Məktəblilər arasında "AZERCELL CUP" proqramlaşdırma üzrə müsabiqəyə start verilir

Məktəblilər arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom" MMC proqramlaşdırma üzrə "AZERCELL CUP" müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub. 
Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar. 
Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.
Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.
Müsabiqə haqqında əlavə məlumat üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz. 


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 32   Tarix: 10 iyun 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku Azərbaycanda

"Dünya Sahibkarlıq Kuboku 2021" (EWC – EntrepreneurshipWorld Cup) üçün müraciətlərin qəbulu yekunlaşmışdır. Proqram sahibkarlara dünyasəviyyəsində bizneslərini təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pulmükafat

Bakcell şəbəkəsi Şuşada

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi. xəbər verir ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: Bakcell şirkətinin texniki personalı Qarabağd

Dörd rayonda suya tələbatın ödənilməsi üçün vəsait ayrıldı - Prezidentdən sərəncam

Prezident İlham Əliyev "Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında"

Bakıda müəllimlərin orta aylıq maaşı açıqlandı

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqının məbləği açıqlanıb. BŞTİ-dən -a verilən məlumata görə, qeyd oluna

quot;Hər birimizdə böyük potensial var, kimsə ondan istifadə edir, kim isə yox" - Könül Bayramova

"AccessBank"ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Zaqatala filialının mikro və aqro müştərilər üzrə meneceri Könül Bayramovadır. həmin müsahibəni təqdim edir:. - Könül, neçə ildir AccessBank-da işləyirsiniz

Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et

Unibank müştəriləri dünyanın istənilən ölkəsinə pul köçürməsini Bank filialına getmədən, növbələrdə gözləmədən edəcəklər. xəbər verir ki, dünyanın üç ən böyük pulköçürmə sistemi indi Unibank müştərisinin telefonundadır. "Unibank"ı

Bakı, Sumqayıt və Abşeron üzrə pensiya ödənişləri başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Fonddan -a verilən məlumata görə, vətəndaşla

BirKart sahibləri PAŞA Sığortadan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər

Ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri, PAŞA Sığortadan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. xəbə

Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır

Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdiyi əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır. "Saudi Aramco" şirkətinin açıqlamasına görə, "Arab Light" markası 0,2 ABŞ dolları bahalaşara

193 fermer AKİA dəstəyi ilə "AccessBank"dan kredit alıb

"AccessBank" fermerlərə dəstək olmaqda davam edir. xəbər verir ki, bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193 sahibkar dövlətin aqrar sahəy

Pensiya ilə bağlı əhaliyə VACİB XƏBƏR

2021-ci ilin may ayında 2175 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məluma

Azərbaycan neftinin bu günə olan qiyməti

Azərbaycan neftinin qiyməti azalıb. "Azeri Light" markalı neftin bir bareli 0,24 ABŞ dolları və ya 0,33 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 72,24 ABŞ dollarını təşki


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu sonxabar bugünki xəbərlər xeberler