Naxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTO

Naxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTONaxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTO
Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun mənfur, işğalçı düşmənin növbəti təxribatlarının qarşısını almaq üçün Vətən müharibəsinə başladığı, işğal olunmuş torpaqlarımızı azad etməklə parlaq qələbələr qazandığı bir dövrdə ziyalılar və tələbələr, bütün vətəndaşlarımız düşmənin dezinformasiyasının qarşısının alınması, haqq səsimizin dünyaya çatdırılması üçün informasiya mübarizəsi cəbhəsində də səfərbər olmalıdır.
"Naxçıvan xəbərləri" Media Qrupunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət və "Naxçıvan" universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, "Şərq qapısı" və "Şərqin səhəri" qəzetlərinin, AZƏRTAC-ın Naxçıvan Bürosunun, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşlarının, tələbələrin və könüllü gənclərin iştirakı ilə "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya da bu məqsədlə keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.
İştirakçılar Ermənistanın bu gün də Azərbaycana qarşı davam etdirdiyi soyqırımı siyasəti haqqında, xüsusilə Gəncəyə atılan raketlər nəticəsində həlak olmuş şəxslər barəsində dünya dövlətlərinə məlumat verməkdə həmrəylik nümayiş etdiriblər. Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliklərinin elektron poçt ünvanına öncədən rus və ingilis dillərində hazırlanmış, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumat və fotolar göndərilib.
Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Xızı, Ordubad şəhərlərinə mütəmadi şəkildə raket atəşi açır, dinc insanlara qarşı soyqırımı siyasətini davam etdirir. 2020-ci ilin sentyabr ayının 27-dən bu günə qədər, ümumilikdə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-ya çatıb.
Naxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTONaxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTONaxçıvanda "Qarabağ Azərbaycandır!" şüarı altında internet aksiya keçirildi - FOTO


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 50   Tarix: 22 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO. "Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının bugünə olan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlin

Qobustanda ev yandı

Qobustanda ev yandı. Qobustan rayonunun Xilmilli kəndində ümumi sahəsi 150 kvadrat metr olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları 50 kvadrat metr sahədə və dam örtüyü 100 kvadrat metr sahədə yanıb. Bu barəd

DOST könüllüləri üçün "Rəqəmsal ödənişlər" mövzusunda təlim keçirilib

DOST könüllüləri üçün "Rəqəmsal ödənişlər" mövzusunda təlim keçirilib. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün "Rəqəmsal ödənişlər" mövzusunda təlim keçirilib

Dövlət Neft Fondundan büdcəyə 8,9 milyard manat transfert edilib

Dövlət Neft Fondundan büdcəyə 8,9 milyard manat transfert edilib. Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat vəsait transfert edilib. Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlə

SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsasını qoyub - FOTO

SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsasını qoyub - FOTO. Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə SOCAR Georgia Gas MMC tərəfindən çəkiləcək qazpaylayıc

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR . "Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası" təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasını

Ermənistan silah alışı üzrə öhdəliklərinə əməl etmir - Xəbərlərin 20:00 buraxılışı

Ermənistan silah alışı üzrə öhdəliklərinə əməl etmir - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. - Qarabağ məsələsi diplomatik müzakirələrdə. Paşinyanın ümidləri azalır…. - Ermənistan sila

Ayaz Salayev: "Xristianlıq Ermənistanda digər xalqlara yuxarıdan aşağı baxmaq üçün bir vasitədir" - VİDEO

Ayaz Salayev: "Xristianlıq Ermənistanda digər xalqlara yuxarıdan aşağı baxmaq üçün bir vasitədir" - VİDEO. Qarabağın ermənilər tərəfindən işğalına nəzəri cəhətdən bəraət qazandırmağa çalışanların hamısının əsa

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qaz təchizatının açılışı olub - FOTO

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qaz təchizatının açılışı olub - FOTO. SOCAR-ın prezidenti Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak edib. SOCAR-da

SOCAR Gürcüstanın Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO

SOCAR Gürcüstanın Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO. SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir. SOCAR-dan -a verilən məlumata əsasən, oktyabrın 21-də Marneuli rayonunu

25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb

25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdə

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var. Siyəzən rayonunun Beşdam kəndi ərazisində "HOWO" və "Mercedes" markalı iki yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler krimnal bugun xəbər meherremlik 2020