Komitə Tərtərdə anası tərəfindən döyülən uşaqla bağlı məlumat yayıb

Komitə Tərtərdə anası tərəfindən döyülən uşaqla bağlı məlumat yayıb"Bir neçə xəbər saytlarında Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı tərəfindən oğlu, 2011-ci il təvəllüdlü T.Dünyamalızadənin nadinclik etdiyi üçün cəzalandırdırğı və hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıldığı haqqında məlumat yayılıb".
Open.az xəbər verir ki, bu barədə baş verən hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.
"Hadisə ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə əlaqə saxlayıb. Eyni zamanda Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial psixoloqu, sosial işçisi, Tərtər RİH-nin nümayəndəsi, Qaraqoyunlu kənd ərazi nümayəndəsi ilə birgə ailəyə səfər edilib, hazırkı vəziyyət üzrə qiymətləndirmələr aparılıb. Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar.
Səfər zamanı məlum oldu ki Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəmnində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər az yaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.
Hal-hazırda müvafiq qurumlar tərəfindən faktla bağlı cinayət işi başlanılıb və araşdırma davam edir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisəni nəzarətdə saxlayır və adiyyəti üzrə işlər aparılır", - Komitədən bildirilib. /open.az


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 23   Tarix: 13 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Belə ki, həmin fermanın çobanı - Ağda

Keçmiş məhkumun evindən qumbara tapılıb

Abşeron sakinindən qanunsuz silah götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər

Bakıda piyada ölümü ilə nəticələnən qəza

Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, fevralın 11-də saat 13 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhə

Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub

İtkin düşən eşitmə və danışma qabiliyyəti olmayan qadın tapıldı

Qusar rayonunda itkin düşən qadın tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan -a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı bu il fevralı

Ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlını

Qarda "Niva"yla "avtoş"luq edənlər həbs edildi

Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsini

Telefonları üzərində gizlədərək ölkəyə keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Audi A4" markalı minik nəqliyyat vasitəsil ilə gələ

Şirkətdən 7 min manatlıq oğurluq etdi

Bakıda şirkətdən oğurluq edən şəxs tutulub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Suraxanı Rayon polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı

Buzlu yollarda 5 nəfər xəsarət aldı

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən -a verilən məlumata görə, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi

Kəpəzdə iki maşın toqquşub - Ölən var

Kəpəz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, fevralın 10-da saat 23 radələrində Kəpəz rayonu ərazisində Gəncə şəhər sakinləri Vüsal Bəhramo

Kiara qasırğası Belçika və Niderlandda dağıntılar yaradıb

Belçikanın və Niderlandın bir hissəsinin üzərindən keçmiş Kiara qasırğası həmin ərazilərdə dağıntılara səbəb olub. xəbər verir ki, qasırğanın nəticələri kimi adı çəkilən ölkələrdə kökündən qopmuş ağaclar, əzik-üzük olmu


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun son xeberler bugun sonxeber az xeber saytlari