"Modern Diplomacy": "İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb

"Modern Diplomacy": "İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb"Modern Diplomacy": "İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun "Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu" sərlövhəli məqaləsi Aİ-nin nüfuzlu "Modern Diplomacy" portalında, "İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri" başlıqlı məqaləsi isə ABŞ-ın "Eurasia Review" nəşrində dərc edilib.
AZƏRTAC xəbər verir ki, "Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu" sərlövhəli məqalədə Süveyş kanalının yük gəmilərinin hərəkəti bağlanması nəticəsində yaranan böhranın Orta Dəhlizin əhəmiyyətini artırmasından bəhs olunur. Qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının yaratdığı risklər barədə suallar doğurub. Bildirilib ki, ona görə də bir sıra dövlətlər bu marşruta alternativ marşrutları təklif və təbliğ etməyə başlayıblar. Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal dənizi marşurtu, İran tərəfindən isə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi irəli sürülüb.
Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Orta Dəhliz). Çünki bu dəhliz həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Transsibir dəmir yolu ilə müqayisədə Orta Dəhliz 2 min kilometr qısadır və daha əlverişli iqlimə malik ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla yükləri Çindən Avropaya 3 dəfə daha tez çatdırmaq mümkündür. Təklif edilən digər alternativ yola gəldikdə, Şimal dənizi marşrutu ilin böyük hissəsi qarla örtülü olur və bu marşrut üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. "Şimal-Cənub" Nəqliyyat Dəhlizi isə Süveyş kanalına birbaşa rəqib ola bilməz. Çünki bu dəhliz Süveyş kanalı kimi, Şərqi Asiyanı Avropa ilə deyil, Hind okeanı və Fars körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Dəhlizə inteqrasiya olunduğu halda Süveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Dəhlizin malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri onu Süveyş kanalından keçən marşrut üçün ən yaxşı alternativə çevirir.
"İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri" başlıqlı məqalədə isə əsas diqqət İkinci Qarabağ müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Məqalədə qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3,8 milyard dollardan çoxdur və bu, işğalçı ölkənin son 10 ildəki ümumi hərbi xərclərinin 77 faizə qədərini təşkil edir. Bu, böyük maliyyə zərəri olmaqla yanaşı, Ermənistan ordusunun döyüş potensialını tamamilə itirməsi deməkdir.
Diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də ciddi problemlər yaranıb. Əvvəla, Ermənistan işğal altında olmuş ərazilərdəki 36 su elektrik stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar işğal altındakı ərazilərin enerji tələbatının 53 faizini, Ermənistanın enerji təchizatının isə 7 faizini təşkil edirdi. Ermənistan enerji istehsalı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25 faizini ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə üz-üzə qalıb. Müharibə, eyni zamanda, Ermənistanın maliyyə sektoruna da böyük təsir göstərib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini çoxaldıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27 faizə, büdcə kəsrinin ümumi daxili məhsulda payı isə 7,6 faizə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan, dövlət borcu artaraq təhlükəli səviyyəyə - ÜDM-in 66,5 faizinə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir.
Bildirilir ki, müharibə Ermənistanda həm də makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8,5 faiz azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa, müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8,6 faiz ucuzlaşıb.
Məqalənin sonunda qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi mənfi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 26   Tarix: 20 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak etdi

Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak etdi. Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib

İlham Əliyev Hacıqabul rayonunda

İlham Əliyev Hacıqabul rayonunda. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərini

Səməd Seyidov AŞPA-nı ittiham etdi

Səməd Seyidov AŞPA-nı ittiham etdi. "AŞPA-da Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərər vurmağa çalışanlar var". "Report" xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındak

Qarabağın elektrik təchizatı ilə bağlı son vəziyyət: Şuşa yarımstansiyası hazırdır

Qarabağın elektrik təchizatı ilə bağlı son vəziyyət: Şuşa yarımstansiyası hazırdır. "Suqovuşan 1"i və "Suqovuşan 2"ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir". 

İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM. Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməs

Türkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq

Türkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq. Erməni qaçaqmalçıları dəfələrlə radioaktiv materialları qonşu ölkələrə, hətta Avropa ölkələrinə keçirməyə cəhd göstəriblər

"Sülhməramlıların" həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!

"Sülhməramlıların" həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!. Növbəti dəfə Qarabağda xidmət aparan Rusiya sülhməramlıları öz ali missiyasına zidd addımla gündəmə gəlib

İlham Əliyev yarımstansiyaların açılışında - FOTO

İlham Əliyev yarımstansiyaların açılışında - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/1

Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq - FOTO

Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq - FOTO. Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq. Bu barədə "Report"a Azərbaycanın Moldovadak

İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib – FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevi

Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqa

"Azərtütün" özəlləşdirilməyə çıxarılır - SƏRƏNCAM

"Azərtütün" özəlləşdirilməyə çıxarılır - SƏRƏNCAM. Prezident İlham Əliyev "Azərtütün Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb. . Bununla bağl


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun en son xeberler son xeberler bugun 2021 azerbaycan en son xeberleri