Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir - FOTO

Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir - FOTOPrezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.
Agentlikdən Milli.Az-a bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilib. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub.
Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edir.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da layihə üzrə nəzərdə tutulur.
Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 18   Tarix: 15 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-dən başlayan, Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətind

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən -a bildirilib ki, iclasda AİH-ni

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır. Bu barədə Trend Türkiyənin Torpaq Kadastr

Bu il Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəlib. Trend-ə istinadən bildirir ki, neft-qa

Sabah dollar neçəyə olacaq?

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, 15.09.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəs

Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,08% azalaraq 1 barelə görə 39,58 dollar təşkil edib. APA-ya istinadə

Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. bildirir ki, 2020-ci ilin sentyabrın 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, 1 avronun məzənnəsi 2.0221 manata yüksəlib

Azərbaycan üçün rəqəmsallaşma - Seçim, yoxsa zərurət?

Son illərdə bəşəriyyət qlobal və köklü dəyişikliklər yoluna qədəm qoymuşdur. Postindustrial dövr insanın həyatından tədricən inkişaf tariximizdəki yeni dəyişiklik - rəqəmsallaşma vasitəsilə sıxışdırılıb çıxarılır. bildiri

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəs

Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığın son vəziyyəti araşdırılıb. Trend-ə istinadən bildirir ki, İranın Limanlar və Dənizçilik Təşkilatının tranzit, lojistika və müqavilələr üzrə baş idarəsinin direktor

Mikayıl Cabbarov: "Əminəm ki, cənab Prezidentin xaricdə yaşayan iş adamlarına etdiyi çağırışın effekti daha çox olacaq"

Bu gün Prezident İlham Əliyev göstərişində Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini qeyd etdi. Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi 2020 xeberler az azerbaycan son xeber bugun bu gune olan xeberler