəncəvinin məşhur bir kəlamı var: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".
Paşinyanın törətdiyi əməllər sayəsində özü-özünü saldığı bugünkü aciz durumu sübut etdi ki, jurnalist və siyasətçi qismində  alayarımçıq olduğu kimi, onun palançılığı da alayarımçıqdır. Papaq deyilən müqəddəs anlayışın isə ona heç bir aidiyyəti yoxdur.
Əminəm ki, onun papaq daşımağa haqqı olmadığını erməni xalqı da çox tezliklə başa düşəcək. Ən əsası, Paşinyanın papaqsız birisi olduğunu, Azərbaycan Ordusu tezliklə Şuşaya və Xankəndinə müqəddəs Azərbaycan bayrağını yenidən sancanda, erməni xalqı indi olmasa da, o zaman bu həqiqəti dərk edəcək. Lakin onda gec olacaq. Ayılmaları lazımdır...
Milli Məclisin deputatı
Ülvi Quliyev /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 37   Tarix: 17 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Horadizdə Füzuli şəhərinin işğaldan azad edilməsi qeyd olundu - FOTO/VİDEO

Horadizdə Füzuli şəhərinin işğaldan azad edilməsi qeyd olundu - FOTO Füzuli sakinləri 30 ildən sonra Füzulinin işğaldan azad olunmasını sevinclə qarşılayıblar. -ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Füzul

Adil Əliyev onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirib - FOTO

Adil Əliyev onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirib - FOTO. Oktyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinc

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan və Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla Qarabağ məsələsin

Britaniya səfiri: "Gəncədə son olanlar qəbuledilməzdir

Britaniya səfiri: "Gəncədə son olanlar qəbuledilməzdir". Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncədə baş verən son hadisələrin qəbuledilməz olduğunu qeyd edib. Bu barədə britaniyalı səfir "Twitter"

Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb

Hikmət Hacıyev: "Bu günə qədər Ermənistanın hərəkətlərində beynəlxalq hüququn aliliyi təmin olunmayıb". Real faktlar ondan ibarətdir ki, erməni silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrindən, raket-artilleriy

Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!

Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir! . "Döyüş bölgəsində yerləşməyən dinc Gəncə şəhərinin gecə atəşə tutulması nəticəsində çox saylı qurbanlarla əlaqəda

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO. Azərbaycan Respublikasının işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəsi yenilənib. . İnteraktiv xəritədə sentyabrın 27-də

Erməni həyasızlığının növbəti sübutu: Öldürülmüş azərbaycanlı körpəni özlərinki kimi təqdim etdilər - FOTO

Erməni həyasızlığının növbəti sübutu: Öldürülmüş azərbaycanlı körpəni özlərinki kimi təqdim etdilər - FOTO. Ermənilər növbəti dəfə dünya ictimaiyyətini çaşdıracaq, yanlış fikir yaradacaq yalan informasiya yayıb. Belə ki

Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO

Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO. Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərində

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib . Bu gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması din

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi. Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb. . Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyev

İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz edib - FOTO

İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz edib - FOTO. Bu gün qardaş Türkiyə Respublikasının İzmir şəhərində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhər


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber son xabarlar son xabar sosial yardim