Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEONuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bu şərəfli tarixə şahidlik edən Hacı Hilalın oğlu Səfər İbrahimov isə Nuru Paşanı şəxsən görən şəxslərdən biri olub.
"Səfər İbrahimov 1911-ci ildə anadan olub. Çox savadlı, dünyagörüşlü, ədalətli insan olub. 1939-cu ildə Hacı Hilal represiya qurbanı olub və Gəncədən İrana gedib. O dövrdə Gəncədəki hadisələrdən dolayı onun ailəsi xalq düşmanı adlandırılıb. Lakin, sonra mənim atam, Səfər İbrahimov bütün bu tarixi faktları arxiv sənədlərindən çıxararaq kiril əlifbası ilə nəşr etdirməyə nail olub".
Bu sözləri Oxu.Az-a açıqlamasında Səfər İbrahimovun qızı Dilarə İbrahimli deyib. Onun sözlərinə görə, atası o dövrdə kifayət qədər çətin illər keçirib:
"Mənim atam heç vaxt vəzifə, şöhrət arxasınca qaçmayıb. S.İbrahimov bizə atası barədə çox danışmazdı. Yadıma gələn odur ki, biz hara gedirdiksə, atam özü ilə bir çamadan sənəd aparırdı. Rus dilini təmiz bilirdi və hər kəsə ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri çatdırırdı. Atam o vaxt anasını, ailəsini də götürüb Xudata gəlmişdi. Soyadları İbrahimli idi, bura gəldikdən sonra soyadını dəyişib İbrahimov edib. Bütün bu çətinlikləri biz çox sonrdan bilmişik, onun ətrafındakı insanlardan eşitmişik. Heç bir çətinliyini dilə gətirməzdi. Biz təhsilə başlayanda rus sektorunda oxumağımızı istədi".
D.İbrahimli deyir ki, 1990-cı ildə Səfər İbrahimov seçmə insanlardan idi ki, ona arxiv materiallarla işləməyə icazə verilmişdilər:
"Atam ö dövrdə arxiv materiallarını əski əlifbadan kiril əlifbasına köçürürdü. O vaxt Arxiv İdarəsinin direktoru ona etibar edirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1998)" adlı 7 kitabdan ibarət sənədlər toplusu Səfər İbrahimovun rəhbərliyi altında nəşr edilib. Düşünürəm ki, bu, bugünkü Respublikamız üçün çox böyük əhəmiyyətli bir addım olub. Atam özü riyaziyyatçı olub, amma bütün sahələrdən məlumatlı olub. 2011-ci ildə biz atamın 100 illiyini qeyd etdik. Bizim tariximizdə Səfər İbrahimovun öz rolu olub. Bu gün Azərbaycan tarixinin qorunmasında Səfər İbrahimov və onun kimi güclü, iradəli insanların zəhməti böyük olub. 84 il yaşasada şərəfli və tarixi ömür yolu keçib".


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 32   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO

Cibimizə və şəxsi həyatımıza girən linklər - VİDEO. Yəqin ki, sizin də telefonunuza reklam xarakterli, haradan, kimdən gəldiyi bəlli olmayan smslər daxil olur. Bu smslərin əksəriyyətində isə link göndərilir. Hansı ki sizi

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var. Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib. VAZ markalı ik

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var

Şəmkirdə "Mercedes Vito" ilə VAZ toqquşdu, yaralı var. Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeyd

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası açıqlandı: Şimşək çaxacaq, yağış yağacaq. Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşero

"Azercell"dən Bilik Günü təbriki - FOTO

"Azercell"dən Bilik Günü təbriki - FOTO. "Azercell Telekom" MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirib. Ölkənin lide

Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı. Bakı şəhərinin Nizami rayonunda mənzildən bir nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətd

Bakıda yanğın olub - VİDEO

Bakıda yanğın olub - VİDEO. Nəsimi metrosu yaxınlığında yanğın baş verib . Bu barədə -ın redaksiyasına videogörüntülər göndərilib. Vətəndaşın sözlərinə görə,  söhbət Nəsimi metrosunun yaxınlığında İlqar Cümşüdov küçəsi 1

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib. İlk dərslər I-IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm, V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmə

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında bu gün Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulunda

Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTO

Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib - FOTO. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhərini

Dünya bazarında ucuzlaşan dolların Azərbaycandakı taleyi - Xəbərlərin 20:00 buraxılışı

Dünya bazarında ucuzlaşan dolların Azərbaycandakı taleyi - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Bu gün Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib. Dünya bazarında ucuzlaşa


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler xeber saytlari son xəbərlər azərbaycanda hava haqqinda