"Maaşını tələb edəndə "problemli aktyor" titulunu alnına yapışdırırlar"

"Maaşını tələb edəndə "problemli aktyor" titulunu alnına yapışdırırlar""Son 5 ildə qiymətlər beş dəfə qalxıb, amma film, serial sektorunda hələ də irəliləyiş yoxdur! Təklif gələndə çox yox, son 5 illə müqayisədə, bir az artıq maaş tələb edirsən və 5 il də işsiz qalırsan".
Open.az xəbər verir ki, bu sözləri tanınmış teatr və serial aktyoru Səmimi Fərhad sosial şəbəkədə yazıb.
S. Fərhad aktyorların aldığı qonorarın azlığından şikayətlənib: "Təklif olunan maaşla razılaşıb işləsən belə, onu da vaxtında almırsan, tələb etdikdə isə "problemli aktyor" titulunu alnına yapışdırırlar. Şirkətlər, kanallar işimizi sevdiyimizdən, başqa bir məşğuliyyətimiz olmadığından istifadə edərək az məbləğə işlədiblər və sonda qadağa qoyublar. Üzləri ağ olmuş həmkarlarımızda da o birlik yoxdur ki, ömürlük əziyyət çəkməkdənsə, bir az əziyyət çəkib vəziyyəti düzəldələr. Meydanda tək qalırsan! Bizimlə işləmək istəyib də, işləməyən rejissorları da qınamıram. Ağa deyir sür dərəyə, sürür dərəyə".
O, 4 ildir ki, Xəzər TV-nin "qara siyahı"sında olduğunu söyləyib: "2016-cı ildən Xəzər TV-də qadağam var. "Cehizsiz gəlinlər" serialında 3 ay bir qara qəpik də maaş almadan işlədim. Baş rola təsdiqləndiyim "Nar bağı" adlı bədii filmin iş planını serialın müqaviləsinə əsasən, hətta bir aydan da əvvəl komandaya təqdim etdim. Serialdan ayrılanda isə 3 aylıq maaşımı aldım! Baxmayaraq ki, İslam adlı şəxs tərəfindən məhkəmə ilə bundan sonra səni heç kim çəkməyəcək kimi sözlərlə hədələnirdim.
Və eləcə də digər prodakşnlarla da eyni problemlər... Əlqərəz, bu köhnə məsələləri açmağımda məqsədim "köhnə hamam, köhnə tas" məsəlini yadınıza salmaqdır. Ataların başqa bir yaxşı məsəli də var: "Aclıq bir il gedər, töhmət min il". Odur ki, sözügedən şirkətlərə ehtiyacım yoxdur! Hər şeyin geci, tezi var". /open.az


SONXEBERLER.AZ
Şou Biznes     Baxılıb: 20   Tarix: 14 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İlham Əliyev: "Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız"

"Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisini

Əlibaba Məmmədov: "Bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir"

Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun

Hacı Nuran xəstəxanaya yerləşdirildi

Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. "Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzə

Təranə və Musanın özləri kimi məşhur kürəkəni: "Onların sayəsində... - FOTOLAR

"2016-ci ildə Musa müəllim və Təranə xanımın qızı Fidan xanımla ailə həyatı qurmuşam. Onlar mənə sənətdə çox dəstək olublar və dəstək olmağa davam edirlər. Onlardan çox razıyam. Məhz onlara görə məni artıq populyar şo

"Qızımla şəklim qəbirdən çıxdı"

"10 il əvvəl mənə güclü cadu etmişdilər. Evimdən pay qoyub xonça düzəldib bir xanıma vermişdim. 11 ildir hələ də özümə gələ bilmirəm". xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Hər şey daxil"

Xatirə: "Toy şəkillərimi cırmaq istəyirəm" - VİDEO

Müğənni Xatirə İslam toy fotolarını bəyənmir. xəbər verir ki, sənətçi bu haqda "Söhbət var" verilişində deyib. O bildirib ki, toy fotolarını cırmaq istəyir:. "Toy şəkillərimə baxıram. Röya o vaxt toydan sonr

Lalə özünü Hadeyə oxşatdı - VİDEO

Aparıcı Lalə Azərtaş yeni paylaşımı ilə gündəmə gəlib. xəbər verir ki, aparıcı fərqli tərzdə obyektiv qarşısına keçib. O, "Klon" serialındakı Hade obrazını canlandırıb. Sözügedən paylaşım 37 mindən çox bəyəni toplayı

Röya: "Mən bir kişi ilə yaşaya bilmərəm"

Xalq artisti Röya Ayxan "ATV maqazin 10larla" proqramına müsahibə verib. xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:. "Mən bir kişi ilə yaşaya bilmərəm. Soruşdula

Türk mediası İvana Sərtin Roza ilə layihəsindən yazdı - FOTO

Türkiyə mediası serbiyalı moda məsləhətçisi İvana Sərtin Azərbaycanda fəaliyyətə başlamasından yazıb. xəbər verir ki, bir çox məşhur saytlar onun müğənni Roza Zərgərli və model Rüstəm Cəbrayılovla eyni yarışmada yer alacağın

Toy günü Aynişanın başına iş gəldi

"Oğlan toyunda qız toyundan tamamilə fərqli obrazda oldum. Əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə başqa bir gəlinlik hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə toya bir neçə saa

Döyüldüyünü iddia edən Elza Seyidcahan xəstəxanaya yerləşdirilib - VİDEO

Əməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb. Open.a xəbər verir ki, 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən sənətçinin seçkilərdə məğlubiyyətindən sonra halı pisləşib. Özü və bacısı Mehribanı

Nadir Qafarzadə qız atası olmaq istəyir

Müğənni Nadir Qafarzadə "7 canlı" verilişində etirafı ilə marağa səbəb olub. xəbər verir ki, iki oğul övladı olan ifaçı qız atası olmağı arzuladığını bildirib:. "Həmişə qızım olsun istəmişəm. Ancaq el qınağında


son xeberler azerbaycan xeberleri yeni xeberler maşın realiti şou sonxəbərlər azerbaycanda son xeberler xabarlar