"Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər" - Almaniyada yaşayan azərbaycanlı həkim

"Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər" - Almaniyada yaşayan azərbaycanlı həkim"COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Həmin faktorların biri barədə danışan N.Abdullayev bildirib ki, ürək əzələsinin ilkin olaraq virus nəticəsində iltihabı prosesə cəlb olunması barədə mətbuat və televiziya vasitəsi ilə kifayət qədər tövsiyələri olub:
"Sadəcə, ürəklə bağlı onu əlavə etmək istəyərdim ki, son elmi tədqiqatlara görə, təxminən 20% xəstələr xəstəxanaya ürək infarktı simptomları ilə gəlirlər. Onlar aktiv virus daşıyıcılarıdırlar və bu virus ilkin olaraq ürək əzələsinin iltihabına səbəb olduğuna görə xəstələrdə belə simptomlar yaranır. Bunun da diaqnozunu daha dəqiq ürəyin maqnit rezonans tomoqrafiyası (MRT) ilə qoymaq olar. Vaxtında qoyulan diaqnoz Azərbaycanda belə simptomlarla gələn xəstələrdə olüm sayını azaldar".
N.Abdullayevin sözlərinə görə, ağırlaşmalara səbəb olacaq yeni elmi məlumatlardan biri də COVID-19 virusunun qanın laxtalanma sisteminə təsiridir: "Virusun bu sistemə təsir mexanizmi hələ dəqiq öyrənilməsə də, düşünülən səbəblərdən biri damarların daxili qatlarının virus nəticəsində iltihablaşmasıdır. Laxtalanma sisteminə təsir nəticə etibarı ilə kiçik damarlarda və eləcə də böyük damarlarda tromb əmələ gəlməsinə səbəb olur. Bu tromblar da müxtəlif böyük damarları tutaraq, ölümcül təhlükə yaradırlar. Məsələn, ağciyər arteriyasına düşərək ağciyər infarktı, yaxud beyini qidalandıran damarlara düşərək beyin insultu yarada bilər ki, bunlar da ağır kliniki gedişlə, hətta ölümlə nəticələnə bilər. Burada həkimlərin diqqət etməli olduğu məqam ondan ibarətdir ki, bu xəstələrdə heç də həmişə tipik ağır ağciyər pnevmoniyasına rast gəlinmir".
Nuran Abdullayev onu da bildirib ki, hazırda elmi arenada müzakirə olunan əsas mülahizələr bunlardır: "Daha öncədən damarlarında tromb olmuş insanların xüsusi risk qrupuna daxil olması;
Virusa yoluxmazdan öncə tromb əleyhinə dərman qəbul edən şəxslərin xəstəliyin ağır gedişindən sığortalanması".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 14   Tarix: 19 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

"Çin nümunəsi" təhlükəlidir, imkan vermək olmaz" - Zukerberq

"Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq dünya ölkələrinin rəhbərlərini internetin inkişafının "Çin nümunəsi"nə (hakimiyyət istifadəçilər üçün bütün məzmunu tənzimləyir) imkan verməməyə çağırıb

Xəstə körpəsini boğub meşəyə qaçdı- Ona kömək edə bilmirlər"

Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmış qadın saxlanılıb. -a istinadən bildirir ki, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib. T.Filatova doqquz aylıq övladı ilə xəstəxanadan çıxaraq

Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALAR

Yeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır. COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətini

Virus və bakteriyaları öldürən ən təbii dezinfeksiyaedici nədir?

Pandemiya dövründə insanların əksəriyyəti çeşidli dezinfesiyaedici vasitələrdən istifadə edir. Günümüzdə gigiyena qaydalarına əməl etmək üçün ilk növbədə su və sabunla yuyunmaq, daha sonra spirt və tərkibində spirt olan dezinfesiyaedicilə

Bu xəstəliyi olanlar yazda maska taxmalıdır

Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər ön sırada dayanır. Statistika göstərir ki, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan pole

Bu 4 təhlükəni iftar süfrələrindən UZAQLAŞDIRIN

Qidalanma mütəxəssisi Şengül Sangu Talak Ramazan süfrələrində nəzərə çarpan 4 təhlükəli yeməyi açıqlayıb. xəbər verir ki, tanınmış ekspert oruc tutanlara vacib xəbərdarlıq edib. Dietoloq bildirib ki, təxminən 16 saatlıq orucda

Koronavirusdan sağalırlar, amma... - Səhiyyə Komitəsindən QORXUNC XƏBƏRDARLIQ

Koronavirus yeni xəstəliklərə səbəb ola bilər. xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komitəsi xəbərdarlıq yayıb. "South China Morning Post"un xəbərinə görə, SARS-CoV-2 virusuna yoluxan şəxslərdə psixi problemlə

Karantində toyu 3 dəfə təxirə düşən gəlinlər: "İndi bal ayında idik

"Guya toya hazırlaşırıq, amma neçə vaxtdır heç nişanlımla bir araya gələ bilmirik. Karantin ortaya çıxdıqdan sonra qorxurdum ki, onu, ümumiyyətlə, toya kimi görə bilməyim". Bu sözləri karantindən həmən sonra to

Abortdan sonra hamiləlik olarmı?

Abortdan sonra yaşanan hamiləlik zamanı ağırlaşmaların riski artır. Abort vaxtı uşaqlığın boyununda travmalar tez-tez olur, onun daxili qatı nazikləşir. Bu düşüyün təhlükəsinin səbəbi ola bilər. " saytı məlumat veri

Diyetoloq: sağlam qidalanaraq bütün xəstəliklərə, o cümlədən koronavirusa birlikdə qalib gələ bilərik

Biz hazırda bir tərəfdən xalqımızın və bütün dünya müsəlmanlarının ən əziz və sevimli ayı olan müqəddəs Ramazan, digər tərəfdən də dünyanı cənginə almış, iqtisadiyyatları çökdürmüş, insanları təşvişə salmış COVID-19 pandemiyas

"İnsan 40 gün ac, 6 gün susuz qala bilər" - Rəşid Mahmudovdan həmkarına CAVAB

Təkcə günorta yeməyən insana oruc necə zərərli ola bilər?. Son günlərdə ramazan ayında oruc tutmaqla bağlı ikili fikirlər yaranıb. Bəzi həkimlər saatlarla ac qalmağın zərərli olduğunu iddia etsələr də, bəziləri bu fikirl

Yüksək səslə danışanlara XƏBƏRDARLIQ: koronavirus ola bilərsiniz

SARS-CoV-2 virusu təkcə öskürək və asqırıqla deyil, yüksək səslə danışanda, eyni zamanda qışqıranda da yayılır. xəbər verir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutu araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi 2020 maraqlı xəbərlər en son xeberler