Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib.
"Report"un məlumatına görə, başsağlığında deyilir:
"Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm". /oxu.az
SONXEBERLER.AZ Siyasi Baxılıb: 32 Tarix: 23 fevral 2021 f PaylaşCeyhun Bayramov Türkiyəyə gedir
Ceyhun Bayramov Türkiyəyə gedir. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri nəzərdə tutulur. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Bayramov bu ilin 2
Mədət Quliyev BƏƏ baş nazirinin müavini ilə görüşüb
Mədət Quliyev BƏƏ baş nazirinin müavini ilə görüşüb. Əbu-Dabidə keçirilən "IDEX-2021" Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Preziden
"Böyük Qayıdış"ın ilk addımları
"Böyük Qayıdış"ın ilk addımları . Fevralın ikinci ongünlüyünün Azərbaycan üçün ən əhəmiyyətli hadisəsi kimi ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli
Türk Dünyasında Metrologiya Birliyi yaradılır - FOTO
Türk Dünyasında Metrologiya Birliyi yaradılır - FOTO. Fevralın 19-da Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə prezidentinin köməkçis
İsveçdəki soydaşlarımızdan Riksdaqa MÜRACİƏT - FOTO
İsveçdəki soydaşlarımızdan Riksdaqa MÜRACİƏT - FOTO. İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) Xocalı soyqırımını tanımağa çağırıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsini